Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
On günü keçən qanlı günlər arasındakı təmiz günlər

Rənglərin açıqlaması:



On günü keçən qanlı günlər arasındakı təmiz günlər

Nümunələr:

1) Adəti 26 təmiz, 5 heyz olan qadın 15 təmiz, 3 qan, 6 təmiz, 2 qan görsə, aradakı 6 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 11 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. Əvvəlki adətinə rast gəlmədiyi üçün 11 günün əvvəlki adəti qədəri, yəni ilk 5 günü heyz, sonrakı 6 gün istihazə olar. Yeni adəti 15 təmiz, 5 heyz olar.



AÇIQLAMA
Qan görəndə namazı tərk edər. 3 qanlı gündən sonra qüsl alıb namaza başlayar. 6 təmiz gündən sonra qan gələndə yenə namazı tərk edər. Son iki qanlı günün istihazə olduğu aydın olanda bu iki gündə qılmadığı namazları daha sonra qəza edər.

2) Adəti 17 təmiz, 5 heyz olan qadın 20 təmiz, 2 qan, 1 təmiz, 1 qan, 2 təmiz, 6 qan görsə, qanlı günlərin arasındakı 1 və 2 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 12 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. Yalnız 2 günü əvvəlki adətə rast gəldiyi [ən az 3 gün rast gəlmədiyi] üçün 12 günün əvvəlki adəti qədəri, yəni ilk 5 günü heyz, sonrakı 7 gün istihazə olar. Yeni adəti 20 təmiz, 5 heyz olar.



AÇIQLAMA
Qan görəndə namazı tərk edər. Heyzin ən azı 3 gün olduğu üçün 2 qanlı gündən sonra qan kəsilincə qüsl almadan namaza başlayar. 1 təmiz gündən sonra qan gələndə yenə namazı tərk edər. 1 qanlı gündən sonra artıq qüsl alaraq namaza başlayar. 2 təmiz gündən sonra qan gəldiyi üçün yenə namazı tərk edər. Bundan sonrakı 6 qanlı gündə 4-cü gündən sonra yenə qüsl alıb namaza başlayar. Çünki qanlı olan və qanlı qəbul edilən günlər 10 günü keçmiş olub, bu 10 günü keçən qanlı günlər əvvəlki adətinə də rast gəlmir. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.

3) Adəti 18 təmiz, 7 heyz olan qadın 20 təmiz ,1 qan, 2 təmiz, 2 qan, 5 təmiz, 5 qan görsə, aradakı 2 və 5 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 15 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 15 günün 5 günü əvvəlki adətinə rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, sonrakı 10 gün isə istihazə olar. Yeni adəti 20 təmiz, 5 heyz olar.



AÇIQLAMA
Qan görəndə namazı tərk edər. Heyzin ən azı 3 gün olduğu üçün 1 qanlı gündən sonra qüsl almadan namaza başlayar. 4-cü gün qan görüncə yenə namazı tərk edər. 2 qanlı gündən sonra artıq qüsl alaraq namaza başlayar. 5 təmiz gündən sonra qan gələndə bu aradakı 5 təmiz gün də axan qəbul edilir. Lakin qanlı günlər və ya qanlı qəbul edilənlərin cəmi 10 günü keçdiyi üçün və bu qanlı günlər əvvəlki adətinə rast-gəlmədiyi üçün istihazə olduğu qətidir. Buna görə artıq qan gəlsə də, namaz qılar. [1 gün əvvəl, yəni 30-cu gün qan gəlsəydi, onda 10 günü keçmədiyi üçün heyz olma ehtimalı olardı. Buna görə namazı tərk etməli idi.]

4) Adəti 21 təmiz, 6 heyz olan qadın 18 təmiz, 3 qan, 6 təmiz, 3 qan görsə, aradakı 6 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 12 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 12 günün 6 günü əvvəlki adətinə rast gəldiyi üçün rast gələn bu 6 gün heyz, əvvəlki və sonrakı 3 gün isə istihazə olar. Adəti 21 təmiz, 6 heyz olar.



AÇIQLAMA
Qan görəndə namazı tərk edər. 3 qanlı gündən sonra qüsl alıb namaza başlayar. 6 təmiz gündən sonra qan gələndə yenə namazı tərk edər. 2-ci qanlı gündə isə artıq namaza başlayar. Çünki qanlı günlərlə qanlı qəbul edilən günlərin cəmi 10 günü keçmiş və keçən günlər də əvvəlki adətinə rast gəlməməkdədir. Qan gəldiyi üçün namaz qılmadığı, amma sonradan istihazə olduğu aydın olan ilk 3 gündə və sonrakı bir gündə [28-ci gündə] qılmadığı namazlarını daha sonra qəza edər.

5) Adəti 21 təmiz, 6 heyz olan qadın 15 təmiz, 6 qan, 1 təmiz, 1 qan, 4 təmiz, 1 qan görsə aradakı 1 və 4 təmiz günlər də axan qəbul edilir. Yəni cəmi 13 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 13 günün 6 günü əvvəlki adətinə rast gəldiyi üçün rast gələn bu 6 gün heyz, əvvəlki 6 və sonrakı 1 gün isə istihazə olar. Adəti 21 təmiz, 6 heyz olar.



AÇIQLAMA
Qan görəndə namazı tərk edər. 6 qanlı gündən sonra qüsl alıb namaza başlayar. 1 təmiz gündən sonra qan görəndə yenə namazı tərk edər. Sonra qan kəsilincə yenə qüsl alıb namaza başlayar. 4 təmizdən sonra qan gəlsə də, namazı tərk etməz. Çünki qanlı günlərlə qanlı qəbul edilən günlərin cəmi 10 günü keçmiş və keçən günlər də əvvəlki adətinə rast gəlməməkdədir. İlk 6 qanlı günün istihazə olduğu aydın olduğu üçün bu günlərdə qılmadığı namazları daha sonra qəza edər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net