Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
On günü keçən və ya keçməyən durumlara nümunələr

Rənglərin açıqlaması



On günü keçən və ya keçməyən durumlara nümunələr

1) Adəti 22 təmiz, 6 heyz olan qadın 20 təmiz, 8 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yəni heyzi 8 günə çıxmış, təmizlik gün sayı da 20 günə enmiş olar. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz.



2) Adəti 28 təmiz, 7 heyz olan qadın 19 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəlcə, bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 2 gün rast gəldiyi [ən az 3 gün rast gəlmədiyi] üçün 11 qanlı günün əvvəlki adəti qədəri, yəni ilk 7 günü heyz, sonrakılar istihazə olar. Təmizlik gün sayı 19 günə düşmüş olar.



3) Adəti 20 təmiz, 10 heyz olan qadın 19 təmiz, 12 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəl bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 10 gün rast gəldiyi üçün rast gələn bu 10 gün heyz, bu 10 gündən əvvəlki və sonrakı bir qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyzi dəyişməz. Heyzi yenə 10 gün olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



4) Adəti 22 təmiz, 9 heyz olan qadın 23 təmiz, 7 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün bu ayda qan gördüyü gün sayı yeni heyzi olar. Yəni heyzi 7 günə enmiş, təmizlik gün sayı da 23 günə çıxmış olar. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz.



5) Adəti 25 təmiz, 5 heyz olan qadın 26 təmiz, 13 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəl, bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 4 gün rast gəldiyi üçün rast gələn bu 4 gün heyz, bu 4 gündən sonrakı 9 qanlı gün istihazə olar. Təmizlik gün sayı 26 günə çıxmış, heyzi də 4 günə enmiş olar. 10-cu gündən sonrakı qanlı günlər əvvəlki adətinə rast gəlmədiyi üçün, yəni bu günlərin istihazə olduğu qəti olduğu üçün 10-cu gündən sonra qan gəlsə də, qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



6) Adəti 27 təmiz, 6 heyz olan qadın 16 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəlcə, bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. Rast gəlmədiyi üçün 11 qanlı günün əvvəlki adəti qədəri, yəni ilk 6 günü heyz, sonrakılar istihazə olar. Təmizlik gün sayı da 16 günə düşmüş olar. 10-cu gündən sonrakı qanlı günlər əvvəlki adətinə rast gəlmədiyi üçün, yəni bu günlərin istihazə olduğu qəti olduğu üçün 10-cu gündən sonra qan gəlsə də, qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



7) Adəti 28 təmiz, 5 heyz olan qadın 22 təmiz, 10 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yəni heyzi 10 günə çıxmış, təmizlik gün sayı da 22 günə enmiş olar. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılmaz.



8) Adəti 28 təmiz, 5 heyz olan qadın 22 təmiz,11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəl, bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəlki 6 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyzi dəyişməz. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



9) Adəti 26 təmiz, 3 heyz olan qadın 23 təmiz, 9 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yəni heyzi 9 günə çıxmış, təmizlik gün sayı da 23 günə enmiş olar. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılmaz.



10) Adəti 26 təmiz, 3 heyz olan qadın 22 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Əvvəlcə, bu aydakı qanlı günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 3 gün rast gəldiyi üçün rast gələn bu 3 gün heyz, bu 3 gündən əvvəlki və sonrakı 4 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyzi dəyişməz. Heyzi yenə 3 gün olar. 10-cu gündən sonrakı qanlı günlər əvvəlki adətinə rast gəlmədiyi üçün, yəni bu günlərin istihazə olduğu qəti olduğu üçün 10-cu gündən sonra qan gəlsə də, qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.


 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Kasım 2024 Salı
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net