Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Ən böyük günah

Sual: Namaz qılmaq ibadət, yəni savab olduğuna görə, savabı hər gün işləməyin əvəzinə uyğun vaxtlarda və ya təqaüdə çıxanda qılsam, nə ziyanı var? Orucu da hər il müəyyən ayda deyil, təqaüdə çıxanda hamısını tutsam, zərəri varmı? Bunların hesabını özüm verəcəyimə görə, savab işləməyi gecikdirməyim və ya heç işləməməyim niyə günah olur ki?
CAVAB
Namaz qılmayan çox adam namaz qılmağı yalnız savab zənn edir. Namaz qılmamaq ən böyük günahlardan biridir. İçki içməkdən də böyük günahdır. Üç haqq məzhəbdə namazı qəsdən buraxanın cəzası ölümdür. Bu cəza namazın əhəmiyyətini göstərir.

Təqaüdə çıxanda namaz və orucların qəzalarını ödəsə belə, gecikdirdiyi üçün haram işləmiş olar. Bir də bir ibadəti vaxtında etməklə qəzasını ödəməyinin arasında savab baxımından dağlar qədər fərq vardır. Bir hədisi-şərif tərcüməsi:
“Ramazanda bir gün oruc tutmayan onun yerinə bütün ili oruc tutsa, ramazandakı o bir günkü savaba qovuşa bilməz”. [Tirmizi]

Namaz da oruc kimi vaxtlı ibadətdir. Vaxtında qılmaq lazımdır. Bir vaxt namazı qəzaya saxlamaq böyük günahdır. Qəza edilsə belə, günahı bağışlanmaz. Ayrıca, tövbə etmək lazımdır.

Təqaüdə çıxanda qəzalarını ödəyə bilən yalnız əzabdan xilas olar, amma namazdan və orucdan hasil olan böyük savaba qovuşa bilməz. Qurban kəsməyib qəzasını edən, yəni dəyərini sonra verən şəxs də yalnız əzabdan xilas olar, qurban kəsmək savabına qovuşa bilməz.

Namazı qəzaya saxlamaq böyük günah olduğu kimi, qəzasını gecikdirmək də böyük günahdır. Bu böyük günah qəza edəcək qədər vaxt keçdikdə bir misli artır. Qəza etməyi gecikdirəndə tövbə etmək fərz olar.

“Hesabını özüm verəcəyəm” demək çox səhvdir. Heç namaz qılmayan, hətta iman etməyən şəxs də “Necə olsa, hesabını mən verəcəyəm” deyə bilər. İçki içən, digər günahları işləyən və oruc tutmayan da eyni şeyi söyləyə bilər. Nəticədə zərəri özünə olar. Allahu təalanın əmrlərini vaxtında etmək və qadağan etdiklərindən də həmişə uzaq durmaq lazımdır.

Namazı buraxıb başlamaq
Sual
: Xalq arasında «Namaza başlayıb buraxmaq, sonra təkrar başlayıb təkrar buraxmaq heç qılmamaqdan daha böyük günahdır. Buraxdıqdan sonra təkrar başlamaq günahdır» deyilir. Buraxmaq ehtimalı olan şəxsin namaza heç vaxt başlamaması daha yaxşıdır?
CAVAB
Daha pisdir. “Təkrar günah işləyərəm” deyə tövbə etməməkdən də pisdir. Bir qabı necə olsa, təkrar çirklənəcək deyə yumayıb çirkli saxlamağa bənzəyir.

«Buraxanda yenidən başlamaq günahdır» sözü çox səhvdir. Buraxanda təkrar başlamaq fərzdir, böyük savabdır. Günah olan, namaza başlamaq deyil, namazı qəsdən buraxmaqdır. Namaz qılmamaq digər əməllərə də mənfi cəhətdən təsir edir. Bir hədisi-şərif tərcüməsi belədir:
«Qəsdən [bəhanəsiz] namaz qılmayanın digər əməllərini Allahu təala qəbul etməz. Tövbə edənə qədər Allahın himayəsindən uzaq olar». [İsfəhani]

İmam Rəbbani həzrətləri buyurur:
Qiyamətdə əvvəl namazdan soruşulacaq. Namaz doğru olarsa, digərlərinin hesabı Allahu təalanın köməyi ilə asan keçəcək. «2/67»
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
5 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net