Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
On günü keçməyən qanlı günlər

Adətin dəyişməsi:
Adətin dəyişməsi iki şəkildə olur:
1- Bu aydakı qanlı gün sayı 10 günü keçənlər.
2- Bu aydakı qanlı gün sayı 10 günü keçməyənlər.

On günü keçənlər də iki yerə ayrılır:
a) Yeni adəti əvvəlki adət günlərinə rast gələnlər,
b) Yeni adəti əvvəlki adət günlərinə rast gəlməyənlər.

Bunlar öyrənilsə, heyzlə əlaqədar təməl bilgilər öyrənilmiş olar.
Aşağıda bu fərqli durumlar şəkillərlə göstərilmişdir:



Rənglərin izahı



Qayda: Adət zamanı müəyyən olan qadın bir dəfə 10 gün və ya daha az qan görəndə adəti dəyişər, yeni qan gördüyü gün sayı yeni adəti olar.
Məsələn, adəti 6 ikən ikinci ay 8 görsə, adəti 8 günə çıxar; 10 görsə, 10 günə çıxar; 5 görsə, 5 günə enər; 3 görsə, 3 günə enər.
15 gündən az olmamaq şərtiylə təmizlik günü dəyişsə də, bunun adətə təsiri olmaz. Yəni adəti dəyişməz.

Nümunələr:

1) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 24 təmiz, 10 qan görsə, təmizlik gün sayı dəyişməz; adəti 10 günə çıxar.



2) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 24 təmiz, 9 qan görsə, təmizlik gün sayı dəyişməz; adəti 9 günə çıxar.



3) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 20 təmiz, 8 qan görsə, təmizlik gün sayı 20 günə enər; adəti 8 günə çıxar. Təmizlik gün sayının dəyişməsinin adət gününə bir təsiri olmaz.



4) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 23 təmiz, 7 qan görsə, təmizlik gün sayı 23 günə enər; adəti 7 günə çıxar.



5) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 24 təmiz, 6 qan görsə, təmizlik gün sayı da, adəti də dəyişməz. Adəti yenə 6 heyz olar.



6) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 26 təmiz, 6 qan görsə, təmizlik gün sayı 26 günə çıxar; adəti dəyişməz. Adəti yenə 6 heyz olar.



7) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 19 təmiz, 6 qan görsə, təmizlik gün sayı 19 günə enər; adəti dəyişməz. Adəti yenə 6 heyz olar.



8) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 24 təmiz, 5 qan görsə, təmizlik gün sayı dəyişməz; adəti 5 günə enər.



9) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 18 təmiz, 4 qan görsə, təmizlik gün sayı 18 günə, adəti də 4 günə enər.



10) Adəti 24 gün təmiz, 6 gün heyz olan qadın 32 təmiz, 3 qan görsə, təmizlik gün sayı 32 günə çıxar; adəti isə 3 günə enər.


 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net