Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Açıqdan orucu yemək

Sual: “Allahın bildiyi quldan saxlanmaz” deyərək açıqda oruc yeyənlər olur. Günah deyilmi?
CAVAB
Günahı açıq da, gizli də işləmək caiz olmaz. Lakin nəfsinə, şeytana uyub günah işləyən günahını gizləməlidir! Günahı gizləmək bir neçə yöndən faydalıdır:
1- Əgər günahlarımız ortaya çıxmamışdırsa, sevinmək lazımdır! Cənabi-Haqq “Günahı gizləyin” buyurur. Peyğəmbər əfəndimiz də “səllallahu əleyhi və səlləm” buyurub:
“İnsan günahını dünyada gizləsə, Allahu təala da qiyamətdə bu günahı qullarından saxlayar”. [Müslim]

2- Allahu təala açıqda çəkinmədən günah işləyənlərə daha çox nifrət edər. Lakin kədərlənərək günahını gizləyənləri gizlədiyi üçün bağışlaya bilər. Hədisi-şərifdə buyurulmuşdur: “Bir günaha düşən günahını gizləsin! Allahu təalanın örtüsünü onun üzərində saxlasın!” [Müslim]

3- Günah işləyərkən heç olmasa xalqdan utanmaq lazımdır! Başqasını öz haqqında danışdırmamaq, qeybətini etdirməmək üçün günahı gizlətmək lazımdır! Hədisi-şəriflərdə buyurulub: “Həya tamamı ilə xeyirdir”. [Buxari] “Həya imandandır”. [Buxari] “Həyasızın dini olmaz və həyasız adam Cənnətə girə bilməz”. [Deyləmi]

4- Pis nümunə olmamaq, başqalarının da günah işləməsinə cəsarət verməmək üçün günahı gizlətmək lazımdır! Belə səbəblərə görə açıqda günah işlənməməlidır, gizli də olsa, günah işləməkdən çəkinmək lazımdır! Çünki günahlar öldürücü zəhərdir. İmanı olan günah işləməkdən çox qorxar. Hədisi-şərifdə buyurulub ki:
“Mömin günahını dağ kimi görər, üzərinə düşəcəyindən qorxar. Münafiq isə günahını burnuna qonmuş, dərhal uçacaq bir ağcaqanad kimi görər”. [Buxari]

Sual: İslam əxlaqı kitabında deyilir ki:
Üzrü yox ikən Ramazan günü aşkarda yeyib-içən mürtəd olar. “Feyziyyə”
Əbədi səadət kitabında da belə deyilir:
Şərif ramazanda ümumi yerlərdə, müsəlmanların qarşısında oruc yeyənlərin və oruc tutanları aldadaraq oruc tutdurmayanların imanı gedər.
Bu iki ifadəni anlaya bilmədik. Açıqda oruc yeyən kafir olur?
CAVAB
Xeyr, böyük günah işləyənə kafir deyilməz. Burada oruc əmrini xəfifə almağın, fərz olduğunu inkar etməyin, oruc tutmamağı gizlin təşviq etməyin küfr olduğu bildirilir. Hər fərz belədir. Məsələn, açıq gəzən bir qadın örtünməyin Allahın əmri olduğunu bilir, inanır və bəyənirsə, müxtəlif səbəblərlə örtünə bilmirsə, buna kafir deyilməz. Örtünməyi Allahın əmri qəbul etmirsə və ya qəbul edib bəyənmirsə və açıq gəzdiyi üçün heç kədərlənmirsə, küfr olar.

Sual: Xəstəxanada xəstə kimi yatıram. Oruc tutacaq halım yoxdur. Xəstəxanada gizli yeyib-içmək imkanım da yoxdur, açıqda oruc yemək günah olarmı?
CAVAB
Xəstə olduğunuz müəyyəndirsə, yəni insanlar bunu bilir və görürsə, gizlətmək imkanı da yoxdursa, açıqda yeyib-içmək caiz olar.

 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
23 Kasım 2024 Cumartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net