Sual: Heyzli qadına yaxınlaşmaq və qadının heyzi ərindən gizlətməsi günahdır?
CAVAB
Bəli, hər ikisi də günahdır. Qadın heyzini əri soruşduqda bildirməzsə, böyük günah olar. Peyğəmbər əfəndimiz “Heyzinin başladığını və bitdiyini ərindən saxlayan qadın lənətlənmişdir” buyurdu. (Cövhərə)
Demək, heyzi gizləmək və ya bitdiyi halda davam etdiyini deyərək ərini aldatmaq günahdır. Çünki Allahu-təala heyzli qadına yaxınlaşmağı qadağan etmişdir.
Qurani-kərimdə tərcümə olaraq buyurulur:
“Heyzli qadına təmizlənənə qədər yaxınlaşmayın”. [Bəqərə, 222]
Hədisi-şərifdə buyurulur:
“Heyzli qadına halal olan ancaq paltarın üzərindən toxunmaqdır. Üstün olanı bundan da çəkinməkdir”. [Təbərani]
Sual: Heyzli qadının dizi ilə göbəyinin arasına əri çılpaq olaraq toxunub faydalana bilər?
CAVAB
Dizlə göbək arasından faydalanmaq barəsində fərqli sözlər var. Ehtiyatlı olanı çılpaq olaraq toxunmamaqdır.
İmami-əzəmə görə, heyzli qadının göbəklə diz arası bağlı olmaq şərtiylə ondan əri istifadə edə bilər. İmam Muhammedə görə cinsi əlaqə xaric, göbəklə diz arasından çılpaq olaraq da istifadə edə bilər. (Rəddül-muxtar)
Heyzli qadının diziylə göbəyinin arası bağlı olarsa, əri istifadə edə bilər. İmam Muhammedə görə isə cinsi əlaqə xaric, göbəklə diz arası çılpaq olsa da, istifadə edə bilər. (Məbsud)
Hənbəli məzhəbinin hökmü də imam Muhammedin ictihadı kimidir. Ehtiyac halında imam Muhammedin sözüylə əməl etmək olar. İki hədisi-şərif belədir:
“Cinsi təmas xaric, heyzli xanımınızdan hər cür istifadə edə bilərsiniz”. [Müslim, Tirmizi, Nəsai, Əbu Davud]
“Fərcini bir bezlə örtdükdən sonra heyzli xanımınızdan istifadə edə bilərsiniz”. [İbni Macə, Əbu Davud]