Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qüsl üçün təyəmmüm

Sual: Yataqxanada müəyyən saatlarda isti su verilir. İsti su verilməyəndə soyuq su ilə də qüsl almaq imkanı yoxdur. Çünki vanna otağını bağlayırlar. Qüsl almaq üçün başqa imkan da olmadığına görə, təyəmmümlə namaz qıla bilərikmi?
CAVAB
Şəhərdə su tapa bilməmək üzr olmaz. Bulaq suyu alıb tualetdə və ya başqa yerdə yuyunmaq lazımdır. Təyəmmüm üçün üzr olmaz. Su heç tapılmazsa, onda təyəmmüm caiz olar.

Qüsl ala bilməyən
Sual:
Olduğum yerdə güclü nizam-intizam var. Günəş çıxanadək vanna otağı açılmır, qüsl almağa başqa yer də yoxdur. Təyəmmüm edib namaz qılmaq olarmı?
CAVAB
Tualetdə də qüslə imkan olmazsa, təyəmmüm edərək namaz qılınar. Qüsl alanda iadə edilər.

Səfərdə heyzi bitən
Sual:
Səfərdə heyzi bitən qadın qüsl almaq üçün uyğun yer tapa bilməzsə, nə edər?
CAVAB
Əvvəl, qüsl üçün bütün imkanları araşdırar. Varsa, qadınlar hamamına gedər. Uyğun birinə vəziyyəti deyər. Yenə uyğun yer tapa bilməzsə, iki namazı cəm etmə imkanı varsa, qüslünü təxir edər. Bu da mümkün olmazsa, qüsl üçün təyəmmüm edər və su ilə dəstəmaz alıb namazını qılar. Yolda, avtobusda olub qüsl alacaq yer tapa bilməyən də cəm etmə imkanı da yoxdursa, fasilə yerində təyəmmüm edər.

Övrət yerini açmaq
Sual:
“Qüsl almaq üçün, zərurət olunca kişi kişilər arasında və qadın qadınlar arasında övrət yerini aça bilər” sözü doğrudurmu?
CAVAB
Bu qövl zəifdir. Qüslün yerinə təyəmmüm etmək lazımdır. Çünki İbni Abidin həzrətləri buyurur:
Bir əmri etmək bir haramın işlənməsinə səbəb olsa, haramı işləməmək üçün, o əmri təxir etmə imkanı yoxdursa, tərk edilər. (Səadət-i Əbədiyyə)
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net