Rənglərin açıqlaması:
İstimrarlı
hallar
İstimrar qadından adət halında gələn qanın davam etməsi
deməkdir.
Qayda: 15 gün içində heç təmiz gün olmadan qan istimrar
etsə, yəni heç kəsilmədən axmağa davam etsə, adətinə görə hesablanar. Yəni
adətindən sonra başlayaraq bir əvvəlki ayda görülən təmizlik günü qədəri
təmizlik və sonra adəti qədəri heyz qəbul edilir.
Nümunələr:
1)
Adəti 25 təmiz, 5 heyz olan qadın 25 təmiz gündən sonra qan görməyə başlayıb
qanlı günlər 10 günü keçib davam etsə, əvvəlki adəti qədər 5 gün heyz, digərləri
istihazə olar. Çünki qan əvvəlki adət günlərinə rast gəlmişdir. Qan həmişə axsa,
bu qanlı günlərin 25-i istihazə, 5 günü heyz qəbul edilir.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 11-ci gün də qan gələndə istihazə olduğu aydın olar.
əvvəlki adəti etibarlı olar. 11-ci qanlı gündən etibarən qüsl alıb namaza
başlayar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza
edər.
2) Adəti 25 təmiz, 5 heyz olan qadın 25 təmiz gündən sonra 1
qan, 1 təmiz və bundan sonra qanlı günlər 10 günü keçib davam etsə, əvvəlki
adəti qədər 5 gün heyz, digərləri istihazə olar. Çünki əvvəlki adətinin ilk və
son günləri qanlıdır. Aradakı bir təmiz gün də axan qəbul edilir. Qan axmağa
davam etsə, bu qanlı günlərin 25-i istihazə, 5-i heyz qəbul edilir.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 1 qanlı gündən sonra qüsl almadan namaza başlayar.
3-cü gün qan gələndə yenə namazı tərk edər. 11-ci qanlı gündən [36-cı gündən]
etibarən qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı
namazlarını daha sonra qəza edər.
3) Adəti 25 təmiz, 5 heyz olan qadın 25
təmiz gündən sonra 3 qan, 2 təmiz və bundan sonra qanlı günlər 10 günü keçib
davam etsə, əvvəlki adətinin ilk 3-ü heyzdir. Çünki qanlı gün heyzinin üç gününə
rast gəlmişdir. Sonra qan axmağa davam etsə, kəsilənə qədər qanlı günlərin 25-i
istihazə, 3-ü heyz qəbul edilir.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 3 qanlı gündən sonra qüsl alıb namaza başlayar. 6-cı
gün qan görəndə yenə namazı tərk edər. 11-ci qanlı gündən [36-cı gündən]
etibarən qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı
namazlarını daha sonra qəza edər.
4) Adəti 25 təmiz, 5 heyz olan
qadın 25 təmiz gündən sonra 1 qan, 2 təmiz, 2 qan, 2 təmiz və bundan sonra qanlı
günlər 10 günü keçib davam etsə, yenə 5 gün olar. Çünki heyzin ilk və son
günləri [26 və 30] qanlıdır. Qan belə axmağa davam etsə, qanlı günlərin 25-i
istihazə, 5-i heyz qəbul edilir.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 2-ci günü təmiz olduğu üçün qüsl almadan namaza
başlayar. 4-cü gün qan gələndə yenə namazı tərk edər. 6. gün kan kesildiğinde gusledip namaza başlayar. 8. gün tekrar namazı terk eder. 11-ci qanlı gündən [36-cı
gündən] etibarən qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı
namazlarını daha sonra qəza edər.
5) Adəti 25 təmiz, 5 heyz olan
qadın 25 təmiz gündən sonra 2 qan, 2 təmiz, 1 qan, 5 təmiz və bundan sonra qanlı
günlər 10 günü keçib davam etsə, adəti dəyişməz, yenə 5 gündür. Çünki heyzin ilk
və son günləri qanlıdır.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 3-cü gündən etibarən qüsl almadan namaza başlayar.
5-ci gün qan gələndə yenə namazı tərk edər. 6-cı gündən [31-ci gündən] etibarən
qüsl alıb namaza başlayar. 11-ci gündə [36-cı gündə] qan gəldiyi halda yenə qüsl
almadan namaza davam edər. Çünki 10 günü keçdiyi üçün bu günlər istihazədır.
İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza
edər.
6) Adəti 25 təmiz, 5 heyz olan qadın 27 təmiz gündən sonra 3
qan, 5 təmiz və bundan sonra qanlı günlər 10 günü keçib davam etsə, 5
təmizlikdən sonra həmişə axmağa davam etsə, adəti 3 gün olar. Həmişə belə davam
etsə, 27 günü istihazə, 3 günü heyz qəbul edilir.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 3 qanlı gündən sonra qüsl alıb namaza başlayar. 9-cu
gün qan görəndə yenə namazı tərk edər. 11-ci qanlı gündən [38-ci gündən]
etibarən qüsl alıb namaza başlayar. İstihazə olan günlərdəki qılmadığı
namazlarını daha sonra qəza edər.
7) Adəti 25 təmiz, 5 heyz olan
qadın 25 təmiz gündən sonra 1 qan, 1 təmiz, 1 qan, 1 təmiz və bundan sonra qanlı
günlər 10 günü keçib davam etsə, adəti dəyişməz. İlk 5 günü heyz, ondan sonrakı
günlər istihazə olar.
ŞƏRH
Qan
görəndə namazı tərk edər. 2-ci gündə qüsl almadan namaz qılar. 3-cü gün qan
gələndə yenə namazı tərk edər. 4-cü gündə qan kəsiləndə qüsl alaraq namaza
başlayar. 11-ci qanlı gündən [36-cı gündən] etibarən qüsl alıb namaza başlayar.
İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.