Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Malikidə heyz və nifas

1- Heyzin ən azı yoxdur. Bir damla gəlsə də, heyz qəbul edilir. Ən çoxu isə 15 gündür. 15 gündən çox gələrsə, istihazə [üzr] olar. [Hənəfidə heyzin ən azı 3, ən çoxu 10 gündür. Bundan azı və ya çoxu istihazədir. Malikini təqlid edən qadın Hənəfiyə görə istihazə olub Malikiyə görə heyz olan günlərdə namaz qılmaz, istihazə olan bu günləri daha sonra qəza edər. Məsələn, Hənəfidə bir qadının adəti 5 gün ikən 8, 12, və 14-cü günləri qan görsə, Hənəfiyə görə adəti yenə 5-dir, qan görülən 8, 12, və 14-cü günləri istihazədir. Malikidə isə adətinin ən çoxu etibarlı olar. Yəni adəti 5 gün olduğu üçün, adəti 8 günə çıxmış olar, digər günlər istihazə olar.

2- İkinci heyzin ola bilməsi üçün aradan ən az 15 günün keçməsi lazımdır. 15 gün keçmədən qan gələrsə, bu heyz deyil, istihazədir. Qüsl almadan namaz qılınar. [Hənəfidə də belədir.]

3- Ayisədən [70 yaşından sonra] gələn qan heyz deyil, istihazədir. [Hənəfidə ayisə yaşı 55-dir. Malikini təqlid edən qadın bu günlərdə qan gələrsə, namaz qılmaz; amma kəsiləndə qəza edər.]

4- Hamilədən və doğumdan əvvəl gələn qan heyzdir. [Hənəfidə istihazədir. Malikini təqlid edən qadın bu qanlı günlərdə orucunu tutar, lakin namaz qılmaz. Namazını daha sonra qəza edər.]

5- Qarın yarılaraq uşaq götürüləndə gələn qan nifas olmaz. [Hənəfidə nifas olar. Malikini təqlid edən Hənəfi burada öz məzhəbi olan Hənəfiyə uyar.]

6- Nifasda qan gələn günlərin cəminin maksimum müddəti 60 gündür. [Hənəfidə nifasın başlanğıcından 40 günə qədər keçən təmiz və qanlı günlərin cəmidir. Malikini təqlid edən nifas adətindən sonrasını və ya nifas adəti yoxdursa, 40 gündən sonrasını qəza edər.]

7- Nifas görərkən 15 gün heç qan gəlməsə, artıq təmizlənmiş olar. Bu 15 günlük təmizlikdən sonra təkrar qan gələrsə, bu qan nifas deyil, heyz qanıdır. [Hənəfidə isə 40 günə qədər nifasdır.]

8- Nifas qanları arasındakı təmizlik günləri 15 gündən az olsa, nifas sayılar. Aradakı təmizlik günlər hesabdan salınıb qan günləri toplanaraq 60 günə çatsa, bu vəziyyətdə qadının nifası sona çatmış olar. Məsələn, 20 qan 7 təmiz, 17 qan, 10 təmiz, təkrar 23 qan görsə, qan görülən günlərin cəmi 60-a çatdığı üçün, nifası sona çatmış deməkdir. [Malikini təqlid edən qadının nifas qanı 40 günü keçsə adətindən sonrakı qan günləri Hənəfidə istihazədir, bu günlərdəki namazlarını qəza etməlidir.]

9- Nifasda 15 gün keçmədən yenə qan gələrsə, istihazə olar. 15 gün keçdikdən sonra gələrsə, heyz olar. Nifas qanları arasında 15 və ya daha çox təmizlik olsa artıq nifasın bitdiyi deməkdir 60 günü gözləmək lazım deyil. 15 və ya daha sonra qan gələrsə, bu nifas deyil, heyz qanı olar.

10- Heyz və ya nifaslı qadının göbəklə dizinin arasına çılpaq olaraq toxunmaq caiz deyil. [Malikini təqlid edən Hənəfi bu barədə öz məzhəbinin hökmünə uyar.]

11- Malikidə adətindən ən çoxunun üç gün çoxu heyzdir. Daha çoxu və 15 gündən çoxu istihazədir. (Əbədi səadət)

Yəni bir qadının adəti enib qalxsa və ən çoxu 9 gün olsa, son ay 14 gün qan görsə, Malikiyə görə bunun ancaq 9 + 3 = 12 günü heyz, digər iki qanlı gün istihazə olar. Hənəfiyə görə isə heyzi yenə 9 gün olar, digər qanlı günlər istihazə olar. Əgər kəsilmədən 15 gün davam etsə, Malikiyə görə yenə 12 günü heyz, geri qalanı istihazə olar. Malikini təqlid edən qadın adəti olan 9 gündən sonra qıla bilmədiyi namazları qəza edər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
12 Kasım 2024 Salı
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net