Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Cünub nələr edə bilməz

Sual: Cünub olan nələr edə bilməz?
CAVAB
Cünub olan bəsmələ çəkər, dua oxuyar, “la ilahə illəllah” deyərək zikr edər, salavat oxuyar. Hətta “Fatihə”, “Rəbbəna atina” kimi ayələri dua niyyətiylə oxuya bilər. Müqəddəs kitabı tuta bilməz, əzbərdən də olsa, Qurani-kərim oxuya bilməz. Məscidə girə bilməz. Qasıq tüklərini qırxması və saç, dırnaq kəsməsi məkruhdur. Heyzli ikən bunlar məkruh deyil.

Cünub ikən yeyib-içmək və əmizdirmək
Sual:
Cünubun bir şey yeyib-içməsi, küçəyə çıxması və cünub qadının uşağını əmizdirməsi uyğundurmu?
CAVAB
Ağzını yuduqdan sonra yeyib-içməsi caizdir. Küçəyə çıxmaq da caizdir. Qadın sinəsini yuduqdan sonra uşağını əmizdirə bilər. Namaz vaxtı çıxmadan əvvəl yuyunmalıdır. Daha çox cünub qalmaq haramdır. Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünub keçirsə, çox əzab görər.

Cünubun yeyib-içməsi
Sual:
Cünub olanın əlini və ağzını yumadan yeyib-içməsi caizdirmi?
CAVAB
Tənzihən məkruhdur. Yuduqdan sonra yeyib içməsi məkruh olmaz. Lakin məcbur qalmadıqca yenə də cünub ikən yeyib içməməlidir.

Cünubun təri və sperma
Sual:
İhtilam olunca və ya zövcəsi ilə birlikdə olduqdan sonra üstündəki bütün paltarları çıxarıb yumaq lazımdırmı? Cünub ikən tər bulaşan paltarlarla namaz qılınarmı?
CAVAB
Cünubun təri nəcis deyil. O paltarlarla namaz qılınar.

Sperma Hənəfidə nəcis, digər üç məzhəbdə təmizdir. Malikidə bir qövlə görə sperma nəcisdir.

İhtilam olanın paltarların hamısını çıxarması lazım deyil, yalnız sperma bulaşan yeri yuması kafidir. Sperma qurumuşsa, ovmaqla təmizlənmiş olar. O paltarla namaz qılına bilər.

Cənabət və vəsvəsə
Sual:
Cünub olunca bir şeyə toxunanda onun murdar olacağını zənn edir, buna görə çətinlik çəkirəm. Bu, vəsvəsədirmi?
CAVAB
Bəli, vəsvəsədir. Cünub olan hara toxunursa toxunsun, murdar olmaz.

Məscid olaraq istifadə edilən otaq
Sual:
Evdə məscid olaraq istifadə edilən otağa girərkən etikafa niyyət edilə bilərmi? Bura cünub girə bilərmi?
CAVAB
Məscid olaraq istifadə edilən otağa girərkən etikafa niyyət edilə bilər. Bura cünub da girə bilər. Halbuki məscidlərə cünub girə bilməz.

Cünubun salam verməsi
Sual:
Cünub olan salam verə bilərmi və verilən salamı ala bilərmi?
CAVAB
Əlbəttə, salam verib ala bilər. Heç zərəri yoxdur. Salam gözəl bir duadır. Cünub olan Qurani-kərimdən surə və ayə oxuya bilməz. Lakin hər növ duanı oxuya bilər, hər növ zikri edə bilər, hətta “Fatihə” və “Rəbbəna atina” kimi dua ayələrini yalnız dua niyyətiylə oxuya bilər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
20 Nisan 2024 Cumartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net