Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qızlarda heyzin başlaması

Rənglərin açıqlaması



Qızlarda heyzin başlaması
Qayda: Bir qız həyatında ilk dəfə olaraq ən az 3 gün, yəni 72 saat qan görsə, heyz görməyə başlamış olar. 10 günü keçməzsə, qanlı günlərin sayı adəti olar. 10 günü keçsə, 10 günü heyz, sonrakılar istihazə olar, yəni adəti 10 gün olar.
Qız ilk dəfə olaraq qan görməyə başlayanda namazı və orucu buraxar. Əgər 3 gün olmadan kəsilsə, namazın son vaxtına [o namazı qılacaq] qədər gözləyər və dəstəmaz alıb namazını qılar. Qan gələrsə, namaz qılmaz. 3 günə qədər belə davam edər, qüsl lazım deyil. Çünki bunun adət qanı olmama ehtimalı vardır. Təkcə dəstəmaz almaq kafidir.
Əgər 3 gündən sonra qan kəsilsə, yenə namaz vaxtının sonuna qədər gözləyər, gəlməzsə, bu üç günün adət qanı olduğu aydınlaşdığından qüsl alıb namazını qılar. Qan gəldiyi müddətdə 10 günə qədər belə davam edər. 10 gündən sonra qüsl alıb namaza başlayar. 10 gündən sonra gələn qan istihazə olacağı üçün artıq qüsl almadan dəstəmaz alıb namazını qılar.

Nümunələr:
1) Bir qız ilk dəfə olaraq 2 gün qan görsə və sonra 21 gün təmiz qalsa, 2 qanlı gün istihazə olar. Çünki Hənəfidə heyzin ən azı 3 gün, yəni 72 saatdır. Bu ay heyz görməmiş olar.



ŞƏRH
Qan görəndə namazı buraxar. Qan kəsiləndə 3-cü gündən etibarən qüsl almadan namaza başlayar.

2) Bir qız ilk dəfə olaraq 3 gün qan görsə və sonra 20 gün təmiz qalsa, bu 3 qanlı gün heyz olar. Adəti 3 gün olar.



ŞƏRH
Qan görəndə namazı buraxar. Qan kəsiləndə 4-cü gündən etibarən qüsl alıb namaza başlayar.

3) Bir qız ilk dəfə olaraq 6 gün qan görsə və sonra 21 gün təmiz qalsa, bu 6 qanlı gün heyz olar. Adəti 6 gün olar.



ŞƏRH
Qan görəndə namazı buraxar. Qan kəsiləndə 7-ci gündən etibarən qüsl alıb namaza başlayar.

4) Bir qız ilk dəfə olaraq 10 gün qan görsə və sonra 20 gün təmiz qalsa, bu 10 qanlı gün heyz olar. Adəti 10 gün olar.



ŞƏRH
Qan görəndə namazı buraxar. Qan kəsiləndə 11-ci gündən etibarən qüsl alıb namaza başlayar.

5) Bir qız ilk dəfə olaraq 12 gün qan görsə və sonra 19 gün təmiz qalsa, 12 qanlı günün ilk 10 günü heyz, sonrakı 2 günü istihazə olar. Adəti 10 gün olar.



ŞƏRH
Qan görəndə namazı buraxar. 11-ci gün qan gəlməyə davam edərsə, istihazə olduğu aydınlaşar. 11-ci gündən etibarən qüsl alıb namaza başlayar.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net