Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Orucun fərzləri

Sual: Orucun fərzləri hansılardır?
CAVAB
Orucun fərzi üçdür:
1- Niyyət etmək.
2- Niyyəti ilk və son vaxtları arasında etmək.
3- İmsaq vaxtından günəşin batmasına qədər olan vaxt ərzində orucu pozan hər şeydən qorunmaq.

Sual: Oruca niyyət nə vaxt edilir?
CAVAB
Ramazan və nafilə oruclarına niyyətin ilk vaxtı günəş batdıqdan sonra başlayır. Son vaxtı isə ertəsi günü zöhrə bir saat qalanadəkdir. Qəza və kəffarət oruclarında isə axşamdan imsaq vaxtına qədərdir.

Ramazanda oruca niyyət edərkən axşamdan imsaq vaxtına qədər “Sabah oruc tutmağa”, imsaqdan sonra isə “Bu gün oruc tutmağa” deyilir. Yanılıb səhv deyilsə də, oruc tutulan gün bilindiyi üçün zərəri olmaz.

Ramazanda bir aylıq oruca ümumi niyyət edilməz. Hər gün ayrı-ayrı niyyət etmək fərzdir.

Gecə yatarkən yemək yeyib və ya yemək yemədən niyyət edilsə, sonra gecə oyandıqda və sahura qalxanda yemək yeməkdə bir zərər olmaz.

Axşam yeməyini yeyərkən niyyət etmək yaxşıdır. Niyyətdən sonra da imsaq vaxtına qədər yeyib-içməyin zərəri yoxdur. Ramazanda “Sabah dişim ağrımazsa, oruc tutacağam; ağrısa, tutmayacağam” deyə axşamdan niyyət edilsə belə, şübhəli niyyətlə oruc tutmaq səhih olmaz.

Zöhrə bir saat qalanadək niyyət etmək olar. Sahura qalxmaq niyyətdir, oruc tutmaq niyyətiylə yatmaq da niyyətdir, sahura durmadan da oruca niyyət edilmiş olar.

İmsaq gecənin sonu və yeyib-içməyin qadağan olduğu vaxtın başlamasıdır. Türkiyə təqvimiylə yazılmış imsaq vaxtından əvvəl yeyib-içməyi dayandırmaq lazımdır. Yeyib-içmək azan oxunanadək davam etməməlidir.

Sual: Pozularsa, kəffarət olmasın deyə Ramazan orucuna imsaqdan sonra niyyət etmək caizdirmi?
CAVAB
Caizdir. Ancaq buna ehtiyac yoxdur.

Sual: Ramazanda gecə niyyət etməyi unudan nə etməlidir?
CAVAB
Zöhrə bir saat qalmışa qədər niyyət etmək olar. Sahura qalxmaq niyyətdir, oruc tutmaq niyyətiylə yatmaq da niyyətdir. Sahura qalxmayanda da oruca niyyət edilmiş olar.

Sual: Təqvimlərdə yazılan imsaq nə deməkdir? Bu vaxtda sübh namazını qılmaq olar?
CAVAB
İmsaq gecənin sonu, yeyib-içməyin qadağan olduğu vaxtın başlaması deməkdir. Türkiyə təqvimində yazılan imsaq vaxtında yeyib-içməyi dayandırmaq lazımdır! Azərbaycanda bundan 15-20 dəqiqə qədər sonra sübh namazını qılmaq olar. Səhv təqvimlərə görə yeyib-içməyə azan oxunana qədər davam edən şəxsin günahı bu təqvimdə görməsi onu məsuliyyətdən qurtara bilməz!

Ağ iplik, qara iplik
Sual:
Atam oruc tutarkən təqvimə görə deyil, Qurana görə hərəkət edir. Qara ipliklə ağ iplik bir-birindən ayrılana qədər yeyib-içir. Hava ağardığı üçün şübhələnirəm. Doğrumu?
CAVAB
“Bəqərə” surəsindəki “Ağ iplik qara iplikdən ayırd edilənə qədər yeyib-için” tərcüməsindəki 187-ci ayəsindəki ipliklər gündüzün ağlığı ilə gecənin qaralığıdır. Ayəti-kərimənin mənası “Gündüzün aydınlığı ilə gecənin qaranlığı iplik kimi bir-birindən ayrılana qədər yeyib-için” deməkdir. Bu ayəti-kəriməni eşidən bir şəxs “Ya Rəsulullah, mən gündüzün gecədən ayrıldığını öyrənmək üçün yastığımın altına bir ağ iplik, bir də qara iplik qoydum. Lakin gecənin sonunu yenə də təsbit edə bilmədim” dedi. Bunun üzərinə Peyğəmbər əfəndimiz “O ipliklər, gündüzün işıqlığı ilə gecənin qaranlığıdır” buyurdu. Əgər Peyğəmbər əfəndimiz açıqlamasaydı, ağ ipliyin işıqlıq, qara ipliyin də qaranlıq olduğunu haradan biləcəydik? Qurani-kərimdən anladığımıza uyub gəncin atası kimi xüsusilə, buludlu havalarda havanın hələ qaranlıq olduğu üçün, günəş çıxanadək yeyib-içərdik.

Şəfiidə niyyəti unutmaq
Sual:
Bir Şəfii, gecə yatarkən sabahısı gün üçün oruc tutmağa niyyət etməyi unutsa, sahura da qalxa bilməsə, günəş çıxanda oyansa, niyyət edib oruc tutsa, səhih olar?
CAVAB
Şəfiidə niyyət imsaq vaxtına qədərdir. Unudanda Hənəfi məzhəbinə uyaraq, niyyət edib orucunu tutar. Belə oruc tutmağa mane olan bir üzr olarsa, mümkün olan hansı məzhəb varsa, o məzhəb təqlid edilərək oruc xilas edilər.

Qəza orucuna niyyət
Sual:
Qəza orucuna necə niyyət edilir?
CAVAB
“Niyyət etdim, ilk qəzaya qalan ramazan orucumu tutmağa”
deyə niyyət edilir. “Son qəzaya qalan” da deyilə bilər. Qəza orucunda şam namazından imsaq vaxtına qədər niyyət etmək şərtdir.

İmsaq vaxtından əvvəl niyyəti unudan “Qəza orucu tuta bilmərəm” deyə orucdan imtina edərək “Nafilə oruc tutanda heçə gedəcək” deyə düşünməməlidir. Yəni nafilə də olsa oruc tutmalıdır.

Bir də çoxları elə zənn edir ki, niyyətdən sonra yeyib-içmək olmaz. Bu da səhvdir. Axşam oruca niyyət edib Azərbaycan təqvimindəki imsaq vaxtına qədər yeyib-içmək olar.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
23 Kasım 2024 Cumartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net