Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Oruc və ac qalmaq

Sual: Bəziləri ac və susuz qalmağın nə faydasının olduğunu deyirlər. Oruc tutmaqda məqsəd nədir?
CAVAB
Oruc tək ac və susuz qalmaq deyil. Bir heyvanı və ya inanmayan birisini bir otağa salıb ac-susuz buraxmaqla oruc tutdurulmuş olmaz. Orucun səbir, şükr, nəfs tərbiyəsi kimi digər ibadətlərlə əlaqəsi vardır. Ona görə hədisi-şərifdə “Hər şeyin bir qapısı vardır. İbadətlərin qapısı isə orucdur” buyuruldu. (İbni Mübarək)

Sinir sistemimizin bədəndəki yeri çox mühümdür. Dil sinirləri iflic olan danışa bilməz. Ayaqdakı sinirlər iflic olsa, insan gedə bilməz. Sinirimizin pozulması nisbətində həyatımız az və ya çox təhlükə içindədir. Siniri xəstə olan narahat olar, səbir edə bilməz. Cəmiyyətdəki mübahisələrin, cinayətlərin çoxu əsəbi olmaqdan, səbir edə bilməməkdən irəli gəlir. “Oruc səbirin, səbir də imanın yarısıdır” hədisi-şərifi oruc tutanın səbirli olduğunu bildirir. (Əbu Nuaym)

Beləcə, orucun imandan da olduğu görülür. İmanlı olan da imanının qüvvəsinə görə cinayət və günah işləməz. Əsəbinə hakim olar. Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı isə aclıqdır. Oruc tutaraq ac qalanın arzularının azaldığı üçün səbir etməsi asan olur. Oruc tutan ac qalar. Ac qalmaq yaxşıdır: Ac qalanın bəsirəti açılar. Anlayış qabiliyyəti artar. Hədisi-şəriflərdə “Ac dayananın idrakı artar, zəkası açılar”“Təfəkkür ibadətin yarısı, az yemək isə hamısıdır” buyurulmuşdur. (İ. Qəzali)

Çox yeyən çox yatar, çox yatanın da ömrü boşa keçmiş olar. Çox yeyən sərxoş kimi olar, beyni yorular. Zəkası, zehni kütləşər. Aclıq qəlbdə incəlik doğurar. Hədisi-şərifdə “Az yeyənin içi nurla dolar və Allahu təala az yeyib-içən və bədəni xəfif olan mömini sevər” buyuruldu. (Deyləmi)

Aclıqda arzular azalar, nəfsimiz itaətli olar, itaətsizliyi gedər. Çox yemək qəflət doğurar. Azğın bir atı tutmaq çətin olduğu kimi, çox yedirməklə üzvün nəfsinə hakim olmaq da çətindir. Aclıqla tərbiyəsi asanlaşar. Hədisi-şərifdə buyurulub:
“İnsan qəlbi tarladakı əkin, yemək isə yağış kimidir. Çox su əkini qurutduğu kimi, çox qida da qəlbi öldürər”.
[İ. Qəzali]

Həmişə tox olan şəfqətsiz və mərhəmətsiz olar. Tox acın halını bilməz. Çox yeyən sərt və qatı qəlbli olar. Hədisi-şərifdə “Çox yeyib-içməklə qəlbinizi öldürməyin!” buyurulmuşdur. (İmam Qəzali)

Əsəblərinə hakim olan dinc olar. Aclıq günah işləmək arzusunu yox edər, pislik etməyə mane olar. Hədisi-şərifdə “Aclıq və susuzluq yolu ilə nəfslə cihad etmək Allah yolunda cihad kimidir” buyurulub. (İmam Qəzali)

Çox yeyən çox su içər. Çox su içən çox yatar. Çox yatanın ömrü yuxu ilə keçdiyi üçün, dünya və axirət qazancına mane olar. Deməli, aclıq əsəbləri sağlam və gümrah tutar. Çox toxluq axmaqlığa gətirib çıxarar. Oxuduğunu əzbərləmək və yadda saxlamaq çətinləşər. Hədisi-şərifdə “Hər gün bir dəfə yemək yeymək etidaldır” buyuruldu. (Beyhəki)

İki gündə üç dəfə yemək yeməyin normal olduğu bildirilmişdir. (Təshilül-mənafi)

Xəstəliklərin çoxu çox yeməkdən irəli gəlir. Hədisi-şərifdə “Çox yeyib-içmək xəstəliklərin başıdır” buyurulmuşdur. (Darə-Qutni)

Az yeyənin canı sağlam olar. Hədisi-şərifdə “Oruc tutan sağlam olar” buyurulub. (Təbərani)

Çox yeyəndə acıma hissi azalar. Arzuları artar, harama meyl salar. Qeyri-məşru arzuları hərəkətə gətirən yolları kəsmək lazımdır. Aclıq şeytanın yolunu kəsər. Hədisi-şərifdə “Şeytan damardakı qan kimi bədəndə gəzər, aclıqla yolunu daraldın” buyurulub. (Əhya)
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
23 Kasım 2024 Cumartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net