Sual 1: Uşaq doğulmadan əvvəl qan gəlir. Bu qan nifasdır, yoxsa istihazə?
CAVAB
Uşaq doğulmadan və ya gövdəsi görünmədən gələn qan istihazədir. Namaz vaxtının sonu olarsa, istihazəli, yəni üzrlü olaraq dərhal namaz qılınmalıdır.
Sual 2: Kəffarə orucu tuturam. 60 gün tamam olmadan uşağım olacaq. 3-5 gün əskik qalsa, qalan qismini nifasım bitdikdən sonra tuta bilərəmmi?
CAVAB
Kəffarə tutarkən araya heyz və nifas girsə, qalanı heyzdən sonra tutular.
Sual 3: İlk uşaqda nifasım 25 gün idi. İkinci uşaqda qan 45 gün gəldi. Nifasım dəyişdimi?
CAVAB
Əvvəlki nifas adətiniz 25 gün idi. Nifasınız 40 günü keçdiyi üçün 25 gündən sonra gələn 20 günü istihazə olar. 20 günlük namazlarınızı qəza etməyiniz lazımdır.
Sual 4: 1-ci uşağımda nifasım 30 gün idi. 2-ci uşaqda qan 35 gün davam etdi. Sonra kəsildi. Qırxım çıxanda daha 17 gün qan gəlmədi. 30 gündən sonra gələn qan nifasdır, yoxsa istihazə?
CAVAB
35 günün hamısı nifas olar və nifasınız 30 gündən 35 günə dəyişmiş olar.
Sual 5: İlk uşağım doğulanda 23 gün qan gəldi. 2-ci uşağımda isə yenə 23 qan gəlib kəsildi, 29-cu gün yenə qan gəldi. 39-cu günü axşam kəsildi. Bu son gələn 10 gün qan istihazədirmi?
CAVAB
Nifasdır, nifasınız 39 gün olaraq dəyişmişdir.
Sual 6: İlk uşağımda 40 gün qan gəldi. Sonra 10 gün təmiz oldum. 10 gün qan gəldi. Ondan sonra 20 gün təmiz oldum. Nə etməliyəm?
CAVAB
40 gün qandan sonra 15 gün təmiz olmanız lazım idi. O halda qanlı olan 10 günün ilk 5 qanlı günü istihazə, son 5 günü isə heyz olar.
Sual 7: İlk uşağımda nifas qanı 30 gün idi. İkinci uşağımda isə 30 gün qan gəldikdən sonra kəsildi. 5 gün təmiz qaldıqdan sonra 7 gün yenə qan gəldi. Bu 7 gün də nifas idimi?
CAVAB
Qan gəlməsi 40 günü keçdiyi üçün 30 gündən sonra gələn qanlar istihazədir.
Sual 8: Birinci və ikinci uşağımda nifasım 30 gün davam etdi. Üçüncü uşağımda qan 20 gündən sonra kəsildi. Bu gün, 28-ci günü hələ gəlmir, cima halal olarmı?
CAVAB
Bir əvvəlki nifasınız olan 30 günü keçmədən cima halal olmaz.
Sual 9: Yeni doğdum. 20 gün qan gəldikdən sonra kəsildi. Bu an 30-cu gündəyəm, hələ təmizəm. Əvvəlki uşaqdakı nifasımı unutdum. 20 gündən sonra namaz qılmağım lazımdırmı?
CAVAB
Əvvəlki nifasınızı bilməyiniz lazım idi. Unutduğunuza görə qan kəsildikdən sonra qüsl alıb namaz qılmağa başlayarsınız, lakin 40 gün keçmədən cima caiz olmaz. Əvvəlki nifasınız 21 gün olsaydı, qan kəsiləndə qüsl alıb namaza başlayar, 22-ci gündən etibarən cima caiz olardı.
Sual 10: İlk doğumumdan 10 gün sonra qan kəsildi, yuyunub oruclarımı tutdum. 20 gün sonra təkrar qan gəldi. Təmizlik 15 günü keçdi. Oruclarım səhih oldumu?
CAVAB
Nifasda 40 gündən əvvəl iki qan arasındakı təmizlik 15 gündən çox olsa da, yenə nifas hökmündədir. Bu baxımdan tutduğunuz orucları qəza etməyiniz lazımdır.
Sual 11: Nifasım 20 ikən bu doğumda 10 qan, 20 təmiz, 13 qan gəldi. Nifasım dəyişdimi?
CAVAB
Nifasınız 20 gündür. Çünki qan 40 günü keçdiyi üçün qanlı olan 13 gün istihazədir.
Sual 12: Nifasım 23 gün ikən bu doğumda 2 qan, 30 təmiz, 3 qan və 7 təmiz, 1 qan gördüm. Nifasım dəyişdimi?
CAVAB
Yenə başdan 23 günü nifasdır. Digər qanlı günlər istihazədir.
Sual 13: Əvvəlki nifası 20 gün ikən 1 qan, 34 təmiz, 1 qan, 15 təmiz, 1 qan görən qadının nifası dəyişərmi?
CAVAB
40 gündən əvvəl gələn son qandan sonra 15 gün səhih təmizlik olduğu üçün nifası dəyişər, 20 gündən 36 günə çıxar. (Mənhəlül-varidin)
Sual 14: 30 qan, 15 təmiz, sonra təkrar 3 gün qan görən qadının nifası neçə gün olar?
CAVAB
Nifası 30 gün olar. Son gördüyü 3 gün isə heyz olar. (Mənhəl)