Sual: İnternetdə gəzən bu məlumatlar səhv deyilmi?
1- Hənəfi məzhəbinə görə, 55 yaşı ötmüş qadınlardan gələn qan tünd və qara olarsa, adət qanıdır; digər rənglərdə isə, adət qanı deyil.
2- İki ay üst-üstə eyni sayda qan görməklə düzgün adət meydana gələr və arada bir ay çox, ya da əskik gəlsə, yenə düzgün adətinə etibar edər. Əskiklik, ya da çoxluq hesaba qatılmaz.
3- Adət günləri içində qanın axmadığı müddətlər də yenə adətli sayılar.
4- Adəti 10 gündən az müddətdə sona çatan qadın yuyunmadan, ya da aradan bir namaz vaxtı keçmədən cima edə bilməz. 10 gündə sona çatmışsa, yuyunmadan da cima edə bilər.
5- Davamlı qan görən qadın adətini qəti bilmirsə, qətiyə yaxın fikrinə görə davranar. Heç bilmirsə, ehtiyatlı olar və hər ay altı gün adətli, qalan günləri isə təmiz sayar.
CAVAB
Bəli, hamısı səhvdir. Doğrusu belədir:
1- Ayisədən gələn hər növ qan heyz olmaz, istihazə olar. Ayisə heyzdən kəsilmiş yaşlı qadın deməkdir. Ayisə yaşı Hənbəlidə 50, Hənəfidə 55, Şəfiidə 60, Malikidə 70-dir. Bu yaşlardan sonra gələn qan heyz olmaz, istihazə olar.
2- İstər 2 ay olsun, istər 12 ay olsun düzgün adət görən bir qadın başqa ay fərqli bir adət görsə, bu 10 gündən az olarsa, adəti dəyişər. Məsələn, hər ay nizamlı 6 gün adət görən qadın bu ay 7 gün qan görsə, adəti 7 günə çıxar. 6 gün qan görsə, adəti 6 günə enər. Əgər qan 10 gündən çox gələrsə, onda o zaman köhnə adəti etibarlı olar. Məsələn, 12 gün qan gəlsə, yenə adəti 6 gün qəbul edilir.
3- Adət olaraq sayılan və sayılmayan günlər vardır. Bir qadından 3 gün qan, 2 gün təmiz, 2 gün qan gəlsə, bu 7 günün hamısı heyz olar. Lakin bir qadının adəti 7 gün olsa, 5 gün qan gəldikdən sonra kəsilsə və sonra heç axmasa, axmayan iki gün axmış sayılmaz, adəti 5 günə enmiş olar.
4- Bu da tamamilə səhvdir. Bir qadının adəti 7 gündürsə, yenə 7 gün sonra qan kəsilsə, yuyunmadan da cima edə bilər və qüsl alıb namazını qılar. Əgər adəti 7 gün ikən 5 gündə qan kəsilsə, yuyunub namazını qılsa da, 7 gün tamam olmadan cima edə bilməz. Çünki köhnə adəti qədər qan gəlmə ehtimalı vardır. 7 gün keçdikdən sonra yenə qan gələrsə, namaz qıla bilməz, cima da edə bilməz, çünki heyzinin dəyişmə ehtimalı vardır. Əgər 9 gün gəldikdən sonra tamamilə kəsilsə, yeni adəti 9 günə çıxmış olar.
5- Davamlı qan gələn və köhnə adətini bilməyən qadın 10 gün heyz, 20 gün təmiz qəbul edər. 6 gün deyə bir şey heç bir mötəbər kitabda bildirilməmişdir. Şəfii və Malikidə isə 15 gün heyz, 15 günü təmiz qəbul edilir.