Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qüslü gərəkdirən hallar

Sual: Qüslü gərəkdirən hallar nələrdir?
CAVAB
Qüslü gərəkdirən hallar bunlardır:
1- Heyz və ya lohusalıq halı bitincə, yaxud cünub olunca qüsl almaq fərzdir. Heyz bitincə cünub da olsa, ikisi üçün bir qüsl bəs edir. Qadın cünub ikən heyz görəndə istəsə, dərhal qüsl alar və ya istəsə, heyz bitənə qədər gözləyər. Sonra ikisi üçün bir dəfə qüsl alar.

2- Zəkərin (penisin) ucu, sünnə dərisi altındakı yumru hissə fərcə [qadın cinsiyyət üzvünə] girincə kişi də, qadın da cünub olar.

3- Kişidə tünd ağ və qadında axan sarı məni (sperma) yerindən şəhvətlə qopub çıxarsa, hər ikisi cünub olar.

4- İhtilamla, yəni yuxuda şəhvətlənib oyandığı zaman məni axmış olduğunu görən kişi və qadın cünub olar. Yuxuda əlaqədə olduğunu görən oyanarkən məninin axmadığını, olmadığını görsə, qüsl almaz. Bəzi alimlər qadının mənisi içəri axar deyə ehtiyatən yuyunmasının yaxşı olacağını demişlər.

5- Şəhvətlə yerindən çıxan məni idrar (sidik) yolunda qalıb daha sonra buradan şəhvətsiz də çıxsa, qüsl almaq lazımdır. İdrardan sonra və ya bir müddət yatdıqdan sonra çıxarsa, qüsl lazım deyil.

6- İstimna [masturbasiya] qüslü gərəkdirir.

7- Cünub olub yüngül bayıra getmədən qüsl aldıqdan sonra məninin geri qalan qismi şəhvətsiz axsa, təkrar qüsl almaq lazımdır. Buna görə qüsldən əvvəl bayıra gedib idrar yolunda qalan məni qalığını çıxardıqdan sonra qüsl almaq lazımdır.

8- Zəkərin ucu qadının və ya kişinin arxasına girincə məni axıb-axmasa da, hər ikisinə qüsl almaq fərzdir. Heyz halında da, təmiz ikən də qadına arxadan yaxınlaşmaq haramdır. Böyük günahdır. Livata və ya cinsi pozuqluq deyilən kişinin kişi ilə cinsi əlaqəsi daha böyük günahdır. Heyvana təcavüz edənə də qüsl lazımdır. Çox çirkin və böyük günahdır.

9- İhtilam olduğunu xatırlamadan məni görən qüsl almalıdır. Oyanıb paltarında məni görən ihtilam olduğunu xatırlamasa da, qüsl alar. Məzi zənn etsə, ehtiyatən qüsl alar.

10- Qadın ərini düşünərkən şəhvətlə titrəmədən sonra sarımtıl bir axıntı gəlsə, qüsl lazımdır.

Qüslü gərəkdirməyən hallar
Sual: Qüslü gərəkdirməyən hallar nələrdir?
CAVAB
Xalq arasında qüslü gərəkdirdiyi zənn edilən bəzi hallar qüslü gərəkdirməz. Qüslü gərəkdirməyən hallar:
1- Bir kişi bir qadını, yaxud bir kişini çılpaq görsə, qüsl lazım deyil. Baxarkən şəhvətlənib məni gəlsə, qüsl lazımdır. Məzi gəlsə, yenə qüsl lazım deyil.

2- Bir qadın öz ərini və ya bir qadını çılpaq görsə, qüsl lazım deyil.

3- Ər-arvad oynaşarkən, çılpaq şəkilə baxarkən və ya düşünərkən məzi gəlsə, lakin məni gəlməsə, qüsl lazım deyil.

4- Yüngül bayıra çıxdıqdan sonra və ya böyük bayırdan sonra gələn yapışqan prostat mayesi və vədi qüslü gərəkdirməz.

5- Ağır bir şey qaldırmaq və ya bir yerdən düşmək kimi bir səbəblə məni çıxanda Şəfiidə qüsl lazımdır, digər üç məzhəbdə lazım deyil.

6- İhtilam olduğunu xatırlayan oyanarkən paltarında məni görməzsə, qüsl alması lazım deyil. İhtilam olan oyanarkən yataqda, paltar və ya ayağında yaşlıq görsə, bunun məzi deyilən ağ axan maye olduğunu anlasa və ya oyaq ikən məzi axsa, qüsl lazım deyil.

7- Cünub olub qüsl aldıqdan sonra qadından ərinin mənisi çıxsa, qüsl lazım deyil.

8- Qadın və ya kişi qasıq təraşı olsa, qüsl lazım deyil.

9 - Qadınların vurduğu ətiri kişilər iyləsə, qoxu vurana da, iyləyənə də qüsl lazım deyil. Dəstəmazı belə pozmaz. Ancaq qadınların ərlərindən başqaları üçün ətir vurması caiz deyil.

Məni, vədi, məzi nədir?
Sual: Məni, vədi, məzi prostat ifrazatı nədir? Qüslü gərəkdirirmi?
CAVAB
Məni, cinsi əlaqə və ya masturbasiya nəticəsində həzz və həyəcanla gələn yapışqan mayedir. Kişi spermasına məni deyilir. Qadından gələn məni sarımtıldır.

Vədi, sidikdən sonra çıxan ağ, bulanıq, tünd, yapışqan bir mayedir.

Məzi, zövq zamanında çıxır. Şəhvətlənəndə, açıq şəkillərə baxanda və ya şəhvətlə öpüşəndə, sürtünəndə və ya belə şeylər düşünəndə gələn bir neçə damla rəngsiz, yapışqan mayedir.

Prostat ifrazatı, ümumiyyətlə, sidikdən sonra gələn tünd yapışqan bir mayedir.

Şəhvətlə gələn məni xaric, heç biri qüslü gərəkdirmir. Qadınlarda məni daha çətin gəlir. Məni gəlməyib məzi deyilən axan maye gələrsə, qüsl lazım deyil. Məni titrəyərək gəlir, sıxılmalar olur. Gələnin məzi və ya məni olduğu bu şəkildə də aydın ola bilər.

Məni gəlməzsə
Sual: Prostat əməliyyatı oldum. Sperma kisəsini götürdükləri üçün xayalarda məni yığılmır. Yoldaşımla birlikdə olduğum zaman məni gəlmir. Yuxuda ihtilam oluram, amma çölə bir axıntı çıxmır. Bəzən hər hansı bir səbəb olmadan sidikdə tünd bir axıntı görürəm, görəsən mənidirmi deyə düşünürəm. Belə olduqda cünub olurammı? Qüsl almalıyammı?
CAVAB
Qadınla əlaqədə olduqda məni gəlməsə də, yenə qüsl lazımdır. Yuxuda ihtilam olunca çölə bir axıntı çıxmamışsa, qüsl lazım deyil. Qüsl üçün məni şəhvətlə çölə çıxmalıdır. Məni hər hansı bir səbəblə şəhvətsiz çıxsa, Hənəfidə qüsl lazım deyil. Sidikdə görülən prostat mayesi ola bilər. Analiz vermək yaxşı olar. Məni belə olsa, şəhvətsiz gəldikdə qüslü gərəkdirmir. Əgər şəhvətlə yerindən qopub daha sonra şəhvətsiz çıxsa, qüsl lazımdır.

Məni görülməzsə
Sual: Əməliyyatla məni kanalı sidik kisəsinə tikildi. İhtilamda məni sidik kisəsinə axır. İdrarda məni görmürəm. Qüsl lazımdırmı?
CAVAB
Məni görülməzsə, qüsl lazım deyil.

Müayinə olunca
Sual: Qadına, qadın xəstəliklərindən ötrü kişi həkim rəhmini müayinə etsə, qüsl almaq lazımdırmı? Ultra səslə müayinə olanda qüsl lazımdırmı? Qadının ön və ya arxasına barmağını salanda qüsl almasının lazım olduğunu deyənlər var. Hansı doğrudur?
CAVAB
İkisi də doğru deyil. İzaha ehtiyac vardır. İçəri barmaq girincə ləzzət hiss etməsə, qüsl lazım deyil. Ləzzət hiss etsə, qüsl lazımdır. Ləzzət almaq şəhvətlənmək deməkdir. “Səadət-i Əbədiyyə” kitabında “Rəddül-muxtar” kitabından götürülüb deyilir:
Uşaq zəkəri, heyvan zəkəri, ölü zəkəri, zəkər kimi hər şeydən və ya barmaqdan istifadə etdikdə içəri girəndə ləzzət hissi keçirdikdə qüsl almaq lazımdır. Ləzzət hiss edilməsə, qüsl almaq yaxşı olar.

Cünubün adət görməsi
Sual: Cünub qadın heyz olsa, yuyunmalıdırmı?
CAVAB
Yuyunması şərt deyil. Cünub ikən dırnaq və saç kəsmək məkruh, heyzli ikən məkruh deyil. Buna görə yuyunmaq yaxşıdır.

Doğuzdurmaq
Sual: Kişi və ya xanım qadın həkimi və ya mamaça ramazanda dəstəmazlı ikən bir qadını doğuzdursa, onun orucu, qüslü və ya dəstəmazı pozularmı?
CAVAB
Hənəfi məzhəbindəki qadın həkiminin və ya mamaçanın ramazanda doğuzdurmaqla orucu, dəstəmazı və qüslü pozulmaz. Zərurətsiz kişi həkimə doğuzdurmaq caiz deyil.

Bir dəfə qüsl alınır
Sual: Heyzi bitdiyi halda qüsl almadan əri ilə birlikdə olub yatan, sonra yuxuda ihtilam olan, yəni qüsl almadan əvvəl iki dəfə yenə cünub olan neçə dəfə qüsl almalıdır?
CAVAB
Xeyr, neçə dəfə cünub olmasından asılı olmayaraq bir dəfə qüsl almaq kafidir. Namaz vaxtı çıxmadan dərhal qüsl alınmalıdır. Namaz qılmadan vaxt çıxarsa, namazını qəzaya buraxdığı üçün də ayrıca böyük günah olar.

Kərpic əriyənə qədər
Sual: Livata edəndə və ya qaraçı ilə zinadan sonra kərpic əriyənə qədər yuyunmaq lazımdır?
CAVAB
Xeyr, elə bir şey yoxdur, xurafatdır. Livata və zina böyük günah olsa da, bir dəfə qüsl alan təmiz olar.
Livata, kişinin kişi ilə cinsi əlaqəyə girməsi, zina, kişi ilə qadının nikahsız olaraq cinsi əlaqədə olması deməkdir.

Müsəlman olunca
Sual: Müsəlman olmayan müsəlman olunca qüsl almasına gərək varmı?
CAVAB
Cünub olduqdan sonra yuyunmuşsa, müsəlman olunca qüsl alması müstəhəbdir. Cünub kafir kir üçün yuyunmuşsa, cünubluğu da qalmaz. Çünki Hənəfidə qüsldə niyyət fərz deyil. Yuyunmaqla qüsl almış olar. Cünub olduqdan sonra yuyunmamışsa, müsəlman olunca qüsl alması fərzdir. (İ. Əxlaqı)
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net