Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qəza namazını qılmaq lazım deyil?

Sual: İbn Teymiyyə və tərəfdarları “Vaxtında qılınmayan namazları qəza etmək lazım deyil. Tövbə etmək bəsdir” deyirlər. Namazın qəzasını qılmaq lazım deyil?
Cavab
Bəli, İbn Teymiyyə “Üzrlü və üzrsüz tərk edilən namazları qəza etmək lazım deyil” deyir. (Məcmu-ul-fətava 12/106)

İbn Teymiyyənin sözü dində sənəd deyil. Onsuz da bir çox inancına görə küfrə düşmüşdür. Vaxtında qılınmayan namazları qəza etməyin lazım olmadığını demək dini yıxmaqdır. Onda heç kim namaz qılmaz, zəkat verməz, həccə getməz, oruc tutmaz və axırda da “Tövbə etmək olarmış” deyər.

Namazları vaxtında qılmağın fərz olduğu kimi, vaxtında qılınmayanı qəza etməyin də fərz olduğu bütün fiqh kitablarında bildirilmişdir. Bir neçəsi belədir:
1- Fərz namazını üzrsüz vaxtından sonra qılmaq böyük günahdır. Bu günah təkcə qəza etdikdə bağışlanmaz. Qəza etdikdən sonra tövbə etmək və ya həccə getmək də lazımdır. Qəza etdikdə təkcə namazın qılınmadığı günahı bağışlanır. Qəza qılmadan tövbə edilincə tərk günahı əfv olmadığı kimi, təhir günahı da bağışlanmaz. Çünki tövbənin qəbul olması üçün günahı tərk etmək şərtdir. (Dürrul-muxtar)

2- Fərzlərə önəm verib tənbəlliklə yerinə yetirməyən şəxs mürtəd olmaz. İmanı getməz. Lakin bu fərzi yerinə yetirməyən müsəlman iki böyük günaha girər: 1- O fərzin vaxtını ibadətsiz keçirmək, yəni fərzi gecikdirmək günahı. Bunun bağışlanması üçün tövbə etmək lazımdır. 2- Bu fərzi etməmək günahı. Bu böyük günahın bağışlanması üçün bu fərzi tez qəza etmək lazımdır. Qəzanı gecikdirmək də ayrıca böyük günahdır. (Bəriqə)

3- Üzrlü və üzrsüz olaraq namazı tərk edənin bunun fərzini qəza etməyi şərtdir. (Hələbi)

4- Vaxtında qılınmayan hər bir namaz unudularaq və ya qəsdən qəzaya qalsa da, o namazı qəza etmək fərzdir. (Hindiyyə)

5- Üzrlü və ya üzrsüz qəzaya qalan fərz namazlarını tez qəza etmək fərzdir. (Məzahibi-Ərbəa)

Bir neçə hədisi-şərif məalı:
“Bir namazı vaxtında qılmağı unudan xatırlayınca qılsın. Unudulan namazın bundan başqa kəffarəsi yoxdur”. (Tirmizi, Əbu Davud, Nəsai)

“Yataraq və ya unudaraq bir namazı vaxtında qılmayan xatırlayınca qılsın”. (Buxari, Müslim, Tirmizi, Əbu Davud)

“Fərz namazı borcu olanın nafilə namaz qılması hamilə qadına bənzəyir. Doğumu yaxınlaşarkən uşağı düşürər. Artıq bu qadına nə ana, nə da hamilə deyilər. Qəza namazı borcu olan da belə olub fərz namazlarını qəza etmədikcə Allahu təala onun nafilə namazlarını qəbul etməz”.
[Fütuhul-qeyb]

“Rəsulallah bir dəfə gecənin sonunda yatmışdı. Gün çıxanadək oyana bilmədi. Oyandı və günəş yüksələndə qəza etdi”. (Nəsai)
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
5 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net