Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Hənəfidə nifas qanları

Rənglərin açıqlaması:



Nifas doğumdan sonra gələn qan deməkdir. Əlləri, ayaqları başı müəyyən olan uşaq düşürmədən sonra da gələn qan nifasdır. Nifas müddətinin azı yoxdur. Doğumdan sonra heç qan gəlməzsə, nifas görməmiş olar, namaza davam edər. Qan gəlincə namazı tərk edər. Qan kəsildiyi vaxt qüsl alıb namaza başlayar; amma əvvəlki nifas adəti qədər gün keçmədən cima edə bilməz. Ən çox müddəti Hənəfidə 40 gündür. 40 gün tamam olanda qan kəsilməsə də, qüsl alıb namaza başlayar. 40 gündən sonra gələn qan istihazə olar. O halda nifas gününü də əzbərləmək və xüsusi günlər dəftərinə də yazmaq lazımdır.
Qadın uşaq salanda barmağı, ağzı və ya burnu müəyyən olsa, bütöv uşaq doğmuş kimi olar. Heç bir yeri müəyyən deyilsə, nifas olmaz. Lakin qan 3 gün və ya daha çox axsa və heyzdən kəsildiyi 15 gün və ya daha çox olmuşsa, heyz olar. Əgər 3 gündən az olarsa və ya hələ heyzin kəsildiyi 15 gün olmamışsa, heyz deyil, istihazədir. Namazını qılar, orucunu tutar. Cima üçün qüsl lazım deyil.
Heyzin 10 günü və ya nifasın 40 günü içində bir iki gün qan gəlməsə, kəsildiyini zənn edib qüsl alıb oruc tutsa, sonra yenə müddəti içində qan gəlsə, heyz və ya nifas olacağı üçün o orucları qəza edər. Kəsilincə yenə qüsl alar. 3 və ya daha çox qan gəlib nifas adətindən əvvəl kəsilsə, heyz olduğu üçün qüsl alıb namazını qılar. Ancaq nifas adəti keçmədikcə cima caiz olmaz. Nifas da belədir.
Heyz adətindən çox qan gəlib 10 günə qədər qan davam etsə və ya 10 gün gəlmədən kəsilsə, gəldiyi gün qədəri heyz olar. Əgər qan 10 günü keçsə, adətindən çoxu heyz olmaz, adətindən çox qan gəldiyi istihazəli günlərdəki qılmadığı namazları daha sonra qəza edər. Nifasın 40 günü də heyzin 10 günü kimidir. Yəni nifas adətindən çox qan gəlib 40 günə qədər qan davam etsə və ya 40 gün gəlmədən kəsilsə, gəldiyi gün qədəri nifas olar. Əgər qan 40 günü keçsə, nifas adətindən çoxu istihazə olar, nifas adətindən çox qan gəldiyi istihazəli günlərdəki qılmadığı namazları daha sonra qəza edər.

İlk doğumla əlaqədar nümunələr:

1) Bir qadın ilk doğumunda 30 gün qan görsə, bu 30 günün hamısı nifas olar. Qan kəsiləndə qüsl alıb namaza başlayar. 31-ci gündən 40-cı günə qədər qan gəlmədiyi üçün nifas adəti 30 gün olar.



2) Bir qadın ilk doğumunda 40 gün qan görsə, bu 40 günün hamısı nifas olar. 40 gündən sonra qan kəsilməsə də, qüsl alıb namaza başlayar.



3) Bir qadın ilk doğumunda 45 gün qan görsə, 40 günü nifas, sonra gələn 5 gün isə istihazə olar. 41-ci gün qan gəldiyi halda artıq qüsl alıb namaza başlayar.



4) Bir qadın ilk doğumunda 5 qan, 30 təmiz, 5 qan görsə, aradakı 30 təmiz gün də axan qəbul edilir. 40 günün hamısı nifas olar. 40 gündən sonra qan gəlsə də, qüsl alıb namaza başlayar.



5) Bir qadın ilk doğumunda 5 qan, 30 təmiz, 10 qan görsə aradakı 30 təmiz gün axan qəbul edilir. 40 günü keçdiyi üçün istihazənin var olduğu müəyyənləşir. İlk 40 gün nifas, son 5 gün istihazə olar. 41-ci gün qan gəlməyə davam etdiyi halda istihazə olduğu üçün, artıq qüsl alıb namaza başlayar.



6) Bir qadın ilk doğumunda heç kəsilmədən 60 gün qan görsə, 40 günü keçdiyi üçün istihazənin var olduğu müəyyənləşir. İlk 40 gün nifas, sonra 15 gün istihazə olar. 15 gün təmiz keçmiş sayılacağı üçün artıq bundan sonra gələnlər heyz olar. Yəni son 5 qanlı gün heyz olar. 41-ci gün qan gəlməyə davam edəndə qüsl alıb namaza başlayar. 15 istihazəli gün bitəndə, yəni 56-cı gün yenə namazı tərk edər. 61-ci gün qan kəsiləndə yenə qüsl alıb namaza başlayar.



İkinci və sonrakı doğumlarla əlaqədar nümunələr:

7) Nifas adəti 35 gün olan bir qadın bu doğumunda 29 gün qan görsə, nifas adəti dəyişər, 29 günə enər. Qan kəsiləndə qüsl alıb namaza başlayar. Lakin əvvəlki adəti olan 35 gün keçənə qədər cima caiz olmaz.



8) Nifas adəti 33 gün olan bir qadın bu doğumunda 42 gün qan görsə, 40 günü keçdiyi üçün istihazənin var olduğu müəyyənləşir. Bu vəziyyətdə əvvəlki nifas adəti etibarlı olar. Yəni ilk 33 gün nifas, sonrakı 9 gün istihazə olar. Nifas adəti dəyişməmiş olar.
41-ci gün qan gəldiyi halda istihazə olduğu üçün qüsl alıb namaza başlayar. İstihazə olan 34 və 40-cı günlər arasında namaz qılmadığı 7 günü daha sonra qəza edər.



9) Nifas adəti 30 gün olan bir qadın ikinci doğumunda 20 qan, 15 təmiz, 10 qan görsə, aradakı 15 təmiz gün axan qəbul edilir. 40 günü keçdiyi üçün istihazənin var olduğu müəyyənləşir. Bu vəziyyətdə əvvəlki nifas adəti etibarlı olar. Yəni 45 günün ilk 30 günü nifas olar. Son 10 gün istihazə olar. Nifas adəti də dəyişməmiş olar.
21-ci gün qan kəsiləndə qüsl alıb namaza başlayar. 36-cı gün qan gələndə yenə namazı tərk edər. 41-ci gün qan gəldiyi halda istihazə olduğu aydın olduğu üçün qüsl alıb namaza başlayar. 40 gündən əvvəl nifas zənn edərək qılmadığı 5 günü istihazə olduğu aydın olduğu üçün, daha sonra qəza edər.



10) Nifas adəti 20 gün olan bir qadın ikinci doğumunda 5 qan, 30 təmiz, 1 qan görsə, aradakı 30 təmiz gün axan qəbul edilir. Adəti dəyişər, 36 günə çıxar. Qan kəsiləndə qüsl alıb namaza başlayar.



11) Nifas adəti 20 gün olan bir qadın ikinci doğumunda 5 qan, 30 təmiz, 1 qan, 14 təmiz, 1 qan görsə, aradakı 30 təmiz gün axan qəbul edilir. Qan 40 günü keçdiyi üçün istihazənin var olduğu müəyyənləşir. Bu vəziyyətdə əvvəlki nifas adəti etibarlı olar. Yəni 51 günün ilk 20 günü nifas olar. 36-cı və 51-ci günlərdəki 2 qanlı gün istihazə olar. Nifas adəti də dəyişməmiş olar.
6-cı gün qan kəsiləndə qüsl alıb namaza başlayar. 36-cı gün qan gələndə yenə namazı tərk edər. 37-ci gün kəsiləndə qüsl alıb namaza başlayar. 51-ci gün qan gəldiyi halda namaza davam edər; çünki 40 günü keçdiyi üçün bunun istihazə olduğu qətidir. Namaz qılmadığı 36-cı günü istihazə olduğu aydın olduğu üçün daha sonra qəza edər.



12) Nifas adəti 20 gün olan bir qadın ikinci doğumunda 5 qan, 30 təmiz, 1 qan, 15 təmiz, 1 qan görsə, aradakı 30 təmiz gün axan qəbul edilir. Bu 36 günün hamısı nifas olar. Nifas adəti 36 günə çıxmış olar. 52-ci gün gördüyü qan isə istihazə olar.
6-cı gün qan kəsiləndə qüsl alıb namaza başlayar. 36-cı gün qan gələndə yenə namazı tərk edər. 37-ci gün kəsiləndə yenə qüsl alıb namaza başlayar. 52-ci gün qan gələndə yenə namazı tərk edər. 15 gün təmizlik keçdiyi üçün bunun heyz qanı olma ehtimalı vardır. Sabahısı gün qan kəsiləndə qüsl almadan namaza başlayar, o 1 günün istihazə olduğu aydın olar.


 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net