Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Hər pisliyin tək dərmanı

Sual: Avropada günah işləmək üçün hazır mühit var. Böyük günahlardan xilas olmağın çarəsi nədir?
CAVAB
Hər cür günahın tək dərmanı vardır. Bu dərman Qurani-kərimdə açıq şəkildə bildirilmişdir. Bu dərmanı istifadə edən hər müsəlman vərdiş halına gələn böyük günahlardan mütləq xilas olar. “Ənkəbut” surəsinin 45-ci ayəti-kəriməsində «Namaz münkər və fahşədən [ədəbsizlikdən, ağla və dinə uyğun gəlməyən içki, zina, livata kimi hər cür pislikdən] qoruyar» buyurulmuşdur.

Bir gənc namaz qılıb hər cür pisliyi də edərdi. Bu gəncin vəziyyətini Rəsulallaha bildirdilər. Peyğəmbər əfəndimiz «Bir gün gələr, namaz onu digər günahları işləməkdən qoruyar» buyurdu. «Haram işləyirsə, namaz qılmasın» demədi, «Namaza davam etsin» buyurdu. Aradan çox vaxt keçmədi. O gənc günahlarına tövbə etdi, yaxşı hal sahibi oldu. Buna görə, mütləq namaz qılmaq lazımdır! Namaz qılmağın fəziləti çox böyükdür. Hədisi-şəriflərdə buyurulub:
«Allahu təala beş vaxt namazı fərz etdi. Əskiksiz əda edəni Cənnətə qoyacağına söz verdi. Namaz qılmayana verilmiş bir sözü yoxdur, belə kimsəyə diləsə, əzab edər; diləsə, Cənnətə qoyar». [Əbu Davud]

«Müsəlman namaz qılarkən günahları başının üzərinə qoyular. Hər səcdə edəndə başından tökülər. Namazı bitirəndə heç bir günahı qalmaz». [Təbərani]

«Hər namaz vaxtı gələndə mələklər "Ey insanlar günahlarınızdan hasil olan atəşi namaz qılaraq söndürün!" deyərlər». [Təbərani]

Bir nəfər «İman edib namaz qılsam, zəkat verib oruc tutsam və digər ibadətləri etsəm, kimlərdən olaram?» deyə sual verəndə Peyğəmbər əfəndimiz «Siddiq və şəhidlərdən olarsan» buyurdu. «Bəzzar»

Namaz doğru qılınmazsa
Sual:
Bir yoldaş namaz qıldığı halda içki və digər pis işləri tərk etmir. Bu necə olur?
CAVAB
Doğru qılınan namaz hər cür pislikdən qoruyar.
«Ənkəbut, 45»

Pis işlərdən qorumayan namazın doğru qılınmadığı deməkdir. Hədisi-şərifdə buyurulur:
«Bir adamın namazı özünü fahşə və münkərdən [hər cür pislikdən] qoruya bilmirsə, Allahdan uzaqlığı artar». [Təbərani]

O halda, ediləcək iş namazı doğru qılmağa çalışmaqdır. Namazı doğru qıla bilmək üçün əvvəl etiqadın düz olması şərtdir. Daha sonra digər şərtlər gəlir. Qüslün və dəstəmaz doğru olmalıdır. Bu şərtlərə riayət edən mütləq hər cür pisliyi tərk edər.

Pis insanlarla gəzmək də çox zərərlidir. Hədisi-şəriflərdə buyurulub:
«Pis yoldaş dəmirçi körüyü kimidir. Soyudanda od qığılcımları səni yandırmasa da, qoxusu səni narahat edər». [Buxari]

«Yaxşı yoldaş gözəl ətir satan kimidir. Sənə ətir vurmasa da, yanında olduğun müddətdə gözəl qoxusundan faydalanarsan». [Müslim]

İçki və namaz
Sual:
Ərim içkili ikən namaz qılır. Namazı qəbul olurmu? Oruc da tutur. İçkiylə orucunu açdığı da olur. Namazı da, orucu da boşa gedirmi?
CAVAB
Günah ayrı, ibadət ayrıdır. Yəni günah işləyənin də ibadətləri səhih olar. Namaz borcundan, oruc borcundan xilas olar. Ayrıca, düzgün qılınan namaz insanı pis işlərdən və günahlardan qoruyar. Axirətdə “Nə üçün namaz qılmadın, oruc tutmadın?” deyə sorğuya çəkilməz. “Niyə içki içdin?” deyə sorğuya çəkilər. İçki içənin qıldığı namazlar səhih olar, lakin qəbul olmaz. Qəbul olmadığını demək səhih olmadığı demək deyil. Səhih və ixlaslı olan hər ibadətin savabı olar. Namaz borcundan xilas olar, lakin namazdan hasil olan böyük savabların hamısına qovuşa bilməz.

Açıq-saçıq gəzən qadının namazı da belədir. Namaz borcundan xilas olar, namaz qılmaqla hasil olacaq böyük savabların hamısına qovuşa bilməz, yəni savabı az olar. Bu, yalnız içki içən, açıq-saçıq gəzən üçün deyil, hər növ günahı işləyən üçün də belədir. Yalan danışan, qeybət edən, söz daşıyan hər kəsin də namazlarının savabları azalır.

Namaz qılmayan
Sual:
Bir atəşpərəst ramazan ayında uşağına çöldə yemək yedirtmir, müsəlmanlara hörmətlə yanaşır və son nəfəsdə imanla ölür. Dini yazılarda isə namaz qılmayan müsəlmanın imanla ölməsinin çətin olduğu, yəni imanının təhlükədə olduğu yazılır. O, müsəlman ikən belə kafir ölə bilirsə, kafir necə müsəlman ölə bilər?
CAVAB
İslamiyyət insanlardan iki şey istəyir. Birincisi, nə bildirilmişsə, hamısına olduğu kimi iman etmək. İkincisi, bu iman etdiklərinə hörmət etmək, hamısını bəyənmək. Bunlar imanla əlaqədardır. Edib-etməmək isə günah və savabla əlaqədardır. Bəhs etdiyiniz nümunədə üstəlik bir atəşpərəstin, yəni atəşə tapınanın oruca, müsəlmanların ibadətinə hörməti onun müsəlman olmasına vəsilə ola bilər ki, olmuşdur da. Buna bənzər hadisələr çox olmuşdur.

Lakin bir müsəlmanın illərlə namaz qılmaması, digər haramları işləməsi bunları etdiyi və ya etmədiyi üçün deyil, iman etdiyi xüsuslara hörməti azaldacağı, hətta yox edə biləcəyi üçün küfrə düşmə təhlükəsi çoxdur. Namazın dinin dirəyi olduğu buyurulur. Namazın insanı, əlbəttə, pis işlərdən qoruyacağı buyurulur. Özünü qoruyan namaz-niyazı yoxdur. Üstəlik söz olsun deyə boşboğazlıqla hörməti itirənlər isə çoxdur. Buna görə, ikisi çox fərqlidir. Bir-birinə qarışdırmaq olmaz.

Kafir bir dəfə kəlmeyi-şəhadət gətirsə, dərhal müsəlman olar, bütün günahları bağışlanar, lakin namaz qılmayan müsəlman yuxarıda açıqlamağa çalışdığımız səbəblər üzündən təhlükədədir.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
5 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net