Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qüsldən sonra məni gələrsə

Sual: Qüsl aldıqdan sonra kişidən məni gələrsə, təkrar qüsl almalıdır?
CAVAB
Dörd məzhəbə görə də bildirək:

Hənəfi və Hənbəlidə: Şəhvətlə yerindən çıxan məni hər hansı bir səbəblə şəhvətsiz də çıxsa, yenə qüsl almaq lazımdır. Buna görə qüsl almadan əvvəl bir miqdar yatmaq və ya məni qalmışsa, idrar edib çıxarmaq lazımdır.

Şəhvətlə yerindən ayrılan və şəhvətlə çölə çıxan məni üçün qüsl almaq lazımdır. Şəhvətlə yerindən ayrılıb şəhvət kəsildikdən sonra çölə çıxan məni üçün, imami-əzəmlə imami-Muhammedə görə qüsl almaq lazımdır. Fətva da belədir. İmami-Əbu Yusifə görə qüsl lazım deyil. Bir zərurət və ya ehtiyac halında İmami-Əbu Yusifin qövlü ilə əməl etmək caizdir. Məsələn, qonaqlıqda və ya soyuqda qüsl almaq çətin olarsa, yuxuda ihtilam olarkən oyanıb dərhal tənasül üzvünü tutaraq məninin çıxmasını önləsə, şəhvəti keçdikdən sonra məni çölə çıxsa, qüsl lazım deyil.

Şəfiidə: İdrar etmiş olsa belə, məni gəlincə təkrar qüsl almaq lazımdır. Çünki Şəfiidə çıxan məni şəhvətsiz də çıxsa, yenə qüsl lazımdır.

Malikidə: İdrar etmemiş olsa belə, qüsldən sonra məni gəlsə, təkrar qüsl almaq lazım deyil. Çünki məni şəhvətsiz çıxanda Malikidə qüsl lazım deyil.

Lakin Malikini təqlid edən Hənəfi cünub olanda öz məzhəbindən çıxmamış olduğu üçün, qüsl almadan əvvəl idrar edib sidik yolundakı mənini çıxarmalıdır.

Hər gələn axıntı da məni zənn edilməməlidir. Xüsusilə, prostat mayesi məni zənn edilir.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Aralık 2024 Perşembe
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net