Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Qızlarda istimrar

Rənglərin açıqlaması:



Qızlarda istimrar
Qızlarda istimrar, yəni qanın kəsilmədən davamlı axması dörd cür olur:

1. Qayda: İlk görülən qan axmağa davam etsə, yəni heç kəsilmədən axsa, ilk dəfə 10 gün heyz, sonra 20 gün təmiz qəbul edilir.

Nümunə:
Bir qız ilk dəfə olaraq qan görüb heç kəsilmədən davam etsə, 10 günü heyz, 20 günü istihazə olar. Qan gəlməyə davam etdiyi müddətdə həmişə 10 heyz, 20 istihazə qəbul edilir.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 11-ci gün qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar. Artıq qüsl alaraq namaza başlayar. Qan gəlməyə davam etdiyi müddətdə bu şəkildə hərəkət edər. Yəni 10 heyz, 20 istihazə qəbul edər.

2. Qayda: Bir qız səhih qandan, yəni ən çox 10 gün qandan və səhih təmizlikdən, yəni ən az 15 gün təmizlikdən sonra qan kəsilmədən axsa, bu qız adəti müəyyən olan qadın olar. Adəti qədəri heyz, sonrası istihazə olar.

Nümunə:
Bir qız ilk dəfə olaraq 5 qan, 20 təmiz görsə, bundan sonra qan kəsilmədən axsa, 5 günü heyz, 20 günü istihazə qəbul edilir. Qan kəsilənə qədər belə davam edər, yəni qanlı günlərin 5-i heyz, 20-si istihazə olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 6-cı gündə qan kəsiləndə qüsl alaraq namaza başlayar. 26-cı gün qan gələndə yenə namazı tərk edər. Çünki son heyzdan etibarən ən az 15 gün təmiz keçmişdir. 36-cı gün qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. İstihazə olduğu aydın olan 5 gündə qılmadığı namazlarını daha sonra qəza edər. Qan gəlməyə davam etdikcə bu şəkildə hərəkət edər. Yəni 5 heyz, 20 istihazə qəbul edər.

3. Qayda: Bir qız fasid qan, yəni 10 gündən çox qan və fasid təmizlik, yəni 15 gündən az təmizlik görüb sonra istimrar etsə, yəni kəsilmədən axsa, fasid qan və fasid təmizliyin ikisi də adət qəbul edilməz.
Bu da üç cür olur:
a)
Əgər təmizlik 15 gündən az olduğu üçün fasid olarsa, ilk dəfə görülən qan həmişə axmış kimi qəbul edilir. Bir ay, ümumiyyətlə, 30 gün qəbul edilir. Buna görə fasid qan və ya fasid təmizlik görüb qanlı və təmiz günlərin cəmi 30 gün olmamışsa, istimrarlı günlərin ilk günləri 30-u tamamlayacaq şəkildə istihazə qəbul edilir. 30 günün 10 günü heyz olunca 20 günü də istihazədir. Qan kəsilənə qədər belə davam edər.

Nümunə:
Bir qız ilk dəfə olaraq 11 qan, 14 gün təmiz görüb sonra kəsilmədən axsa, birinci qan 10 günü keçdiyi üçün fasiddir. 11-ci qanlı gün və istimrarın 30 günə tamamlayacaq olan ilk qanlı günləri istihazədir. Nümunədə 26-cı gündən 30-cu günə qədər olan 5 gün istihazədir. Bu 5-ci gündən sonra qanlı günlərin 10 günü heyz, 20 günü təmiz qəbul edilərək davam edər.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 11-ci gün qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. 26-cı gün qan gələndə namazı tərk edər. 36-cı gündə, yəni ikinci ayın 11-ci qanlı günündə qan gəlməyə davam edəndə istihazə ola biləcəyi üçün qüsl alaraq namaza başlayar. Qanın kəsilmədən davamlı axdığı, yəni istimrar olduğu aydın olanda isə ilk 5 günün və 10 heyzdən sonrakı 20 günün istihazə olduğu aydın olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını qəza edər. Qan gəlməyə davam etdikcə bu şəkildə hərəkət edər. Yəni 10 heyz, 20 istihazə qəbul edər.

b) Əgər təmizlik tam olub təmiz günlərə qanlı gün qarışdığı üçün fasiddirsə, belə fasid təmizliklə qan günlərinin cəmi 30-u keçməzsə, yenə 30-a tamamlayacaq şəkildə istimrarlı günlərin ilk günləri istihazə qəbul edilir.

Nümunə
Bir qız ilk dəfə olaraq 11 qan və 15 gün təmiz görsə, bundan sonra kəsilmədən qan axsa, ilk qanlı gün on günü keçdiyi üçün istihazə olduğu aydın olar. 15 təmiz gündən əvvəlki bir gün qanlı olduğu üçün 15 təmiz gün və 1 qanlı gün fasid təmizlik qəbul edilir. Qan axmağa davam etsə, 30 günə tamamlamaq üçün davam edən qanın ilk 4 günü istihazə, yəni təmiz qəbul edilir. Bundan sonra 10 günü heyz, 20 günü istihazə olaraq davam edər.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 11-ci gün qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. 27-ci gün qan gələndə namazı tərk edər. 37-ci gün, yəni ikinci aydakı 11-ci qanlı gündə qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, yenə qüsl alaraq namaza başlayar. Qan gəlməyə davam etdiyi müddətdə bu şəkildə hərəkət edər. Yəni 10 heyz, 20 istihazə qəbul edər.

c) Qanlı günlərlə təmiz olan günlərin cəmi 30-u keçsə, ilk 10 gün heyz olub, sonra istimrara qədər olan günlərin hamısı təmiz qəbul edilərək istimrardan sonra 10 gün heyz, 20 gün təmiz olaraq davam edər.

Nümunə
Bir qız ilk dəfə olaraq 12 qan, 20 gün təmizlik görüb sonra qan axmağa davam etsə, bu qanlı günlərin 10 günü heyz, 20 günü istihazə qəbul edilir.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 11-ci gün qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. 33-cü gün qan gələndə yenə namazı tərk edər. Çünki son heyzdən etibarən ən az 15 gün təmiz keçmişdir. 43-cü gün, yəni ikinci aydakı 11-ci qanlı gündə qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. Qan gəlməyə davam etdikcə bu şəkildə hərəkət edər. Yəni 10 heyz, 20 istihazə qəbul edər.

4. Qayda: Bir qız səhih qan, yəni ən çox 10 gün qan və fasid təmizlik, yəni 15 gündən az təmizlik görsə, səhih qan günləri adət olar. Sonra 30 günə qədər təmizlik qəbul edilir, yəni qanlı və təmiz günləri 30-a tamamlayacaq şəkildə istimrarlı günlərin ilk günləri istihazə qəbul edilir.

Nümunə
Bir qız ilk dəfə olaraq 5 qan və 14 gün təmizlik görüb bundan sonra qan axmağa davam etsə, ilk 5 qan və bundan sonra 25 gün təmiz olar. Cəmi 30 günü tamamlamaq üçün istimrarın ilk 11 günü təmiz qəbul edilir. Bundan sonra 5 günü heyz, 25 günü təmiz olaraq davam edər.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 6-cı gündə qan kəsiləndə qüsl alaraq namaza başlayar. 20-ci gün qan gəlsə də, namaza davam edər. Çünki 15 gün təmiz keçməmişdir. Bu günün istihazə olduğu qətidir. 21-ci gün qan gəlməyə davam edəndə artıq namazı tərk edər. 30-cu gündə, yəni ikinci ayın 11-ci qanlı günündə qan gəlməyə davam edəndə istihazə olduğu aydın olar, qüsl alaraq namaza başlayar. Qanın kəsilmədən davamlı axdığı, yəni istimrar olduğu aydın olanda isə ilk 11 günün və 5 heyzdən sonrakı 25 günün istihazə olduğu aydın olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını qəza edər. Qan gəlməyə davam etdikcə bu şəkildə hərəkət edər. Yəni 5 heyz, 25 istihazə qəbul edər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net