Sual: “Həzrəti Əlini ilk xəlifə seçməyən səhabə kafir olduğu üçün bu səhabələrə lənət etmək lazımdır. Həzrəti Əlinin üç xəlifəyə beyət etməsi onları idarə etmək üçün edilən bir təqiyyədir” deyənlərə hansı cavabı vermək lazımdır?
CAVAB
Dinimizdə Əbi Cəhl, Əbu Ləhəb kafirlərinə və hətta şeytana lənət etmək ibadət deyil. Rəsulullah əleyhissəlamın səhabələrinə söymək təhqirdir.
Əhli-beyti sevmək fərzdir. Əhli-beyti sevməyən müsəlman olaraq ölməz. Əhli-beyti sevdiyimiz kimi əhli-beytin sevdiklərini də sevməliyik. Sevməsək əhli-beyti sevməyimizin yalan olduğu aydınlaşar. Məsələn, Rəsulallahı sevən onun qayınatalarını və kürəkənlərini də sevməlidir. Həzrəti Əlini sevən onun kürəkəni həzrəti Öməri də sevməlidir. Həzrəti Ömərə lənət edən onun qayınatası olan həzrəti Əlininin qəlbini qırmazmı? Bir müsəlmana lənət edənin özü lənətlik olar. Həzrəti Əliyə lənət edən də lənətlikdir. Lakin uydurma tarix kitablarına deyil, Allah və Rəsulunun buyurduqlarına, yəni Qurani-kərimə və hədisi-şəriflərə baxmaq lazımdır. Qurani-kərimdə və hədisi-şəriflərdə əshabi-kiramın hamısının Cənnətlik olduğu bildirilir. Ölçümüz uydurma tarix kitabları deyil, Qurani-kərim və hədisi-şəriflər olmalıdır və İbn Səbənin uydurduğu yalanlara etibar etməməliyik.
Həzrəti Əli də üç xəlifəyə beyət etdi. Məşru xəlifə olmasaydılar həzrəti Əli beyət edərdimi? Rafizi və şiələr üç xəlifəyə məşru xəlifə deyil deyə lənət edirlər. Dolayısı ilə üç xəlifəyə beyət edənlərə də və onları xəlifə edənlərə də lənət edirlər. Bu beyət edənlərin içində həzrəti Əli də var. Həzrəti Əliyə də lənət etmiş olurlar. Bundan əlavə həzrəti Əli üçün “Əsrin dörddə biri qədər zaman üç xəlifəyə səsini çıxarmayıb haqqı gizlədərək, ikiüzlülük edərək onları idarə etdi” demələri çirkin bir iftiradır.
Sual: Yezidə lənət etmək caizdirmi, o kafir idimi?
CAVAB
Yezid müsəlman idi. Namaz qılardı. İslamiyyətə düşmən deyildi. Üzüyünün daşının üzərində Rəbbunallah yazılmışdı. Kərbəla hadisəsinə o da kədərlənmişdi. (Ə.Səadət)
İmam Rəbbani həzrətləri buyurur:
Bəli, alçaq Yezid inadcıl və fasiq idi. Ona da lənət edilməməsi əhli-sünnənin kafir belə olsa, bir adama lənətə icazə vermədiyi üçündür. Ancaq kafir olaraq öldüyü bilinən kimsəyə lənət etmək caizdir. Əbu Ləhəb və yoldaşı kimi. Yoxsa Yezidə lənət edilməməli olduğu demək deyil. “Allahu təalanı və Onun Rəsulunu incidənlərə Allah lənət etsin” demək caizdir. (1/251)
Yezidin kafir olduğuna dair bir dəlil olmadığı üçün ona da lənət edilməz. Amma yuxarıda bildirdiyi kimi “Allah və Rəsulunu incidənlərə lənət olsun” deməyin zərəri yoxdur.