Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Dində on əsas

Tabəranidən bildirilən bir hədis-i şərifdə, İslamiyyətin bu on əsasından biri nöqsan olan kimsənin, zərərdə olduğu bildirilir:
1 - La ilahə illəllah, Məhəmmədin Rəsulullah demək
Müsəlman olmaq üçün, bu kəlime-i tövhid, inanaraq söyləmək lazımdır. Müsəlman olan bir kimsəyə, ilk əvvəl (La ilahə illəllah, Məhəmmədin Rəsulullah) sözünün mənasını bilmək və inanmaq fərzdir. Bu sözə, kəlime-i tövhid deyilir. Qısaca mənası, (Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd əleyhissalam da Onun Rəsuludur) deməkdir. Rəsulullaha inanmaq demək Onun bildirdiklərinin hamısını qəbul etmək, inanmaq və hamısını bəyənmək deməkdir.

Hədis-i şəriflərdə buyurulur ki:
(Əməllərin qiymətlisi La ilahə illəllah deməkdir.) [Hakim]

(La ilahə illəllahı çox söyləyərək imanınızı təzələyək!) [Taberani]

(La ilahə illəllah deyən bəla və çətinliklərdən xilas olar.) [Bəzzar]

2 - Namaza davam etmək
Namazı doğru qılan, Allahu təalanın sayıla bilməyəcək qədər çox olan bütün nemətlərinə şükür etmiş sayılır. Necə ki, (Namaz, bütün şükürlərin cəmidir) buyurulur. Namaz dinin dirəyidir, tərk edən dinini yıxmış olar. Quran-ı Kərimdə tərcümə olaraq buyurulur ki:
(İman gətirib yaxşı işlər görən, namaz qılan və zəkat verənlərin mükafatları Rəbbinin yanındadır. Onlar üçün qorxu və kədər yoxdur.) [Bəqərə, 277]

3 - Zəkat vermək
Quran-ı Kərimdə, zəkat çox yerdə namazla birlikdə əmr edilmişdir. Hədis-i şəriflərdə buyurulur ki:
(Allaha və Rəsuluna inanan, malının zəkatını versin!) [Taberani]

(Zəkat verməklə müslümanlığınız mükəmməl hala gəlir.) [Bəzzar]

(Zəkat verməyənə Allahu təala lənət edər.) [Nəsai]

4 - Oruc tutmaq
Ramazan ayında, bir ay oruc tutmaq fərzdir. (Bəqərə, 185)

Hədis-i şəriflərdə buyurulur ki:
(Oruc tutan dostum, tutmayan isə düşmənimdir.) [Beyhəki]

(Ramazan orucunu tutub ölən, Cənnətə girər.) [Deylemi]

5 - Həcc
Məkkə-i Mükərrəmə şəhərinə gedib gələnə qədər, geridə buraxdığı ailəsini dolandırmağa çatacaq maldan çox qalan pul ilə oraya gedib gələ biləcək kimsənin, ömründə bir dəfə, Kəbə-i şərifi təvaf etməsi və Ərafatda dayanması fərzdir. Quran-ı Kərimdə buyurulur ki:
(Yoluna gücü çatanların Beytullahı həcc etməsi, Allahın insanlar üzərində bir haqqıdır.) [A.İmran 97]

Hədis-i şəriflərdə buyurulur ki:
(Həcci qəbul olanın, bütün günahları bağışlanar.) [Beyhəki]

(Həcc yolunda xərclənən mal üçün, yeddi yüz misli savab verilər.) [Beyhəki]

(Həcc etmək üçün Məkkəyə gedərkən və oradan qayıdarkən ölənə, axirətdə tərəzi qurulmaz, hesaba çəkilməz və günahları bağışlanar.) [İsfəhani]

6 - Cihad etmək
Əhəmiyyətli bir ibadətdir. Quran-ı Kərimdə tərcümə olaraq buyurulur ki:
(Allah yolunda cihad edin ki, nicat tapasınız.) [Maidə 35]

Hədis-i şəriflərdə də buyurulur ki:
(İnsanların ən üstünü, canı və malı ilə Allah yolunda cihad edəndir.) [Əhməd]

(Cihadın ən fəzilətlisi, fərzləri yerinə yetirməkdir.) [Taberani]

7 - Yaxşılığı əmr etmək
Yaxşılığı əmr etmək, yaymaq deməkdir. Hədis-i şərifdə buyurulur ki:
(İmkanı var ikən, yaxşılığı əmr etməsə və pisliklərdən çəkindirməsə bizdən deyil.) [Tirmizi]

8 - Pisliklərdən çəkindirmək
Pislikdən çəkindirmək deməkdir. Hədis-i şərifdə buyurulur ki:
(Şəhiddən üstün mücahid, yaxşılığı əmr edən və pisliklərdən çəkindirəndir.) [Qəzali]

9 - Camaata qatılmaq
Birlikdə rəhmət, ayrılıqda əzab-ı ilahi vardır. Hədis-i şərifdə buyurulur ki:
(Camaatdan ayrılan üzüstə Cəhənnəmə düşər.) [Taberani]

10 - İtaət
Allahu təalanın bəyəndiyi şeylərdir. Bunları edən müsəlman savaba qovuşar. Allahu təalanın bəyəndiyi şeylərin heç birini etməyən kimsə, əlbəttə böyük zərərə uğrayar.
Quran-ı Kərimdə buyurulur ki:
(Məni [itaətlə] zikr edin ki, mən də sizi [rəhmətlə] zikr edim) [Bəqərə, 152]

Hədis-i şərifdə də buyurulur ki:
(Allahu təala, itaətdən qafil olan kimsəni sevməz.) [Deylemi]
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net