Sual: Namaz beş vaxt deyilmi? Niyə üç və ya altı vaxt deyənlər olur?
CAVAB
Peyğəmbər əleyhissəlam bizə namazın beş vaxt olduğunu bildirmişdir. İllərlə beş vaxt qıldı. Əlavə, başqa dəlil axtarmaq lazım deyil. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Namaz möminlərə müəyyən vaxtlarda fərz edildi». [Nisa, 103]
“Nisa” surəsinin 103-cü ayəsində «Namaz müəyyən vaxtlarda fərz edildi» buyurulub ayrıca beş vaxtın hamısı digər ayələrdə bildirildiyi halda "Beş vaxt namaz" ifadəsinin işlənməsi qütblərdə və buralara yaxın yerlərdə beş vaxtın hamısının müəyyən olmamasına görədir. «Neməti-islam»
“İsra” surəsinin «Günəşin batmağa meyl etməsi anından gecənin qaralmasına qədər və sübh vaxtı namaz qıl» tərcüməsindəki 78-ci ayəti-kərimənin əslində keçən «Düluküş-şəms» zöhr və əsr, «Qasakil-leyl» şam və işa namazı, «Fəcr» də sübh namazıdır. «Beydavi»
“Qaf” surəsinin «Günəş doğmamışdan və batmamışdan qabaq və gecə Rəbbini təsbih et» tərcüməsindəki 39 və 40-cı ayəti-kəriməsindəki günəş doğmamışdan əvvəlki sübh namazı, günəş batmamışdan əvvəlki zöhr və əsr namazı, gecəki də şam və işa namazıdır. «Beydavi»
İbni Abbas həzrətləri «Qurani-kərimdə beş vaxt namazı bildirən ayə hansıdır?» deyə sual verildikdə bu tərcümədəki ayəti-kəriməni oxudu:
«Axşama girərkən, sübhə çıxanda, gündüzün sonunda və zöhr vaxtı Allahı tənzih edin et!» [Rum, 17-18]
«Axşama girəndə» sözündə məqsəd şam və işa namazı, «sübhə çıxanda» kəlməsində sübh namazı, gündüzün sonundakı əsr namazı, günortadakı da zöhr namazıdır. «Cəlaleyn»
“Nur” surəsinin 58-ci ayəti-kəriməsində «salati-fəcr- sübh namazı» və «salati-işa- işa namazı» ifadəsi açıq şəkildə keçir.
Peyğəmbər əfəndimiz “Bəqərə” surəsindəki «Namazları və vusta namazını qılın» tərcüməsindəki 238-ci ayəti-kəriməni açıqlayarkən «Vusta namazı əsr namazıdır» buyurdu. «İ. Əhməd»
Bu ayəti-kərimədə «Namazları və orta namazı [əsr namazını] qılın» buyurulur. Ərəbcə qrammatikaya görə, namazlar [salavat] deyiləndə ikidən çox namaz aydın olur. Çünki iki namaz demək üçün, salavat [namazlar] deyil, salateyn [iki namaz] deyilir. Vusta [orta] namazı əsr namazı olduğuna görə, əsr xaric o biri namazların sayı iki ola bilməz, ikidən çox olmalıdır. Üç də ola bilməz, çünki VUSTA NAMAZI xaric, 4, 6 kimi cüt ədədli olmalıdır ki, orta namaz [əsr namazı] tam ortada ola bilsin. Yəni ortadakı namaz əsr olduğuna görə, ondan əvvəl iki namazın, ondan sonra da iki namazın olduğu meydana çıxır. Digər ayələrdəki namaz vaxtlarına da diqqət yetirildikdə namaz vaxtlarının beş olduğuna heç şübhə qalmaz.
«Gündüzün iki tərəfində, gecənin də yaxın saatlarında doğru namaz qıl. Çünki gözəlliklər pislikləri [günahları] aradan qaldırır. Bu yaxşı düşünənlərə bir öyüddür». [Hud, 114]
Gündüzün iki tərəfindəki namazlar sübh, zöhr və əsr; gecənin yaxın saatlarındakı namazlar da şam və işa namazlarıdır. «Mədarik»
Burada həsənat-gözəlliklər deyiləndə beş vaxt namaz nəzərdə tutulur. «Mədarik, Beydavi»
Kitab və sünnədən sonrakı dəlil icmadır. Peyğəmbər əfəndimiz, əshabi-kiram və onlardan sonra bu günə qədər gələn bütün alimlər beş vaxt namaz qılmış, bu barədə qəti bir icma hasil olmuşdur.
İslam alimləri də beş vaxt namazın necə qılınacağını kitablara yazmışlar və beləcə, qiyasi-füqəha ilə namazın beş vaxt olduğu sabit olmuşdur.
İki vaxt bəs edirmi?
Sual: Bir yerdə belə bir hədis oxudum:
«Məşhur islam alimlərindən imam Əhməd bin Hənbəl və Əbu Davudun rəvayətlərinə görə, beş vaxt namaz qılmağa vaxt olmadığını söyləyib "Mənə elə bir şey əmr et ki, etdiyim zaman kafi olsun" deyən Fudaləyə həzrəti Muhammed sübh və əsr namazlarına davam etməsini, iki vaxt qılmasının ona kafi olacağını söyləmişdir».
Yuxarıda bildirilən hədis doğrudurmu?
CAVAB
Belə bir ifadəyə rast gəlmədik. Uydurma olma ehtimalı vardır, çünki islam alimləri “Həzrəti Muhammed” deməz. Bunu ümumiyyətlə, xaricilər deyir. Ayrıca, bu ifadə aşağıda bildirilən səhih hədislərin hamısına ziddir. Bir vaxt namazı qəsdən tərk etmək çox böyük günahdır. Əgər belə bir hədis varsa, bu hadisə beş vaxt namaz fərz olmadan əvvəl baş vermiş ola bilər; çünki meracdan əvvəl təkcə sübh və əsr namazı var idi. Həcc namazdan on il sonra fərz oldu. Məsələn, bu hədisi-şərifdə həccdən heç bəhs edilmir:
Saçları dağınıq biri [bəlkə də islamı öyrənmək üçün] gəlib Rəsulullahdan soruşdu:
«-Ya Rəsulullah islam nədir?
- Gündə beş vaxt namaz qılmaqdır.
- Beşdən çox deyilmi?
- Xeyr, nafilə qılmaq istəyən qıla bilər. Bir də ildə bir ay ramazan orucu vardır.
- Bundan başqa oruc yoxdurmu?
- Nafilə olaraq tutmaq istəyən tuta bilər. Bir də varlı üçün malının zəkatı vardır.
- Bundan çoxu vardırmı?
- İstəyən nafilə olaraq sədəqə verə bilər.
- Vallah, nə çox, nə də bundan az edərəm.
- Bunları edən xilas olar». [Buxari, Müslim, Əbu Davud, Nəsai]
Yaxud sırf o deyilən şəxsə aid xüsusi bir vəziyyətdir, namaza alışana qədər ona elə deyilmiş ola bilər; çünki o dövrdə din yeni gəldiyi üçün xüsusi hadisələr olurdu. Məsələn, buna bənzər bir hadisə belə idi: Bir gənc «Ya Rəsulullah, yalan, zina və içkini buraxa bilmirəm. Nə buyurursınız?» dedi. Rəsulullah əfəndimiz «Yalanı mənim üçün tərk et» buyurdu. O gənc qəbul edib getdi. Daha sonra digər iki günahı işləmək istəyəndə «Bu günahları işləyib Rəsulullahın qarşısına çıxınca "İşləmədim" desəm, yalan olar. Əgər "İşlədim" desəm, məni cəzalandırar» deyə düşündü. Digər iki günahdan da imtina etdi.
Namazın beş vaxt olduğuna dair hədisi-şəriflərdən bəziləri belədir:
«İslam beş şey [təməl] üzərinə quruldu:
1- Allaha və Muhammed əleyhissalamın Onun elçisi olduğuna inanmaq
2- Hər gün beş vaxt namaz qılmaq
3- İldə bir dəfə malının qırxda birini müsəlman olan kasıblara zəkat vermək
4- Şərif ramazan ayında hər gün oruc tutmaq
5- Məkkəyə gedərək ömründə bir dəfə həcc etmək». [Buxari, Müslim, Tirmizi, Nəsai]
«Beş vaxt namaz qılanın halı evinin qarşısından axan suda beş dəfə yuyunan şəxs kimidir. Belə bir adam çirkdən necə təmizlənirsə, namaz qılan da kiçik günahlardan elə təmizlənər». [Buxari, Müslim, İ. Əhməd, Beyhəki, Darəmi, Təbərani]
«Həzrəti Cəbrayıl enib mənə imamlıq etdi və özü ilə birlikdə beş vaxt namazı qıldım və beş vaxt namazla əmr olundum». [Buxari, Müslim, Əbu Davud, Nəsai]
«Fərz olduğuna inanıb ruku, sücud, dəstəmaz və vaxtlarına riayət edərək beş vaxt fərz namaza davam edənə Cənnət vacib, Cəhənnəm haram olar». [Təbərani]
«Beş vaxt namazı ilk təkbirə çataraq qırx gün camaatla qılana Cənnət vacibdir». [Əbu Yala]
«Allahdan qorxun, beş vaxt namazı qılın, [Ramazan ayında] oruc tutun, mallarınızın zəkatını istəyərək verin; amirinizə itaət edin, beləcə, Rəbbinizin Cənnətinə girin». [Tirmizi]
«Allah üçün ibadətinizi ixlaslı edin. Beş vaxt namazı qılın, könül xoşluğu ilə malınızın zəkatını verin, ramazan orucunu tutun, həccə gedin, beləcə, Rəbbinizin Cənnətinə girərsiniz». [Təbərani]
«Allahu təalanın ilk fərz etdiyi şey beş vaxt namazdır. İlk ortadan qalxacaq olan da yenə beş vaxt namazdır. İlk sorğu da beş vaxt namazdan olacaq». [Hakim]
«Qiyamətdə hər kəs qorxu içində ikən qorxmayan üç qrup insandan biri sırf Allah rizası üçün hər gün beş vaxt namaza çağıran müəzzindir». [Təbərani]
«Allahu təala beş vaxt namazı əmr etdi. Gözəl dəstəmaz alıb bunları vaxtında qılanı, ruku və huşularını tamamlayanı bağışlayacağına söz verdi. Bunları etməyənə söz vermədi. Onu istəsə, bağışlayar; istəsə də, əzab edər». [Əbu Davud, İbni Macə, Nəsai, İ. Malik, İ. Əhməd]
«Beş vaxt namaz onu gözəl qılana qiyamətdə nur, dəlil və qurtuluş olar». [İbni Nəsr]
«Allahu təala buyurdu: "Beş vaxt namazı fərz etdim. Şərtlərinə uyaraq vaxtında qılanı Cənnətə qoyacağıma söz verdim. Qılmayana verilmiş bir sözüm yoxdur». [İbni Macə, Əbu Davud]
«Beş vaxt namaz və cümə namazı gələcək cüməyə qədər və ramazan orucu da gələcək ramazana qədər edilən günahlara kəffarədir. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar». [Müslim, İ. Əhməd]
«Merac gecəsi 50 vaxt namaz fərz oldu. Sonra beş vaxta endirildi». [Buxari, Müslim, İ. Əhməd]
«Allahu təala buyurdu: Məndə söz və hökm əsla dəyişdirilməz. Bu beş vaxt namazın qarşılığında əlli vaxt namaz savabı vardır». [Buxari, Müslim, Tirmizi, Nəsai]
«Bir qadın beş vaxt namazı qılıb orucunu tutsa, özünü yad kişilərdən qoruyub ərinə itaət etsə, Cənnətə istədiyi qapıdan girər». [İbni Hibban]
«Beş vaxt namazı tərk edən Allahu təalanın hifz və amanından məhrum olar». [İbni Macə]
«Hamı pozulduqda beş vaxt namazı camaatla qılana hər gün yüz şəhid savabı yazılar». [İ. Nəsr]
«Beş vaxt namazı camaatla qılan sirat körpüsünü şimşək kimi keçər». [Təbərani]
«Beş vaxt namazı qılan, ramazan orucunu tutan, zəkat verən və böyük günahlardan çəkinən hər bir kəsə qiyamətdə Cənnətin səkkiz qapısı açılar. İstədiyi qapıdan girər». [Hakim]
«Beş vaxt namazlardan sonra edilən dua qəbul olar». [Buxari]
«Beş vaxt namaza davam edin, çünki kiçik günahlara kəffarə olar». [Təbərani]
«Kitab əhli olan bir qövmə vəzifəli olaraq getdiyin zaman əvvəlcə, Allahdan başqa ilah olmadığına və Muhammedin Allahın elçisi olduğuna şahidlik etməyə dəvət et. Bunu qəbul etsələr, Allahın gündə beş vaxt namazı fərz etdiyini xəbər ver. Bunu da qəbul etsələr, Allahın özlərinə varlılardan alınıb kasıblarına verilən bir sədəqəni [zəkatı] fərz etdiyini söylə». [Buxari, Müslim, Əbu Davud]
«Beş vaxt namazı qılan, ramazan orucunu tutan, zəkatını verən və yeddi böyük günahdan uzaq durana Cənnətin bütün qapıları açılıb "Salamatlıq və əmniyyət içində gir" deyilər». [Nəsai]
Üç vaxt qılmaq
Sual: Abduhçu biri «Quranda beş vaxt ifadəsi keçmir, amma Peyğəmbər həyatı boyunca beş vaxt namaz qılmışdır. Bu baxımdan 5 vaxt namaz qılmaq günah sayılmadığı kimi, üç vaxt qılmaq da caizdir» deyir. Bu adam Rəsulullahın Qurana zidd olaraq beş vaxt qıldığınımı söyləmək istəyir?
CAVAB
Qurani-kərimdə 5 vaxt namaz bildirilməmişsə, Rəsulullah əfəndimiz öz-özünə 5 vaxt qıldı? Bir hədisi-şərifdə belə buyurur:
«Meraca çıxdığım gecə beş vaxt namazla əmr olundum». [Buxari, Müslim]
Haşa, Rəsulullah əfəndimiz «Beş vaxt namazla əmr olundum» deyə yalan söyləyir?
Din düşməni istədiyini söyləyə bilər, onsuz da məqsədi dini pozmaq və yıxmaqdır; amma bir müsəlmana onlarla dostluq etmək, sözlərinə etibar etmək heç yaraşarmı? Dinini din düşmənlərinin bu və ya bu maska altında yazdığı kitablardan öyrənmək heç uyğun olarmı?