Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
«Qəlbim təmizdir, sən qəlbə bax» demək

Sual: Bəzi adamlar heç ibadət etmədiyi və hər növ günah işlədiyi halda «Mənim qəlbim təmizdir, sən qəlbə bax» deyirlər. Namaz qılmayanın qəlbi təmiz olarmı?
CAVAB
Əvvəlcə, qəlblə ürəyin tərifini verək! Qəlb sinəmizin sol tərəfindəki ət parçası deyil. Buna ürək deyilir. Ürək heyvanlarda da olur. Qəlb ürəkdə olan bir qüvvədir. Görünməz. Lampada olan elektrik cərəyanı kimidir. Buna qəlb və ya könül deyirik. Könül insanlarda olur. Heyvanlarda olmur.

Bədəndəki bütün üzvlər qəlbin əmrindədir. Hiss orqanlarımızın qəbul etdiyi bütün məlumatlar qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq qəlbin işidir. Etiqad edən, yəni iman edən və kafir olan qəlbdir. Gözəl, yaxşı əxlaqın və pis xasiyyətlərin yeri qəlbdir. Qəlbi təmizləmək üçün riyazət və mücahidə lazımdır. Riyazət nəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edir. Bunlardan qaçmaq lazımdır. Mücahidə nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimiz yaxşılıq və ibadət etmək istəməz. Yaxşılıq və ibadət edərək qəlbi təmizləmək lazımdır! Allahu-təala dinləri, Peyğəmbərləri qəlbi təmizləmək üçün göndərdi. Qəlbi təmiz olan dinimizin əmrlərinə tabe olub qadağan etdiklərindən uzaq durar. Qəlbi pis olan islamdan qaçar. Dinimizin əmrlərini geridə qalmışlıq kimi qəbul edər. Dinə tabe olmamağı da qabaqcıllıq, tərəqqi, azadlıq kimi qəbul edər.

Namaz qılmayanın və özünə fərz olan digər ibadətləri etməyənin qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Onsuz da namaz qılmamaq ən böyük günahlardan biridir. Hətta namaz qılmayana kafir deyən alimlər belə olmuşdur. Namaz qılmayanın, içki içənin qəlbi çox qaralar. Hər cür rəzalətə yol verib “Sən qəlbə bax” demək dinsizlərin və ya din cahillərinin sözüdür. Bir yazıçı kitabında bir fasiqi tərifləyərkən "Çox içki içərdi. Şərabı hamamın vannasına qoyub oradan içərdi; lakin tərtəmiz, tərtəmiz bir qəlbi vardı" deyir. Allahu-təala və Peyğəmbər əfəndimiz namaz qılmayanın və içki içənin qəlbinin təmiz olmadığını buyurarkən cahil yazıçı belə söyləməklə Allahı və Rəsulallahı yalançı çıxarmağa çalışır.

Hədisi-şərifdə buyurulub:
«Bir şəxs günah işlədiyi vaxt qəlbində qara bir nöqtə hasil olar. Əgər tövbə etsə, o ləkə silinər. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyər və qəlbin hamısını örtər, qəlb qapqara olar». [Haraiti]

İmam Rəbbani həzrətləri buyurur:
Allahu-təalanın əmrlərini etməmək qəlbin pozuq olmasındandır. Qəlbin pozuq olması dinə tam inanmamaqdır. İmanın əlaməti dinin əmrlərini sevə-sevə etməkdir. [Namaz qılmayıb günah işləyənin «Mənim qəlbim təmizdir, sən qəlbə bax» deməyinin nə qədər cahilcə bir söz olduğu buradan da aydın olur.] Qəlb sevgi yeridir. Sevgi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə ya dünya sevgisi, ya da Allah sevgisi olar. Allahı xatırlayıb, ibadət edərək qəlbdən dünya sevgisi çıxarılanda qəlb təmiz olar. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolar. Günah işləyəndə qəlb qaralıb xəstələnər, dünya sevgisi yerləşər və Allah sevgisi gedər. Qəlbin bu halı bir şüşəyə bənzəyir. Su dolduranda havası çıxar. Suyu boşaldanda hava öz-özünə dolar. Bir stəkandakı hava çıxmadıqca içinə su girməz. İçinə su tökəndə də bu suyu çıxarmadan başqa şey qoyulmaz. Qəlb də stəkan kimidir. Qəlbi Allah sevgisiylə doldurmaq üçün başqa hər şeyi təmizləmək lazımdır. Bir qəlbdə iki və ya daha çox sevgi ola bilməz. Qurani-kərimdə «Allah insanın daxilində iki qəlb yaratmamışdır» buyurulur. «Əhzab, 4»

Əmmarə nəfs dinə inanmaz. Buna görə, nəfsi təzkiyə edib pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq lazımdır. “Şəms” surəsində «Nəfsini təzkiyə edən [pisliklərdən təmizləyib, fəzilətlərlə dolduran] xilas oldu. Nəfsini günaha, dəlalətə buraxan ziyan etdi» buyurulmuşdur. «Şəms, 9-10»

“Hədiqə”
kitabında buyurulur:
Haram işləyənlərin “Sən qəlbimə bax, qəlbim təmizdir” deməyi səhvdir. Belə deməklə özünü və müsəlmanları aldadır. Ancaq dinin əmr və qadağalarına tabe olanın qəlbi təmiz olar. Peyğəmbər əfəndimiz «Günaha davam edənlərin zamanla qəlbi möhürlənər. O, artıq savab işləməz olar» buyurur. «Bəzzar»

«La ilahə illəllah» sözünü çox söyləmək qəlbi təmizləmək üçün çox təsirlidir. Hər gün müəyyən miqdar oxumaq yaxşıdır. Dəstəmazlı və dəstəmazsız deyilə bilər. «1/14»

Rəbbimizin qəzəbini söndürmək üçün «La ilahə illəllah, Muhammedin Rəsulallah» gözəl sözündən daha faydalı bir şey yoxdur. Bu gözəl söz Cəhənnəmə aparan qəzəbi söndürüncə daha kiçik olan başqa qəzəblərini, əlbəttə, söndürər. Bu gözəl söz qiyamət üçün ayrılmış olan 99 rəhmət xəzinəsinin açarıdır. Küfr qaranlıqlarını, şirk pisliklərini təmizləmək üçün bu gözəl sözdən daha qüvvətli heç bir köməkçi yoxdur. Bir şəxs bu sözə inandıqda imanın zərrəsi hasil olar. «2/37»

Allahı xatırlamağın, “La ilahə illəllah” deməyin faydalı ola bilməsi üçün dinimizə tabe olmaq şərtdir. Fərz və sünnələrə əməl etmək və haramlardan, şübhəlilərdən çəkinmək lazımdır. «1/190»

Qəlbin Allahu-təaladan başqa şeyləri sevməsi onu qaraldar, paslandırar. Bu pası təmizləmək lazımdır. Təmizləyicilərin ən yaxşısı sünneyi-səniyyəyə tabe olmaqdır. sünneyi-səniyyəyə tabe olmaq nəfsin qəlbi qaraldan istəklərini yox edər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
5 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net