Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Səbəblərə yapışmaq dinimizin əmridir

Vəhhabilər deyir:
Peyğəmbərlərin və onların yolunda olanların getdikləri yol vasitədir, özləri vasitə deyil. Maddə, cisim və şəxs səbəb ola bilməz. Diri olub yanında olandan bir şey istəmək caizdir. Uzaqda olandan və ölüdən istəmək, onları vasitə etmək şirkdir.
CAVAB
Hər şeyi yaradan, edən tək Allahu-təaladır. Bir şeyi yaratmaq üçün başqa bir məxluqunu vasitə və səbəb etməsi Allahu-təalanın adətidir. Allahu-təalanın bir şeyi yaratmağını istəyən o şeyin yaradılmasına vasitə olan səbəbə yapışmalıdır. Peyğəmbərlər həmişə səbəblərə yapışmışdır.
Allahu-təala səbəbə yapışmağı tərifləyir. Peyğəmbərlər səbəblərə yapışmağı əmr edir. Dünyadakı hadisələr də səbəbə yapışmanın lazım olduğunu göstərir. Bir şeyə qovuşmaq üçün o şeyin səbəbinə yapışılar. O səbəbi o şeyə səbəb edənin, insanın o səbəbə yapışmasını təmin edənin və o səbəbə yapışdıqdan sonra o şeyi yaradanın həmişə Allahu-təala olduğuna inanmaq lazımdır. Belə inanan bir şəxs bu səbəbə yapışmaqla o şeyə qovuşduğunu deyə bilər. Bu sözü o şeyi səbəbin yaratdığı demək deyil. Allahu-təalanın o şeyi bu səbəblə yaratdığı deməkdir.

Məsələn, «İçdiyim dərman ağrımı kəsdi», «Seyid Nəfisə həzrətlərinə əhd edincə xəstəm yaxşı oldu», «Çorba məni doyurdu», «Su hərarətimi apardı» sözləri bunların həmişə vasitə olduğunu göstərir. Bunun kimi danışan müsəlmanların yuxarıda bildirdiyimiz kimi, inandığını düşünmək lazımdır. Belə düşünənə kafir deyilməz. Vəhhabilər də diri olandan, yanında olandan bir şey istəməyin caiz olduğunu deyir. Bir-birlərindən və hökumət məmurlarından çox şey istəyirlər. Vermələri üçün yalvarırlar. Uzaqda olandan və ölüdən istəməyin şirk olduğunu, diridən istəməyin şirk olmadığını deyirlər. Əhli-sünnə alimləri isə biri şirk olmadıqda, o birinin də şirk olmadığını deyir. Aralarında fərq olmadığını bildirirlər.

Səbəblər üç qisimdir.
İslam alimlərinin böyüklərindən Muhammed Məsum həzrətləri “Məktubat” kitabında buyurur:
Səbəblərə yapışmaq təvəkkülə zidd deyil. Çünki səbəblərə təsir etmək qüvvəsini də Allahu-təala verir. Səbəblərə yapışarkən, səbəblərin təsirini Allahu-təaladan bilib və Ona güvənmək lazımdır. Təsir etdikləri təcrübə edilən səbəblərdən yapışmaq təvəkkül etmək deməkdir. Təsiri bilinməyən, ümid də edilməyən səbəblərə yapışmaq təvəkkülə uyğun deyil. Təsiri qəti olan səbəblərə yapışmaq lazımdır, hətta vəzifədir. Atəş yandırıcıdır. Atəşə yandırmaq xüsusiyyətini və təsirini verən Allahu-təaladır. Ac olanda qida, təam yeyib qidaya doyurmaq təsirini Allahu-təalanın verdiyinə inanmalıyıq. Faydalı təsiri qəti olan belə səbəbləri istifadə etməyərək zərər hasil olsa, Allahu-təalaya itaət etməmiş olarıq. Ona qarşı gəlmiş olarıq.

Səbəblər üç qisimdir:
Təsiri görülməmiş, eşidilməmiş səbəbləri istifadə etmək caiz deyil.

Təcrübə edilmiş, faydalı təsir etdikləri aydın olan səbəbləri istifadə etmək vacibdir. Bunları tərk etmək günahdır.

Təsirləri şübhəli olan səbəbləri istifadə etmək vacib lazım olmasa da, caizdir.

Allahu-təala mühüm olan işləri görmədən əvvəl bunları təcrübəli, məlumatlı kəslərlə məşvərət etməyimizi, bundan sonra o işləri görməyimizi, edərkən də Allahu-təalaya təvəkkül etməyimizi, nəticəni Ondan gözləməyimizi əmr edir. Məşvərət etmək səbəbə yapışmaqdır. Bu əmr faydalı səbəbə yapışmağın vacib olduğunu və səbəbin təsirini Allahu-təaladan gözləməyin lazım olduğunu bildirir.

Axirət işlərində, yəni ibadət və taat etməkdə təvəkkül olmaz. İbadətləri etməyimiz, buna görə çalışmağımız əmr olundu. Axirət işlərində təvəkkül etmək deyil, qorxmaq və ümid etmək lazımdır. Bu əmrləri etmək, bunların qəbul olunması və savab verilməsi üçün Allahu-təalanın mərhəmətinə və lütfkarlığına etimad edib güvənmək lazımdır. Əmrləri yerinə yetirmək və qadağanlardan çəkinmək qulluq vəzifəsidir.
İnsan təsəvvüfdə nə qədər irəliləyərsə irəliləsin, kamala gəlsin, ilahi kurba qovuşsun, bədəni ilə ruhu məxluq olmaqdan xilas ola bilməz. Allahu-təaladan başqa hər şey hədisdir, məxluqdur. Var olmadan əvvəl yox idilər. Sonra da yox olacaqlar. Müsəlman olmaq üçün belə inanmaq lazımdır.

Axirətdə əzabdan xilas olmaq üçün əhli-sünnə alimlərinin bildirdiklərinə inanıb tabe olmaq lazımdır. Bu kitablara uyğun gəlməyən kəşflər, kəramətlər heç bir işə yaramaz. «c. 1 m. 182»

Vasitə və səbəb axtarmaq
Peyğəmbərlərin və övliyanın vasitəsi ilə, yəni onları səbəb edərək, vasitə edərək Allahu-təalanın yaratmasını istəməyin caiz olduğunu göstərən ayəti-kərimələri bildirək:
«Ey iman edənlər! Allahu-təaladan qorxun! Ona yaxınlaşmaq üçün vasitə axtarın». [Maidə, 35]

«O kəslər ki, dua və ibadət edərlər, Rəblərinə yaxınlaşmaq üçün vasitə və səbəb axtararlar. Səbəblərin Allahu-təalaya ən çox yaxınlaşdıranını istəyərlər». [İsra, 57]

Bu ayəti-kərimələrdə Allahu-təala səbəbə, vasitəyə yapışmağı əmr edir. Vasitənin özünə ən çox yaxınlaşdırıcı bir şey olduğunu bildirir. Vasitənin müəyyən bir şey olduğu bildirilmədi. Buna görə Allahu-təalanın razılığına qovuşduran hər şey, yəni xaricilərin dedikləri kimi tək duaları deyil, şəfaətləri və Allahu-təala qatında mərtəbələri, qiymətləri və özləri həmişə vasitədirlər.
[Vəhhabilər «Vasitə Peyğəmbərlərin və onların yolunda olanların getdiyi yoldur. Onların yolu vasitədir, özləri vasitə deyil» deyir.]

Əhli-sünnə alimləri isə Peyğəmbərlərin və onlara tabe olanların getdikləri yolun, yəni iman, ibadət və ixlasın vasitə olduğu kimi, o böyüklərin şəfaətlərinin, mövqelərinin, kəramətlərinin, dualarının və özlərinin də vasitə olduğunu demişdir. Özlərinin vasitə ola bilməyəcəyini deyənlər Qurani-kərimə, hədisi-şəriflərə, Peyğəmbərlərə və övliyaya böhtan atırlar. Peyğəmbərlərin və övliyanın özlərinin vasitə edilməsi Qurani-kərimdə və hədisi-şəriflərdə açıq şəkildə bildirilmişdir.

“Ənfal” surəsinin 33-cü ayəsində tərcümə olaraq «Sən aralarında olduqca o kafirlərə əzab etməm» buyurulmuşdur. Təfsir kitablarında və Buxaridə bildirildiyi kimi, kafirlər Peyğəmbər əfəndimizə lağ edirdilər. “Rəbbinə söylə, bizə tez əzab göndərsin” deyirdilər. Bu sözlərinə görə yuxarıdakı ayəti-kərimə nazil oldu. Rəsulullahın mübarək cəsədi-şərifinin kafirlərin arasında olmasının onlara əzab gəlməsini önlədiyi buyurulmuşdur. Rəsulullah peyğəmbərlik mövqeyi ilə, yaxud dua edərək, yaxud da şəfaət edərək əzab gəlməsini önlədiyi deyilə bilməz. Çünki kafirlərə dua və şəfaət edilmədiyi kimi inanmadıqları peyğəmbərliyin onlara faydası ola bilməz.

Allahu-təalanın Muhammed əleyhissalamı insanlar arasından seçməsi və onu bütün Peyğəmbərlərindən üstün etməsi mübarək zatı üçündür, özü üçündür. Bunu hər mömin bilir. Rəsulların, nəbilərin, vəlilərin üstünlükləri də həmişə belədir. Mövqe, mərtəbə və hər yüksəklik zata tabedir. Zat mövqeyə tabe deyil. [Məsələn, insan paşa olduğu üçün qiymətli olduğu deyilməz. Qiymətli olduğu üçün paşa olduğu deyilər.]

Vəhhabilərin maddə, cisim və şəxs səbəb ola bilmədiyi sözlərinin səhv olduğu aydın oldu. Ayəti-kərimələr və hədisi-şəriflər və Rəsulullahın sünneyi-səniyyəsi onların səhv və pozuq yolda olduğunu göstərir.

Hədisi-şərifdə «Torpağımızın və birimizin tüpürcəyinin bərəkəti və Rəbbimizin icazəsi ilə xəstəmiz şəfa tapar» buyurulmuşdur. Torpaq, tüpürcək və əczaçının təsiri, müəyyən olan dərmanları həmişə maddə və cisimdir, yəni zatdır. Bunların mövqeyi, rütbəsi və şəfaəti düşünülə bilməz.

Hədisi-şərifdə buyurulub:
«Zəmzəm suyu, içənin niyyətinə görə fayda verər». [Müslim]
Zəmzəm suyu dünya və axirətin hər hansı bir faydası üçün niyyət edərək içilsə, istənilən fayda hasil olar. Belə olduğu çox görülmüşdür. Zəmzəm suyu zatdır, maddədir. Şəfa, fayda vermək üçün rütbəsi ilə təsir etməsi yaxud dua və şəfaət etməsi düşünülə bilməz.

Səhih olan hədisi-şərifdə və bütün fiqh alimlərinin sözbirliyi ilə bildirdikləri kimi Kəbə qapısı ilə Həcərül-əsvəd daşının arasındakı təvaf yerinə mültəzəm deyilir. Bir nəfər burada qarnını Kəbə divarına toxundurub, mültəzəmi vasitə edərək Allahu-təalaya yalvarsa, Allahu-təala onu zərərdən, qüsurdan qoruyar. Belə olduğu çox təcrübə edilmişdir. Hamının bildiyi kimi, mültəzəm Kəbə divarında bir neçə daşdır. Bu daşlar zatdır. Yəni maddədir. Allahu-təala hər maddəyə müəyyən xüsusiyyətlər verdiyi kimi, bu daşlara da xeyirə, faydaya vasitə olmaq xüsusiyyətini vermişdir. [Aspirinə ağrı kəsmək, spirtli suya ağlı aradan qaldırmaq xüsusiyyətlərini verdiyi kimi, bu daşlara başqa daşlardan çox olaraq duaların qəbul olmasına səbəb olmaq xüsusiyyətini vermişdir.]

Kəbənin şimal tərəfində olan su novunun altındakı təvaf yerinə və Məscidi-Haramın içindəki Kəbə qapısı qarşısında olan İbrahim məqamı deyilən yerə, Həcərül-əsvəd deyilən Kəbə küncündəki daşı öpməyə və əl-üzü sürtməyə belə faydalı xüsusiyyətlər verilmişdir. Bunlara təvəssül edənlərin, yəni bunları vasitə edərək dua edənlərin duaları qəbul olmaq xüsusiyyətini, qiymətini Allahu-təala bu maddələrə vermişdir. Bu maddələrin duaların qəbul olmasına vasitə olduqları bilinir, görünür və inanıldığı halda Rəsulullahı və onun yolunda olan Allahu-təalanın sevimli qullarını vasitə edərək edilən dualar heç qəbul olmazmı? Əgər bir kimsə yerdəki torpağın, bəzi kəslərin tüpürcəyinin, zəmzəm suyunun, mültəzəmdəki daşların, İbrahim əleyhissalamın mübarək ayaqlarının izi olan İbrahim məqamının və Həcərül-əsvəd daşının, yəni bu maddələrin hamısının faydalı şeylər üçün vasitə, səbəb olmaları Peyğəmbərlərin və övliyanın məzarlarının da vasitə olacağını göstərmədiyini desə, bu şəxsin din cahili olduğunu, Allahdan, Rəsulullahdan və müsəlmanlardan utanmadığını göstərər. Çünki əshabi-kiram Rəsulullahın şərif zatını çox yüksək bilib hörmət göstərərdilər.

Urvə-təbni Məsud-issəkafinin Buxaridə və başqa kitablarda bildirilən sözləri məşhurdur. Urvə deyir:
Hudeybiyə sülhü üçün müşriklərin elçisi kimi Rəsulullahın yanına gəlmişdim. İşim bitdikdən sonra Məkkəyə Qureyşin böyüklərinin yanına döndüm. Onlara dedim ki, «Bilirsiniz, Əcəm şahı olan kisraların və Bizans kralı olan kaysərlərin və Həbəş padşahı olan nəcaşilərin yanına çox gedib gəldim. Onlara edilən hörmətin Muhammed əleyhissalamın əshabının Muhammed əleyhissalama etdikləri hörmət qədər çox olduğunu görmədim. Muhammed əleyhissalamın tüpürcəyinin yerə düşdüyünü görmədim. Əshabı ovucları ilə qapışıb üzlərinə, gözlərinə sürtürdülər. Dəstəmaz aldığı suyu da qapışıb bərəkət üçün saxlayırdılar. Təraş olunca bir tükü yerə düşmədən əvvəl əshabı qapışırdılar. Ən qiymətli cövhər kimi saxlayırdılar. Hörmətlərindən, ədəblərindən üzünə baxa bilmirdilər...».

Əshabi-kiramın Rəsulullahın zatından ayrılan ən kiçik zərrələrə, hətta başqaları üçün murdar, çirkin sayılan şeylərinə belə necə qiymət verdikləri bu xəbərdən aydın olur. “Bu hörmət və ədəblər mübarək tüpürcəyinin və mübarək üzvlərinə dəymiş olan dəstəmaz sularının onlara dua etmələri və ya şəfaət etmələri, yaxud rütbə və qiymətləri olduğu üçündür” deyilə bilərmi?

Bunlar maddədir. Lakin ən şərəfli bir şəxsdən, maddədən ayrıldığı üçün qiymətli olmuşlar. Vəhhabilər və onların yolunda olanlar həqiqi din adamı və tövhid əhli olduğunu deyərək öyündükləri halda Rəsulullahı Lat bütü ilə bir tuturlar. Rəsulullahın və onun əshabının etdiklərini və əmr etdiklərini bütə tapınmağa bənzədirlər. Onlar kimi söyləməkdən, onlar kimi düşünməkdən və onlar kimi inanmaqdan Allahu-təalaya sığınarıq.

Peyğəmbərləri və onların yolunda olan seçilmiş, sevilmiş vəliləri vasitə edərək, Allahu-təaladan diləkdə olmağın caiz olduğunu göstərən hədisi-şəriflər o qədər çoxdur ki, bunlara pis düşmənlərimiz heç cavab verə bilmir. Çaşıb qalırlar: BuxariMüslimdə yazıldığı üzrə Əsmə binti Əbi Bəkr yanındakılara Peyğəmbər əfəndimizin yaşıl bir cübbəsini göstərdi. Yaxası ipəkdən idi. «Bu palto həzrəti Aişənin yanında idi. O vəfat edincə mən götürdüm. Bu cübbəni xəstələrimizə geydirərək müalicə edirik. Xəstələrimiz bununla yaxşı olurlar» dedi. Görünür ki, Allahu-təalanın sevimli Peyğəmbəri və bütün üstünlüklərin sahibi geymiş olduğu üçün əshabi-kiram bu cübbəni şəfa tapmaq üçün vasitə etməkdədir.

Humeydinin Buxaridən və Müslimin səhihindən yığdığı kitabında Səhl bin Sad deyir:
«Rəsulullah mübarək köynəyini mənə hədiyyə etmişdi. Anam məndən almaq istədi. Bunu kəfən etmək üçün saxlayacağam dedim. Rəsulullah əfəndimizin mübarək köynəyi ilə bərəkətlənmək istədim».

Görünür ki, əshabi-kiram Rəsulullahın mübarək köynəyini əzabdan xilas olmaq üçün vasitə və səbəb edirdilər.

BuxariMüslimdə Ümmi Süleymden xəbər verilir:
Rəsulullah yanımda yatırdı. Mübarək üzü inci kimi tərləmişdi. Tərini götürüb bir yerə qoyarkən oyandı. «Ya Ümmi Süleym, nə edirsən?» buyurdu. “Ya Rəsulullah! Mübarək tərinlə uşaqlarımızın bərəkətlənməsini istəyirəm” dedim. «Yaxşı edirsən» buyurdu. İbni Mələk Məsabih kitabının şərhində deyir ki, bu hədisi-şərif göstərir ki, təsəvvüf böyüklərinin, alimlərin və salehlərin istifadə etdikləri şeylərlə də Allahu-təalanın razılığını qazanmaq caizdir.

İmam Müslim səhihində deyir:
Rəsulullah sübh namazını qılanda Mədinə xalqı içində su olan qablarla hüzuruna gəlirdi. Hər qaba mübarək əllərini salardı.

İbnül-Cövzi “Bəyanül-müşkilil hədis” kitabında deyir:
Mədinə əhalisi beləcə Rəsulullahla bərəkətlənərdilər. Bir alimə gəlib belə bərəkətlənmək istəyənləri alimin boş çevirməməsi yaxşı olar.

Buxari kitabında İbni Sirindən xəbər verilir:
İbni Sirin deyir ki, Rəsulullah əfəndimizin şərif saqqalından bir parça əlimə keçdi. Bunu Ubeydəyə söylədim. “Məndə bir şərif saqqalı olmasını dünyada olan hər şeydən daha çox sevirəm” dedi.

Buxaridə deyilir:
Rəsulullahın uzun müddət xidmətində olmaqla şərəflənmiş Ənəs bin Malik özüylə birgə bir şərif saqqalı dəfn olunmasını vəsiyyət etdi. Qəbirdə Allahu-təalanın hüzuruna şərif saqqal ilə birlikdə çıxmaq istədi.

Qazı İyad Şəfa kitabında deyir:
Rəsulullahın fəzilətlərindən, kəramətlərindən və bərəkətlərindən biri də budur ki, Xalid bin Vəlid başındakı sarığının arasında bir şərif saqqal daşıyardı. Bunu daşıdığı hər müharibədə zəfər qazanardı. Xalid mübarək bir tükü səbəbi ilə muradına qovuşduğu halda Rəsulullahın mübarək zatını vasitə edərək Allahu-təaladan diləkdə olanlar qovuşmazmı?

Buxari və Müslim səhihlərində deyilir:
Abdullah ibni Abbasın xəbər verdiyi hədisi-şərifdə Rəsulullah iki qəbrin yanına gəldi. İkisinin də əzabda olduğunu anladı. Bir xurma budağı istədi. İkiyə ayırıb qəbirlərin üzərinə sancdı. «Bunlar yaşıl qaldıqca əzabları yüngülləşər» buyurdu. Bir qəbirdə əzabın yüngülləşməsi üçün üzərinə yaşıl xurma budağı qoyulması hədisi-şərifdə bildirilmişdir.

Allahu-təala yaşıl otların bərəkəti ilə qəbirdəki əzabı yüngülləşdirir. Yaşıl ot bir maddədir. Bunu yerə sancmaqla əzabın azalması Rəsulullaha məxsus deyil. Yaşıl xurma budağının həmişə qəbrin üstünə sancılmasını islam alimləri sözbirliyi ilə bildirmişdir. İslam qəbiristanlıqlarına sərv ağaclarının basdırılması bundan irəli gəlir. Xurma budağı kimi bir maddə əzabın azalmasına səbəb olduğu halda varlıqların, maddələrin ən qiymətlisi olanını səbəb və vasitə etmək caiz olmazmı? Ağlı olan, doğru düşünə bilən şəxs buna “olmaz” deyərmi?

Allahu-təalanın sevgilisi və Peyğəmbərlərin ən üstünü üçün “Vasitə edilməz və Allahu-təalanın yaratmasına səbəb olmaz” deyən şəxs o uca Peyğəmbərin ümmətindəndir, yoxsa düşmənlərindən? Kafirlərə belə rəhmət olduğu ayəti-kərimələrdə bildirilmişdir. Müsəlmanlar üçün və ona aşiq olan əhli-sünnə vəl-camaat üçün rəhmətə vasitə və səbəb olmazmı?

«Vasitə axtarın!» ayəti-kəriməsinin əmr etdiyi vasitə həm ibadətlər, həm dualar və həm də mübarək, qiymətli şəxslərin özləridir. Yuxarıda bildirdiyimiz hədisi-şəriflər və hadisələr bunu açıq şəkildə göstərir.

Şərif saqqalın qiyməti
Sual:
Peyğəmbər əfəndimizin şərif saqqalı, jileti və ya başqa bir əşyası ilə bərəkətlənməyə bütpərəstlik deyənlər var. Bu mövzunu açıqlayarsınızmı?
CAVAB
Çox qiymətli bir etiqad kitabı olan “Nurül-islam”da eynilə belə buyurulur:
Peyğəmbər əfəndimizin əşyaları ilə bərəkətlənmək onun mübarək gözləri qarşısında edilmiş sabit bir işdir. Rəsulullah da bu işi bəyənib qəbul buyurdu. Onun vəfatından sonra da bu iş davam etdi. Çünki Allahu-təala onun öz əşyalarına toxunduğu şeylərə və mübarək bədəninə toxunan şeylərə bir çox üstünlüklər vermişdir ki, bunlarla bərəkətlənib faydalanmaq olar.

Həzrəti Əbu Bəkrin qızı həzrəti Əsma deyib ki, Peyğəmbər əfəndimiz həyatda ikən geydiyi bir cübbəni çıxarıb «Şəfa tapmaları üçün biz bunu yuyub xəstələrə veririk» dedi.

Əbdülqasım bin Məmun həzrətlərinin yanında Peyğəmbər əfəndimizin bir çanağı vardı. Bundan su verdiyi xəstələr şəfa tapardılar.

Peyğəmbər əfəndimiz dəstəmaz aldığı zaman əshabi-kiram onun dəstəmaz suyuna toxunmaq və düşən bir tükünü almaq üçün yarışar və bununla bərəkətlənərdilər. O da bu hərəkətlərini qəbul buyurardı. Hətta mübarək başını təraş etdiyi zaman bərəkətlənmək üçün mübarək saçını əshabı arasında paylaşdırmasını Əbu Talha həzrətlərinə əmr edərdi. «Buxari»

Həzrəti Əbu Cuheyfə deyir:
«Rəsulullah günorta istisində çıxıb dəstəmaz aldı. Oradakılar qalxıb, onun əllərini tutub üzlərinə sürtdülər. Bir də mən onun mübarək əllərini tutub üzümə qoydum. O istidə mübarək əlləri qardan daha soyuq idi və müşkdən daha gözəl qoxurdu». [Buxari]

«Əllərini tutub üzlərinə sürtdülər» ifadəsi fəzilətli və saleh kəslərə toxunaraq bərəkətlənmənin qanuni olduğunu göstərir.

Həzrəti Aişə deyir:
«Rəsulullah yarası olan bir şəxsi müalicə edərkən işarə barmağını yerə qoyar və qaldırıb "Bismilləhi turbətu ərdina biriki badina liyuşfə bihi səkimuna biizni Rəbbina" deyərdi». [Müslim]

İmam Nəvəvi buyurur:
«Hədisi-şərifin mənası belədir: İşarə barmağını ağız suyu ilə isladıb sonra torpağın yapışması üçün yerə qoyar, sonra xəstə və yara olan yerə sürtər və bu əlini sürtərkən Allahu-təalanın ismi-şərifiylə bərəkətlənmək üçün bu duanı oxuyardı.
Hədisi-şərif kitablarında əshabi-kiramın Peyğəmbər əfəndimizin əşya və əsərləriylə; təri, göz yaşı və ağız suyu ilə bərəkətləndiklərinə dair misallar çoxdur. Alimlər buradan hərəkətlə, saleh kəslərin əşya və əsərləriylə bərəkətlənmənin caiz olduğunu bildirmişlər.

Rəsulullahın şərif saqqalının bəzi telləri xəlifələr, müsəlman hökmdarlar tərəfindən qorunmuş və günümüzə qədər gəlmişdir. Bir qismi Osmanlı sultanlarının xəzinələrindədir. Allahu-təala onlara rəhmət etsin. Bu mübarək tellərdən bir neçəsi şimali İraqda Süleymaniyyəyə bağlı Haləpçə qəzasının Bəyarə nahiyəsindədir. Gözlərim önündə bunlar vasitə edilərək qıtlığın bitməsi və yağışın yağması üçün dua edildi və dərhal bolluca yağış yağdı.

Düşmənlərin hücumu əsnasında bunlar vasitə edilərək dua edilmiş və müsəlmanlar düşmənin şərindən qorunmuşlar. Bu izah etdiklərimiz buralarda yaşayan müsəlmanlara məlumdur. Bunlarda şübhə etməyin yeri yoxdur. Bunlarda şübhə edənlər “Yusif” surəsinin 93, 96-cı ayəti-kərimələrinə baxsınlar:
«[Yusif əleyhissəlam] “Bu köynəyimi aparın, atamın üzünə qoyun, [gözləri] açılacaq və bütün ailənizi mənim yanıma gətirin” dedi. Karvan ayrılınca ataları: "Əgər mənə ağlını itirmiş deməsəniz, inanın mən Yusifin qoxusunu alıram" dedi. Ətrafındakılar: "Allaha and içirik ki, sən hələ əvvəlki çaşqınlığındasan" dedilər. Müjdəçi gəlib köynəyi Yaqubun üzünə sürtən kimi dərhal gözləri açıldı. Bunun üzərinə Yaqub "Mən sizə Allah qatından sizin bilmədiyinizi bildiyimi deməmişdimmi?" dedi». [Nurül-islam s. 122-125]

“Nurül-islam”dan götürdüyümüz bu yazıdan da aydın olduğu kimi, mübarək əşyalarla bərəkətlənmək çox gözəl bir işdir, bütpərəstliklə heç bir əlaqəsi yoxdur. Bir misal daha verək: Rəsul əleyhissəlam bazara çıxıb bir antari satın aldı. Gedərkən gördü ki, bir kor oturub «Allah rizası üçün və Cənnət paltarlarına qovuşmaq üçün mənə kim bir köynək verər?» deyirdi. Aldığı antarini ona verdi. Kor antarini əlinə alanda müşk kimi gözəl qoxu hiss etdi. Bunun Rəsul əleyhissəlamın mübarək əlindən gəldiyini anladı. Çünki Rəsul əleyhissəlamın bir dəfə geydiyi şey köhnəlib dağılsa belə, parçaları da müşk kimi gözəl iy verərdi. kor dua edərək «Ya Rəbbi! Bu köynəyin hörmətinə mənim gözlərimi aç» dedi. İki gözü dərhal açıldı. «Zadül-Muqvin»

Mübarək əşya ilə bərəkətlənmək
Farsca "Üsulül-ərbəa"da deyilir:
İbni Ömər həcc üçün Mədinədən Məkkəyə gedərkən Rəsulullahın oturduğu yerlərdə dayanar, namaz qılıb dua edərdi. Bu mübarək yerlərlə bərəkətlənərdi. Rəsulullahın minbərinə əllərini qoyar, sonra üzünə sürtərdi. İmam Əhməd hücreyi-səadəti və minbərini öpərək bərəkətlənərdi. İmam Əhməd imam Şəfiinin köynəyini isladıb, bu suyu içərək bərəkətləndi. Əbu Əyyubəl-Ənsari Rəsulullahın mübarək qəbrinə üzünü sürtərkən mane olmaq istəyən birinə «Məni burax, daşa-torpağa deyil, Rəsulullahın hüzuruna gəldim» buyurdu. Əshabi-kiram Rəsulullahın əsərləri ilə təbərrük edərdi. Dəstəmaz alarkən istifadə etdiyi su ilə, mübarək təri ilə bərəkətlənərdilər. Köynəyi, əsası, qılıncı, üzüyü ilə və istifadə etdiyi hər şeylə bərəkətlənərdilər. Həzrəti Ümmi Sələmənin yanında mübarək saqqalından bir tük vardı. Xəstə gəlincə, tükü suya salıb çıxardar, həmin suyu ona içirdərdi. İmam Buxarinin qəbrindən müşk qoxusu gəlirdi. Bərəkət üçün torpağından götürüb aparardılar. Heç bir alim buna mane olmazdı. «Üsulül-ərbəa»

Cənnətin eşiyini öpməyə and içən adama Peyğəmbər əfəndimiz «Ata-ananın qəbirlərini öp, andın yerinə gələr» buyurdu. (Kifayə)

Allahu-təaladan başqasına təzim etməyin caiz olduğu ayə və hədislə, sələfi-salehinin sözləri və işləri ilə sabitdir. “Həcc” surəsinin 32-ci ayəsində «Kim Allahu-təalanın mərasiminə təzim etsə, bu qəlblərin təqvasındandır» buyurulmuşdur. Buna görə Allahu-təalanın mərasiminə təzim etmək vacib oldu. Burada mərasim nişanlar, əlamətlər deməkdir. “Bəqərə” surəsinin «Səfa və Mərvə Allahu-təalanın əlamətlərindəndir» tərcüməsindəki 158-ci ayəsi göstərir ki, Səfa və Mərvədən başqa da nişanələr vardır. Şah Vəliyullah Dehləvi deyir:
«Allahın nişanlarının ən böyükləri Qurani-kərim, müəzzəm Kəbə, Peyğəmbər və namazdır».

Əlamətləri sevmək nə deməkdir?
“Əltafül-qüds”
kitabında deyilir:
«Allahu-təalanın əlamətlərini sevmək demək Qurani-kərimi, Peyğəmbəri, Kəbəni və Allahu-təalanı xatırladan hər şeyi, övliyanı sevməkdir». Məkkeyi-mükərrəmədəki Səfa və Mərvə arasında həzrəti İsmayılın anası həzrəti Həcər gedib gəldiyi üçün bu iki təpə Allahın əlamətləri olub o mübarək ananı xatırlamağa səbəb olduğu kimi, bütün məxluqların ən üstünü olan Muhammed əleyhissalamın doğulub böyüdüyü, ibadət etdiyi, vəfat etdiyi, mübarək türbəsi və əshabının yerləri də əlamətlərdəndir. «F. Bilgilər»

Peyğəmbər əfəndimiz «Ya Əli, əgər xalq İsaya dediklərini deməsəydi, səni çox tərifləyərdim. O zaman hər kəs bərəkətlənmək üçün ayağının tozunu alar, dəstəmaz suyunu şəfa üçün xəstələrinə verərdi» buyurunca həzrəti Əli şükr səcdəsi etdi. İmam Rəbbani həzrətləri «Oğlum M. Məsumun doğulduğu il müəllimimin qapısının eşiyini öpmək şərəfinə nail oldum, mərifətlərə qovuşdum» buyurdu.

“Bəqərə” surəsinin «Mələklərə "Adəmə səcdə edin" dediyimiz zaman səcdə etdilər. Təkcə İblis səcdə etmədi» tərcüməsindəki 34-cü ayəti-kəriməsi həzrəti Adəmə təzim olunmasını əmr edir. Şeytan «Allahdan başqasına təzim edilməz» deyərək bu əmri dinləmədi. Həzrəti Yusifin ata-anası və qardaşları da özünə səcdə edərək hörmət göstərdilər. Allahdan başqasına hörmət, təzim bütpərəstlik olsaydı, Allahu-təala sevdiyi qullarını deyərkən bununla tərifləməzdi. Əshabi-kiramdan hicri min ilinə qədər övliya çox idi. Hamı onları ziyarət edərək bərəkətlənər, dualarını alardılar. Cansız əşya ilə bərəkətlənməyə gərək qalmazdı. Heç bir alim buna mane olmadı. «Əd-dürər-üs-səniyyə»
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
24 Kasım 2024 Pazar
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net