Sual: Oruc tutmamağı mübah edən üzrlər hansılardır?
CAVAB
Oruc tutmamağı mübah edən üzrlər bunlardır:
1-Xəstəlik: Xəstə olan və ya oruc tutanda xəstəliyi artan şəxs oruc tutmaz və ya tutursa, poza bilər. Xəstəyə baxan da xəstə hökmündədir. Xəstəyə baxmaq üçün çətinliyə düşsə, oruc tutmaya bilər.
2-Səfər: 104 km uzağa gedən şəxs 15 gündən az qaldığı yerdə səfəri olar. Səfərdə çətinlik olarsa, iş axsayarsa və ya qəzaya səbəb olacaq bir vəziyyət olarsa, orucu qəzaya saxlamaq caiz olar. Hədisi-şərifdə «Səfərdə sıxıntı içində oruc tutmaq yaxşı iş sayılmaz» buyurulmuşdur. «Buxari»
3-Hamilə və əmzikli olmaq: Özünə və ya uşağına bir zərər gələcəksə, hamilə və əmzikli qadın oruc tutmaz. Hədisi-şərifdə «Allahu-təala hamiləylə, əmzikli qadına oruc tutmaması üçün sənəd verdi, orucunu təxir etdi» buyurulur. «Əbu Davud, Tirmizi, Nəsai»
Əmzikli qadın öz uşağını və ya başqasının uşağını əmizdirsə də, hökm eynidir.
4-Aclıq və susuzluq: Özündə şiddətli aclıq və susuzluq meydana gələn şəxs ölüm təhlükəsi varsa və ya huşunu itirəcəksə, yaxud xəstələnib bir zərərə uğrayacaqsa, orucunu poza bilər.
5- Qocalıq: Oruc tuta bilməyən yaşlı adamın yaxşılaşma ehtimalı da yoxdursa, tuta bilmədiyi günlər üçün fidyə verər. 30 günün fidyəsi 52 kq undur. Və ya 52 kq un dəyərində qızıl da verilə bilər.
6- İkrah: Oruclu «Orucunu pozmasan, səni öldürərik və ya bir üzvünü kəsərik» deyə təhdid edilmişsə, dediklərini etməyə gücləri çatır və uydurmurlarsa, oruclunun orucunu pozması mübah olar.
Ramazanda oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi-şərifdə «Üzrsüz ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, ramazandakı o bir günkü savaba qovuşa bilməz» buyurulmuşdur. «Tirmizi»
Oruc pozulunca
Sual: Ramazan ayında orucu pozulan şəxs artıq yeyib-içə bilərmi?
CAVAB
Ramazan günü orucunu hər hansı bir səbəblə pozan, səfərdə ikən öz şəhərinə gələn, yəni gəlincə mukim olan və heyzi kəsilən qadın axşama qədər oruclu kimi qalar, yeyib-içməz; lakin heyzi başlayan qadın oruclu kimi qalmaz; yeyib-içər. Oruc tuta bilməyəcək bir üzrü olanlar oruc tuta bilmədikləri günlər gizli yeyib-içməlidir.