Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Heyzin [Adətin] dəyişməsi

Qayda: Adət zamanı müəyyən olan, məsələn, 5 gün olan qadın bir dəfə başqa sayda, məsələn, 7 gün səhih qan görəndə adəti 7 gün olaraq dəyişmiş olar.

Bu dəyişmələr ən çox on günə qədər olur. 11 və ya daha çox qan davam etsə, əvvəlki adətdən çoxu üzr olar. Təmizlik sayı da bir dəfə başqa sayda, məsələn, 20 gün ikən 25 günə çıxar və ya ən az 15 günə ensə, təmizlik günü dəyişmiş olar. On günlük heyz müddəti içində qan görülən günlər arasında olan təmizlik günləri fasid təmizlik olduğu üçün heyz qəbul edilir, on gündən sonrakı qanlı günlər isə fasid olduğu üçün təmiz qəbul edilir.

Qayda: Yeni heyzdəki qan müddəti 10 günü keçsə və bunun 3 və ya daha çox günü əvvəlki adət zamanı günlərinə rast gəlməzsə, adət zamanı dəyişər; lakin gün sayı dəyişməz.

Adət zamanına rast gəlsə, rast gəldiyi gün sayı heyz, qalanı istihazə olar. 3 gündən [72 saatdan] 5 dəqiqə belə az sürən qan heyz olmaz. Yeni başlayan üçün 10 gündən çox sürsə, 10 günü heyz, çoxu istihazə olar. Yeni olmayanlarda adətdən çox olub 10 günü də keçəndə adətdən sonrakı günlərdə gəlmiş olan qan heyz olmaz, istihazə olar. Qan adət zamanını keçib 10 gündən əvvəl kəsiləndə səhih təmizlik görsə, yəni qan kəsildikdən sonra 15 gün içində heç gəlməzsə, qan gəldiyi günlər heyzdir. Adət günü dəyişmiş olar. 15 gün içində bir dəfə qan gələrsə, adətini keçmiş olanlar heyz olmaz, istihazə olar.

Qayda: Fasid qan və fasid təmizlik adəti dəyişdirməz.
Məsələn: Adəti 5 gün olan qadın 10 gündən çox, məsələn, 13 gün qan görsə, adəti olan 5 gündən çox olan 8 günü istihazə, yəni üzr olar, adəti dəyişməz, yenə 5 gündür. Səhih təmizliyi 20 gün olan bu qadın 13 gün qan görəndə səhih təmizliyinin içinə 8 gün fasid qan qarışmışdır. 20 günlük səhih təmizlik fasid təmizlik halına dönmüşdür, adəti yenə 5 gün, təmizliyi də 20 gündür.

Bir qadın, ümumiyyətlə, 10 günü keçməmək və 3 gündən az olmamaq şərtiylə bir əvvəlki adətinin sayına uyğun qan görməzsə, adəti dəyişər. Məsələn, adəti 6 ikən 7, 8, 9 və ya 10-a çıxarsa, yaxud 5, 4 və ya 3-ə ensə, adət sayı dəyişər.

Adəti 10 gündən az olanlar:
Qayda: Adəti 5 gün ikən səhih təmizlikdən sonra 6, 7, 8, 9 və ya 10 gün qan gəlsə, sonra təkrar səhih təmizlik görsə, qan gördüyü günlər yeni heyz olar. Yəni əvvəlki adəti 5 gün ikən yeni adəti qan gördüyü gün qədər olar.

Misallar:
1) 5 qan və 25 təmiz ikən adət zamanında 3 gün qan gəlsə, adət sayı 5 ikən 3 olar.

2) 5 qan və 25 təmiz ikən 26 təmiz, 4 qan görsə, adəti dəyişərək 4 gün olar.

3) 5 qan və 25 təmiz ikən 6 qan olsa, 6 gündən sonra 15 gün təmizlik olsa, adəti 6 günə; 7 qan olsa, adəti 7 günə; 8 qan olsa, adəti 8 günə; 9 qan olsa adəti 9 günə; 10 qan olsa adəti 10 günə çıxar. Yəni on günə qədər neçə qan görülsə, adəti o qədər gün olar. Təmizlik müddəti də 25-dən 15-ə düşər.

4) 5 qan və 55 təmiz ikən 5 qan, 64 təmiz, 7 qan görsə, 7-i heyzdir.

5) 6 qan, 24 təmiz ikən 27 təmiz, 9 qan görsə və 15 gün təmiz olsa, 9 günün hamısı heyzdir.

Adəti 10 gündən çox olanlar:
Qayda : Adəti 10 gündən çox sürən qadın istihazəli, yəni üzrlü deməkdir. Çünki adətin ən çox müddəti 10 gündür. Heyzinin neçə gün olduğunu təsbit etmək üçün bir əvvəlki aydakı təmizlik müddəti və adət sayını bilmək şərtdir.

Misallar:
Adəti 24 gün təmiz, 6 gün qan ikən
1) 29 təmiz , 12 qan görsə, adəti yenə 6 gündür; son 6-sı iztihazədir. Təmizlik müddəti 29 olar.

2) 30 təmiz, 11 qan görsə, adəti yenə 6 gündür; son 5-i iztihazədir. Təmizlik müddəti 30 olar.

3) 21 təmiz, 13 qan görsə, adəti yenə 6 gündür; başdan 3, sondan 4 qanlı gün iztihazədir.

4) 28 təmiz, 12 qan görsə, bunun 2 günü əvvəlki adət zamanına rast gələr. 3-dən az olduğu üçün ilk 6 günü heyz, geri qalan 6 günü istihazə olar. Təmizlik müddəti 28-ə çıxar.

5) 29 təmiz, 11 qan görsə, adəti dəyişməz, yenə adəti 6 gün olar. son 5 günü də iztihazədir.

6) 30 təmiz, 13 qan görsə, adəti yenə 6 gündür; son 7 günü də iztihazədir.

7) 31 təmiz, 2 qan, 3 gün təmiz, 7 qan görsə, əvvəlki adəti 6 gün olduğu üçün 2 qanlı, 3 təmiz və qanlı olan 7 günün 1-ci günü olmaq üzrə adəti yenə 6 gündür. 7 qanlı günün son 6-sı iztihazədir. Yəni cəmi 12 günün ilk 6-sı heyz, son 6 günü isə iztihazədir.

8) 32 təmiz, 4 qan, 2 təmiz, 5 qan görsə, əvvəlki adəti 6 gün olduğu üçün 4 qanlı, 2 təmiz olmaq üzrə yenə adəti 6 gün olar. Sondan 5 qanlı gün isə iztihazədir.

9) 33 təmiz, 6 qan, 2 təmiz, 3 qan görsə, adəti yenə 6 gün olar. 3 qanlı gün iztihazədir.

10) 34 təmiz, 7 qan, 1 təmiz, 4 qan görsə, adəti yenə 6 gündür, sonrakı qanlar iztihazədir.

11) 35 təmiz, 2 qan, 3 təmiz, 7 qan görsə, 2 qanlı, 3 təmiz və qanlı olan 7 günün 1-ci günü olmaq üzrə adəti yenə 6 gündür. Sondan 6 qanlı gün iztihazədir.

12) 36 təmiz, 7 qan, 2 təmiz, 3 qan görsə, adəti yenə 6 gün olar, sonrakı qanlar iztihazədir.

13) 37 təmiz, 8 qan, 2 təmiz, 4 qan görsə, adəti yenə 6 gün olar, sonrakı qanlar iztihazədir.

Adəti 5 qan və 55 gün təmiz ikən
1) 5 qan, 15 təmiz və 11 qan görsə, əvvəlki adətinə qan rast gəlməz. Adətin sayı dəyişməz. 11 günün ilk 5-i heyz, geri qalan 6 gün iztihazədir. Təmizlik də 15 günə enər.

2) 46 təmiz, 11 qan görsə 11 günün son ikisi əvvəlki adət zamanının içində olsa da, 3-dən az olduğundan yalnız adət zamanı dəyişər. İlk 5 günü heyz, geri qalan 6-ı iztihazədir.

3) 47 təmiz, 12 qan görsə, bu 12 qanın 8-i əvvəlki təmizlik və 4-ü adət günləri içindədir, adəti 4 gün olar. Geri qalan 8 gün iztihazədir.

4) 48 təmiz, 12 qan görsə 12 günün 7-si təmizlik və 5-i əvvəlki adətinin içindədir, adəti yenə 5 gündür. İlk 7 günü görülən qan iztihazədir.

5) 49 təmiz, 11 qan görsə, 11 günün 6-sı təmizlik və 5-i əvvəlki adətinin içindədir, adəti yenə 5 gündür. Qan görülən ilk 6 gün iztihazədir.

6) 50 təmiz, 11 qan görsə, 51-55-ci gün arasındakı 5 gün ilə son 1 gün, yəni 61-ci gün istihazə, əvvəlki adət zamanına rast gələn 56-dan 60-cı günə qədər olan [60-cı gün də daxil olmaq üzrə] 5 gün heyzdir.

7) 51 təmiz, 12 qan görsə, 12-nin 4-ü əvvəldən, 3-ü sondan olmaq üzrə 7-si əvvəlki təmizlik müddətinin və 5-i də əvvəlki adət müddətinin içindədir; adəti yenə 5 gündür.

8) 52 təmiz, 11 qan görsə, 11-in 3-ü əvvəldən, 3-ü sondan olmaq üzrə 6-sı əvvəlki təmizlik müddətinin və 5-i də əvvəlki adət müddətinin içindədir, adəti yenə 5 gündür.

9) 53 təmiz, 12 qan görsə, 12-nin 2-si əvvəldən, 5-i sondan olmaq üzrə 7-si əvvəlki təmizlik müddətinin və 5-i də əvvəlki adət müddətinin içindədir; adəti yenə 5 gündür.

10) 54 təmiz, 1 qan, 14 təmiz, 1 qan görsə, 55-ci günü gələn 1 qan təmizliyin son günü olar. 14 gün fasid təmizlik qan deməkdir; bu 14 günün başdan 5 günü heyzdir. Digər qanlı günlərin hamısı iztihazədir. Təmizlik yenə 55 gündür.

11) 57 təmiz, 3 qan, 14 təmiz, 1 qan görsə, 3 qanlı gün əvvəlki adət zamanına rast gəldiyi üçün adəti 3 gün olar. Bundan sonrakı 14 gün qan sayılıb qanlı və istihazəli günlər 10 günü keçdiyi üçün son 15 gün istihazə olar. Adətin müddəti və sayı dəyişər.

12) 55 təmiz, 11 qan görsə, ilk 5-i heyzdir, çünki əvvəlki adəti 5 gün idi. 6-sı iztihazədir. Adətin tək zamanı dəyişər, sayı dəyişməz. Təmizlik yenə 55 gün olar.

13) 54 təmiz, 12 qan görsə, yenə heyz günü köhnə adətinə uyğun olaraq 55 gündən sonra başlayar, 5 gün heyz olar. Başdan 1, sondan 6 gün istihazə olar. Təmizlik yenə 55 gün olar.

14) 56 təmiz, 11 qan görsə, görülən qanın 4 günü əvvəlki adət zamanına rast gəldiyi üçün ilk 4 gün yeni adəti olar. Sondan 7 günü də iztihazədir.

15) 48 təmiz, 11 qan görsə, 4 günü əvvəlki heyzinin içində olduğu üçün yeni adəti 4 gün olar. Başdan 7 gün iztihazədir.

16) 59 təmiz ,11 qan görsə, ilk 5-i heyzdir. Çünki əvvəlki adəti 5 gün idi. 6-sı iztihazədir.

17) 65 təmiz, 13 qan görsə, ilk 5-i heyzdir. Çünki əvvəlki adəti 5 gün idi. 8-i iztihazədir.

18) 62 təmiz, 12 qan görsə, ilk 5-i heyzdir. Çünki əvvəlki adəti 5 gün idi. 7-si iztihazədir.

19) 63 təmiz, 14 qan görsə, ilk 5-i heyzdir. Çünki əvvəlki adəti 5 gün idi. 9-u iztihazədir.

20) 20 təmiz, 13 qan görsə, ilk 5-i heyzdir Çünki əvvəlki adəti 5 gün idi. 8-i iztihazədir. Təmizlik də 20 günə enər. Adətin tək zamanı dəyişər, sayı dəyişməz. Təmizlik də dəyişər.

21) 64 təmiz, 11 qan görsə, ilk 5-i heyzdir. Çünki əvvəlki adəti 5 gün idi. 6-sı iztihazədir. Adətin tək zamanı dəyişər. Sayı dəyişməz. Təmizliyi də 55 ikən 64 gün olar.

Yeni adəti əvvəlki adətinə rast gələnlər:

Qayda: On gündən çox qan görüb 3 və ya daha çox qan günləri əvvəlki adət günləri içində olsa, tək bu günləri heyz olub qalanı istihazə olar.
Məsələn: 25 təmiz, 5 qan ikən 26 təmiz, 11 qan görsə, ilk 4 günü heyz, son 7 günü də istihazə olar.

Qayda: Yeni heyzi 10 günü keçib istihazə olsa və bunun 3 və ya daha çox günü əvvəlki adəti olan günlərinə rast gəlsə və əvvəlki adətinin qalan son qismi yeni səhih təmizliyə rast gəlsə, adəti olan günlərə rast gələn günlər yeni adəti olar.

Misallar:
1) 5 qan, 25 təmiz ikən 18 təmiz, 11 qan görsə, bunun 3 gündən çoxu, yəni 4 günü əvvəlki adətinə rast gəldiyi üçün adəti 4 gün olar. Başdan ilk 7 günü iztihazədir.

2) 6 qan, 24 təmiz ikən 18 təmiz, 11 qan görsə, 5 qan 6 günlük əvvəlki adət zamanına rast gəldiyi üçün yeni adəti son 5 gün olar, ilk 6 günü iztihazədir. Əgər 11 yerinə 12 qan görsə, yeni adəti adət zamanına rast gələn son 6 gündür. Qan müddəti 10 günü keçdiyi üçün ilk 6 qan iztihazədir. 18 təmiz, 18 qan olsaydı, nə olardı? Əvvəlki adətinə 6 gün rast gəldiyi üçün adəti yenə 6 gündür. Başdan 6, sondan 6 gün iztihazədir. Belə vəziyyətlərdə adət zamanı içində ən az 3 günlük qan gəlməsinə və ya əvvəlində və sonunda gələn qana görə hərəkət edilir.

3) 5 qan, 25 təmiz ikən 27 təmiz, 12 qan görsə qanlı günlərdən 3-ü adətinə rast gəldiyi üçün adəti 3 günə enər. Sonrakı 9 qanlı gün istihazə olar.

4) 6 qan, 25 təmiz ikən 27 təmiz, 12 qan görsə, qanlı günlərdən 4-ü əvvəlki adətinin içində olduğu üçün yeni adəti 4 günə enər. Sonrakı 8 qanlı gün istihazə olar.

5) 7 qan, 24 təmiz ikən 28 təmiz, 11 qan görsə, ilk 3 günü heyz, sonrakı 8 günü iztihazədir. Çünki əvvəlki adət zamanına 3 günü rast gəlmişdir.

6) 5 qan, 27 təmiz ikən 20 təmiz, 11 qan görsə, bu qan 10 günü keçdiyi üçün fasiddir. Bunun 3 gündən çoxu, yəni 4 günü əvvəlki adət zamanına rast gəldiyi üçün yeni adəti 4 günə enər. [İlk 7 gün istihazə, son 4 gün heyz olar.]

7) 5 qan, 16 təmiz ikən 6 qan, 13 təmiz və 1 qan görsə, adəti dəyişməz, yenə 5 gün olar. 6-cı günkü qanla 14-cü günkü qan iztihazədir.

Əvvəlki adət zamanına rast gəlməyənlər:

Qayda: Əvvəlki sayından fərqli olan sonrakı qan günləri 10 gündən çox olsa və bunun 3 və ya daha çox günü əvvəlki adət günləri içində olmazsa, adətin zamanı dəyişər. Sayı dəyişməz. İlk görüldüyü gündən başlayar.

Misallar:
1) 24 təmiz, 5 qan ikən 27 təmiz, 11 qan görsə, əvvəlki adətinə 2 gün rast gəldiyi üçün adəti yenə 5 gündür, təmizlik müddəti də 27-yə çıxar. 11 qanın ilk 5-i adət, 6-sı iztihazədir.

2) 5 qan, 20 təmiz ikən 23 təmiz, 12 qan görsə, bunun 2-si əvvəlki adət zamanına rast gələr. Bu da 3-dən az olduğu üçün ilk 5-i heyz, 7-si istihazə olar. Təmizlik də 23-ə çıxar.

3) Adəti 5 gün ikən adət zamanının başdan 3 günündə görməyib sonra 12 gün görsə, ilk görülən gündən başlayaraq heyzi yenə 5 gün olub təmizlik müddəti dəyişmiş olar.

4) 35 təmiz, 5 qan ikən 38 təmiz, 12 qan görsə, adəti yenə 5 gündür. Təmizlik 38-ə çıxar.

5) 45 təmiz, 5 qan ikən 40 gün təmiz və 5 qan görsə və 5 gün təmiz və 2 qan görsə, qanlı olan 5 və 2 gün iztihazədir. Qansız olan 5 gün adətdir. [Qansız olan aradakı 5 gün həmişə axan qəbul edildiyinə və əvvəlki adəti olan 5 günə tam rast gəldiyinə görə.]

6) 26 təmiz, 4 qan ikən 21 təmiz, 5 qan, 5 təmiz, 1 qan görsə, ilk 5 qan istihazə, sonrakı 5 təmizin 4-ü adət, 1-i istihazə, son 1 qan yenə istihazə olar.

7) 25 təmiz, 5 qan ikən 20 gün təmiz və 5 qan görsə və 5 gün təmiz və 3 qan görsə, qanlı olan 5 və 3 gün iztihazədir. Qansız olan 5 gün adətdir.

Qızlarda heyzin başlaması
1) Bir qız 3 qan, 15 təmiz, 1 qan, 1 təmiz, 3 qan görsə, qan görülən ilk 3 gün ilə son 3 qanlı gün 2 ayrı heyz olar. Çünki adəti 3 gün olacağından ikinci heyz aradakı 1 qandan başlamaz. Bu 1 gün istihazə olar.

2) Bir qız 3 qan, 1 təmiz, 1 qan, 2 təmiz, 1 qan, 1 təmiz, 1 qan görsə, bu 10 günün hamısı heyz olar. Əgər onuncu gündən sonra, məsələn, 12-ci gün qan görsə, bu qızın heyzi ilk gördüyü 3 gün olar, digər günlər istihazə olar. Əgər ilk gördüyü qan 5 olsaydı, adəti 5 gün olardı.

3) Bir qız ilk dəfə 1 qan, 8 təmiz və 1 qan görsə, 10 günün hamısı heyz olar. Lakin 1 qan, 9 təmiz və 1 qan görsə, heç biri heyz olmaz. Qan görülən iki gün istihazə olar. Çünki onuncu gündən sonra görülən qandan əvvəl təmizlik günləri heyz sayılmaz.

İstimrarlı hallar
5 gün qan, 25 gün təmiz ikən:
1) Yenə 5 qan, 25 təmiz ikən əvvəlki adət günündən başlayaraq, qan axıb, 10 günü keçib davam etsə, əvvəlki adəti qədər 5 gün heyz, digərləri istihazə olar. Çünki qan əvvəlki adət günlərinə rast gəlmişdir. Qan həmişə axsa, bu qanlı günlərin 25-i təmiz, 5 günü heyz qəbul edilir.

2) 26-cı gün qan görsə, 27-ci gün təmiz və sonra qan axıb, 10 günü keçərək davam etsə, əvvəlki adəti qədər 5 gün heyz, digərləri istihazə olar. Çünki əvvəlki adətinin ilk və son günləri qanlıdır. Qan axmağa davam etsə, bu qanlı günlərin 25-i təmiz, 5 günü heyz qəbul edilir.

3) 26, 27, 28-ci günləri qan görsə, 29 və 30-cu günü təmiz olsa və sonra axıb, 10 günü keçərək davam etsə, əvvəlki adətinin ilk 3-ü heyzdir. Çünki qanlı gün heyzinin üç gününə rast gəlmişdir. Sonra qan axmağa davam etsə, kəsilənə qədər qanlı günlərin 25-i təmiz və 3-ü heyz qəbul edilir.

4) 26-cı gün qan, 27 və 28-ci günlər təmiz, 29 və 30-cu günləri qan görsə və 31 və 32-ci gün təmiz olsa, sonra həmişə axsa, heyzi yenə 5 gün olar. Çünki heyzin ilk və son günləri [26 və 30] qanlıdır. Qan belə axmağa davam etsə, qanlı günlərin 25-i təmiz, 5 heyz qəbul edilir.

5) 26 və 27-ci günləri qan, 28 və 29-cu günləri təmiz, sonra 1 qan, 5 gün təmiz, sonra qan axmağa davam etsə, adəti dəyişməz. Yenə 5 gündür. Çünki heyzin ilk və son günləri qanlıdır.

6) 26 və 27-ci günləri təmiz və 28, 29 və 30-cu günləri qan görsə, 5 təmizlikdən sonra həmişə axmağa davam etsə, adəti 3 gün olar. Həmişə belə davam etsə, 27 günü təmiz, 3 günü heyz qəbul edilir.

7) 26-cı gün qan, 27-ci gün təmiz, 28-ci gün qan, 29-cu gün təmiz və 30-cu gündən sonra axmağa davam etsə, adəti dəyişməz, ilk 5 günü heyz, ondan sonrakı günlər istihazə olar.

Qızda istimrar 4 cür olur:

1) Qayda: İlk görülən qan axmağa davam etsə, yəni heç kəsilmədən gündə bir damla da axsa, ilk 10 gün heyz, sonra 20 gün təmiz qəbul edilir.

2) Qayda: Qız səhih qan və səhih təmizlikdən sonra hər hansı bir zaman qan kəsilmədən axsa, bu qız adəti müəyyən olan qadın olar.

Misallar:
a) Bir qızın adəti 5 qan, 40 təmiz ikən qan kəsilmədən axsa, 5 günü heyz, 40 günü istihazə qəbul edilir. Qan kəsilənə qədər belə davam edər, yəni qanlı günlərin 5-i heyz, 40-ı istihazə olar.

b) Bir qızın adəti 7 qan, 20 təmiz ikən yenə 7 qan və 20 təmiz olsa, sonra qan axmağa davam etsə, bu qanlı günlərin 20-si istihazə, 7-si heyz qəbul edilir.

c) Bir qızın adəti 3 qan, 27 təmiz ikən təkrar adət görməyə başlayanda qan kəsilmədən həmişə axsa, qan 11 gün axanda dərhal qüsl alıb namaz qılar. Qan kəsilənə qədər qanlı günlərin 3-ü heyz, 27-si istihazə olar.

3) Qayda: Fasid qan və fasid təmizlik görsə, ikisi də adət qəbul edilməz. Bu da iki cür olur:
a) Təmizlik 15 gündən az olduğu üçün fasiddirsə:
İlk görülən qan həmişə axmış kimi qəbul edilir. Məsələn, 11 qan və 14 gün təmiz olsa, sonra kəsilmədən axsa, birinci qan 10 günü keçdiyi üçün fasiddir. 11-ci və istimrarın ilk 5 qan günləri təmizlik günləri olub, bu 5-ci gündən sonra qanlı günlərin 10 günü heyz, 20 günü təmiz qəbul edilərək davam edər. Şərh: Bir ay, ümumiyyətlə, 30 gün qəbul edilir. 30 günün 10 günü heyz olunca 20 günü də təmiz, yəni iztihazədir. Qan kəsilənə qədər belə davam edir.

b) Təmizlik tam olub qanlı gün qarışdığı üçün fasiddirsə:
Belə fasid təmizliklə qan günlərinin cəmi 30-u keçməzsə, yenə ilk qan axmağa başlamış kimi qəbul edilir. 11 qan və 15 gün təmizlikdən sonra kəsilmədən qan axsa, 16 günün ilk günü qanlı olduğu üçün 15 təmiz gün və 1 qanlı gün fasid təmizlik qəbul edilir. Qan axmağa davam etsə, 10 günü heyz, 20 günü istihazə qəbul edilir.

4) Qayda: İstimrarın ilk 4 günü təmizlik olub cəmi 30-u keçərəsə, ilk 10 gün heyz olub, sonra istimrara qədər olan günlərin hamısı təmiz qəbul edilib, istimrardan sonra 10 gün heyz, 20 gün təmiz olaraq davam edər.
Məsələn: 12 qan, sonra 20 gün təmizlik, sonra qan axmağa davam etsə, bu qanlı günlərin 10 günü heyz, 20 günü istihazə qəbul edilir.

5) Qayda: Səhih qan və fasid təmizlik görsə, səhih qan günləri adət olar. Sonra 30 günə qədər təmizlik qəbul edilir.
Məsələn: 5 qan və 14 gün təmizlikdən sonra axmağa davam etsə, ilk 5 qan və bundan sonra 25 gün təmiz olar. Bu 25 günü tamamlamaq üçün istimrarın ilk 11 günü təmiz qəbul edilir. Bundan sonra 5 günü heyz, 25 günü təmiz olaraq davam edər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Kasım 2024 Salı
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net