Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qüslün fərzləri

Sual: Dörd məzhəbə görə qüslün fərzləri nələrdir?
CAVAB
Hənəfi məzhəbində:
1- Ağızın içini yumaq
2- Burunun içini yumaq
3- Bədənin hər yerini yumaq
[Göbəyin içini, bığı, qaşı, saqqalı, altlarındakı dərini və başdakı saçları yumaq fərzdir. Gözləri və bağlı sırğa dəliyini yumaq lazım deyil.]

Maliki məzhəbində:
1- Niyyət
2- Bədənin hər yerini yumaq
3- Delk (ovmaq)
4- Muvalat (ara verməmək)
5-Barmaqları saçların arasında gəzdirmək

Şəfii məzhəbində:
1- Niyyət
2- Bədənin hər yerini yumaq
[Bəzi kitablarda Şəfiidə qüslün fərzinin üç olduğu deyilir, bədəndəki nəcasəti təmizləməyi də əlavə edirlər. Bədən yuyulanda nəcasət də təmizlənmiş olacağı üçün, qüslün fərzinə iki deyilməsinin zəriri yoxdur.]

Hənbəli məzhəbində:
Qüslün fərzi birdir, bu da bütün bədəni yumaqdır. Bu, qüslün rüknüdür. Yəni qüslün içindəki fərzdir. Qüslə başlayarkən niyyət etmək və bəsmələ çəkmək də fərzdir. Ağızın və burunun içi bədənin çölü sayıldığı üçün, buraları da yumaq fərzdir. Bunlar da əlavə edildikdə qüslün fərzi 5 olur:
1- Niyyət etmək
2- Bəsmələ çəkmək
3- Bədənin hər yerini yumaq
4- Ağızın içini yumaq
5- Burunun içini yumaq

Qüsldə qarqara
Sual:
Qüsldə qarqara şərtdirmi? Buruna çox su çəkib içinin acışdığını hiss etmək lazımdırmı?
CAVAB
Xeyr, elə bir şərt yoxdur. Qarqara etmək dəstəmazda da, qüsldə də fərz deyil, sünnədir. Oruclu ikən qarqara etmək isə məkruhdur. (Ə. Səadət)
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net