Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qüsldən əvvəl dəstəmaz almaq

Sual: Qüsl alarkən əvvəl dəstəmaz almağın məntiqini anlaya bilmədim. Bir yoldaşımız da cünubun dəstəmaz almasının gərəksiz olduğunu dedi. Cünub ikən qüsl almadan əvvəl dəstəmaz almaq lazımsız deyilmi?
CAVAB
Nəqlə etibar etmədən sırf ağılla din olmaz. “Qüsl almadan əvvəl dəstəmaz alın” deyənlər ağılsız olur? Necə qüsl almağın lazım olduğunu Peyğəmbər əfəndimiz bildirir və “Əvvəl namaz dəstəmazı alın, sonra bədənin hər tərəfinə su tökmək lazımdır” buyurur. Ağılla bunun hikmətini anlaya bilməsək də, məntiqimizə uyğun gəlməsə də, bildirilən əmri eynilə yerinə yetirməyimiz lazımdır. Hətta dərhal qüsl almayan namaz dəstəmazı alıb elə dayanması daha uyğun olar. Dəstəmaz da ala bilməyənin qüsl alana qədər əlini, ağzını, burnunu yuması yaxşıdır.

Aişə anamızdan belə bir sual soruşulur:
“Rəsulullah əfəndimiz cünub ikən yatmaq istədiyi zaman qüsl alıb yatardı, yoxsa qüsl almadan yatardı?”

Həzrəti Aişə anamız cavab olaraq buyurur ki:
“Çox vaxt qüsl alıb yatardı. Bəzən də tək dəstəmaz alıb yatardı”.

Sualı soruşan adam “Bu xüsusda bizi sıxışdırmayan Allahu təalaya həmdi-sənalar olsun” dedi. “Müslim, Tirmizi, Nəsai, Əbu Davud”

Yenə buyurdu ki:
“Rəsulullah cünub ikən yemək yeyəcəyi və ya yatacağı zaman dəstəmaz alardı”. [Buxari, Müslim, Tirmizi, Nəsai]

Bir hədisi-şərif tərcüməsi də belədir:
“Üç adama rəhmət mələkləri yaxınlaşmaz: Kafirə, qadınlara məxsus bir ətiri vuran kişiyə və yemək və ya yatmaq istədiyində dəstəmaz almayan cünuba”. [Təbərani]

Deməli, cünuba rəhmət mələkləri yaxınlaşmır. Dəstəmaz alana yaxınlaşır. Üstəlik sünnəyə uymuş oluruq. Cünub ikən ağzımızı yumadan su içsək, müstəməl suyu içmiş oluruq ki, bu da məkruhdur. Amma ağzımızı yusaq, məkruh olmaz.
 
Geri dön
 
 
Dini Konularda Ara:
Sanal klavyeyi görüntüle

detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
7 Nisan 2025 Pazartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı
249.591.395

Hosted by İhlas Net

Ramazan 2025   |   2025 Yılı Ramazan İmsakiyesi   |   İftara Ne Kadar Kaldı?   |   İftar Vakti   |   Sahur Vakti   |   Ramazan Bayramı 2025
Ramazan Bayram Namazı Saatleri (2025)   |   Zekat Hesaplama   |   Hayz ve Nifas Hesaplama    |   Feraiz Hesaplama