Sual 1: Bir qadın təmiz yatıb oyananda pambığında qan görsə, heyz o andan olar?
CAVAB
Heyz gecə başlasa belə, oyanıb gördüyü andan etibarən heyzli olar.
Sual 2: Heyzli yatıb oyananda təmiz olduğunu görən yatarkən heyzi bitmiş sayılar?
CAVAB
Bəli.
Sual 3: Ramazanda tam oruc tuta bilmək və həcci zamanında edə bilmək üçün dərman qəbul etmək caizdirmi?
CAVAB
Caizdir. Amma gecikdirmək lazım deyil.
Sual 4: Heyzli bir qadın yuxuda ihtilam olsa, yuyunması lazımdırmı?
CAVAB
Yuyunması lazım deyil, amma yuyunsa, yaxşı olar. Heyzi bitəndə təkrar yuyunar.
Sual 5: Heyzli “La ilahə illa əntə sübhanəkə inni küntü minəzzalimin” ayəsini oxuya bilərmi?
CAVAB
Bu ayəni təsbih niyyəti ilə oxuyar.
Sual 6: Heyzli ikən “İxlas”, “Fələq” və “Nas” surəsi oxuna bilərmi?
CAVAB
Oxuna bilməz.
Sual 7: Qüslsüz olan evə rəhmət mələkləri girməz. Heyzli olan evə də girməzmi?
CAVAB
Heyzli olan evə girər. Heyzi bitəndə yuyunmazsa, o zaman girməz.
Sual 8: Prezervativ istifadə edərək və ya bez sarıyıb heyz halında cima etmək haramdırmı?
CAVAB
Bəli haramdır.
Sual 9: Heyz halında cima haramdır. Bu haramın cəzası nədir?
CAVAB
Hənəfi məzhəbində cəza lazım deyil. Yalnız tövbə və istigfar lazımdır.
Sual 10: Bir qadın heyz və ya nifas səbəbiylə qıla bilmədiyi namazları qəza etsə, caizdirmi?
CAVAB
Məkruhdur. Dəstəmazda başın hamısını məsh etmək sünnə ikən başı yumağın məkruh olduğu kimi, heyzli ikən də qıla bilmədiyi namazları qəza etmək məkruh olar. (Bəhr)
Sual 11: Axşama 5 dəqiqə qalmış heyzim kəsilsə, yuyunub əsri qıla bilməsəm, qəza lazımdırmı?
CAVAB
Bəli, qəza etmək fərzdir.
Sual 12: Heyzli qadın oxunan qarşılığı (müqabilə) dinləyə bilərmi?
CAVAB
Evlərdə oxunanı dinləyə bilər. Məsciddəkini dinləyə bilməz. Çünki məscidə girə bilməz.
Sual 13: Zöhr namazının çıxmasına yarım saat varkən heyzi başlayan qadın zöhrü qılmamışsa, o namazı qəza etməsi lazımdırmı?
CAVAB
Bir namazın vaxtı çıxmadan əvvəl heyz görən bu namazı qəza etməz. Çünki namazın fərz olması vaxtının sonunda təmiz olmağa bağlıdır.
Sual 14: “Quşluq namazına davam edən şəhid olaraq ölər” buyurulduğu üçün quşluq qılıram. Dünən quşluq qılarkən heyz oldum. Təmizlənəndə bu namazı qəza etməyim lazımdırmı?
CAVAB
Quşluq da vaxtın sünnələri kimi nafilədir. Quşluq və ya sünnə qılarkən heyz olan qadının bu namazları qəza etməsi vacibdir. Amma vaxtın fərzini qılarkən heyz olsa, qəza etməz.
Sual 15: Nafilə oruc tutarkən heyz başlasa, bu orucu qəza etmək lazımdırmı?
CAVAB
Bəli, qəza etmək vacib olar.
Sual 16: Kəffarə tələb edən bir səbəblə orucum pozulsa, daha sonra heyz olsam, nə lazımdır?
CAVAB
Qəza lazımdır, kəffarə lazım deyil. (Təhtavi)
Sual 17: Ramazan orucunu tutarkən gündüz heyz başlasa, yeyib-içmək lazımdırmı?
CAVAB
Bəli, yeyib-içmək lazımdır. Heyzli ikən oruclu kimi dayanmaq olmaz. Heyzli ikən oruc tutmaq haram olduğu üçün, səhərdən axşama qədər oruclu kimi dayanmaq da haramdır.
Sual 18: Adətim 25 təmiz və 5 qan ikən bu ay 27 təmiz, 12 qan gördüm. Adətim dəyişdimi?
CAVAB
Qanın 3-ü əvvəlki adətə rast gəldiyi üçün adət 3 günə enər. 9 gün istihazə olar.
Sual 19: Adətim 5 gün ikən 3 gün qan, 1 gün təmiz, 7 gün qan gördüm. Heyzim dəyişdimi?
CAVAB
Adət zamanına rast gələn qan 11 gün və daha çox sürsə, adətinə rast gələnləri heyz, qalanı istihazə olar. 3 qan, 1 təmiz və 1 qan, yəni ilk 5-i adət, geri qalan 6-ı istihazədir.
Sual 20: Bir qadının adəti 5 gün ikən 5 qan, 3 təmiz, 4 qan görsə, təmizliyi yenə 26 gün olsa, qanlı günlərdə namaz qılmayacaqmı?
CAVAB
Adət zamanına rast gələn qan 11 və daha çox gün davam etsə, yalnız adət zamanına rast gələnləri heyz, geri qalanları istihazədir. 5 qanlı gün adət, 4 qanlı gün istihazədir.
Sual 21: 8 qan, 31 təmiz ikən 28-ci gündən etibarən 13 qan görsəm, adətim dəyişərmi?
CAVAB
Bu 13 qanlı günün ilk 4-ü istihazə, 8-i heyz, son 1 gün istihazə olar.
Sual 22: Adəti 5 gün, təmizliyi 25 gün ikən 18 gün təmizlikdən sonra 9 gün qan, 1 gün təmiz, 2 gün qan görən qadının heyzi hansı günlərdir?
CAVAB
Adət günlərinə rast gəlməyən ilk 7 günkü qan istihazədir. Geri qalan 2 qan, 1 təmiz və 2 qanlı gün, yəni 5 gün adət zamanına rast gəldiyi üçün heyzli günlərdir.
Sual 23: Adəti 5 gün, təmizliyi 25 gün ikən 20 gün təmizlikdən sonra 3 gün qan, 2 gün təmiz, 6 gün qan görən qadının hansı günləri heyzdir?
CAVAB: Adət zamanına rast gəlməyən ilk 3 qan və 2 təmiz gün, yəni 5 gün istihazədir. Geri qalan 6 qanlı günün ilk 5-i heyz olub adəti dəyişməmişdir, yenə 5 gündür.
Sual 24: Adəti 7 gün, təmizliyi 23 gün ikən 35 təmizlikdən sonra 2 qan, 3 təmiz, 6 qan olan bir qadının heyzi hansı günlərdir?
CAVAB
Əvvəlki kimi yeni adəti də ilk 7 gündür. 6 günün son 4 günü istihazə olar. Qanlı günlər arasındakı 15 gündən daha az olan təmiz günlər qan hökmündə olduğu üçün başdan etibarən 2 qan və 3 təmiz gün heyz günüdür, 6 günün ilk 2 günü heyz, 4 günü də istihazədir.
Sual 25: Adəti 8 gün, təmizliyi 23 gün ikən 29 gün təmizlikdən sonra 4 gün qan, 2 gün təmiz, 6 gün qan görən qadın daha sonra səhih təmizlik görsə, heyzi hansı günlərdir?
CAVAB
İşin içində istihazə vardır. Əvvəlki adəti 8 gün olduğu üçün yeni adəti də ilk 8 gündür. Köhnədən 24-cü gündən 31-ci günə qədər qan gəlirdi. İndi bu qanlı günə yalnız 30 və 31-ci günlər, yəni 2 gün rast gəlmişdir. Əgər 3 gün rast gəlsəydi, adəti dəyişib 3 gün olardı. 2 günü qanlı günə rast gəldiyi üçün əvvəlki adəti qədər, yəni 8 gün başdan sayılar. Başdan 4 gün qan idi, 15 gündən az olan təmiz günlər də qan sayıldığı üçün 2 gün də qan qəbul edilir. 4 ilə 2-nin cəmi 6 edir. 8 gün olması üçün 6 günün ilk 2 günü də əlavə edilib 8 günü heyz, qalan 4-ü istihazədir.
Sual 26: Heyzim 7 gün ikən bu ay 8 gün oldu. Yenə 21 gün təmiz oldum. Adətim dəyişdimi?
CAVAB
Bəli, yeni adətiniz 8 gün olmuşdur.
Sual 27: Adətim 6 gün ikən bu ay yenə 6 gün qandan sonra 1 gün təmiz və 8-ci günü yenə qan gəldi. Ondan sonra 25 gün təmiz qaldım. 8-ci gün gələn qan istihazədirmi?
CAVAB
8-ci gün qan gələndə 7-ci gün də qan gəlmiş sayılar və adətiniz 8 günə çıxar.
Sual 28: Adətim 5 gün ikən bu ay 8 və 9-cu günləri də qan gəldi. Əvvəlki kimi təmizliyim də 23 gün davam etdi. Qan gəlməyən 6 və 7-ci günlər namaz qılmağım lazımdırmı?
CAVAB
Adətiniz dəyişib 9 günə çıxmışdır. Axmayan 2 gün də axmış sayılır. Ancaq adətinizin dəyişəcəyini bilməyəcəyiniz üçün qüsl alıb o iki gündə namaz qılmağınız lazım idi. İndi o iki günün adət olduğu aydın olduğu üçün qəza etməyiniz lazım deyil.
Sual 29: Adətim 7 gündə bitir. Bu ay 7 gündən sonra da qan gəldi və 10 gün davam etdi. 7 günlük müddətin axırında qüsl alaraq namaz qıla bilərəmmi?
CAVAB
Qan 11 gün gəlsəydi, 7 gündən sonra təmiz qəbul edilərdi. Tam 10 gün davam etmişsə, 10 günün hamısı heyz olar. 10 gündən sonra qüsl alıb namaz qıla bilərsiniz. 10 gündən əvvəl təmiz sayılmaz. Adətiniz 10 günə çıxmış olar.
Sual 30: Adətim 5 gün ikən 3 qan, 1 təmiz, 8 qan görsəm, heyzim dəyişərmi? Təmizlik eynilədir.
CAVAB
Adət zamanına rast gələnləri heyz, qalanı istihazə olar. Buna görə 3 qan, 1 təmiz və 1 qan, yəni ilk 5 gün adət, geri qalan 7 gün istihazədir.
Sual 31: Bir qadının adəti 5 gün ikən 5 gün qan, 3 gün təmiz, 4 gün qan görsə, təmizliyi yenə 26 gün olsa, qanlı günlərdə namaz qılmayacaqmı?
CAVAB
Adət zamanına rast gələn qan 11 gün və daha çox sürsə, yalnız adət zamanına rast gələnləri heyz, geri qalanları istihazədir. 5 qanlı gün adət, 4 qanlı gün istihazədir.
Sual 32: 8 qan və 31 təmiz ikən 28-ci gündən etibarən 11 gün qan görsəm, adətim dəyişərmi?
CAVAB
Bu 11 qanlı günün ilk 4 günü istihazə (28-29-30-31 təmiz günlər) olub isabət edən 7 gün heyz (32-33-34-35-36-37-38 əvvəldən heyz olan günlər) olar. Yeni heyzi 7 olub təmizlik günü dəyişməz.
Sual 33: Adətim 5 gün ikən 6 qan, 14 təmizlik görüb 15-ci günü qan gəlsə, adətim dəyişərmi?
CAVAB
Qan kəsildikdən sonra 15 gün təmiz olmağınız lazım idi. Təmiz olmadığınıza görə, 6-cı gün gələn qan heyz deyil, istihazədir. O gün qılınmayan namazları qəza etmək lazımdır. Əgər 15 gün təmizlik keçsəydi, adətiniz dəyişib 5-dən 6-a çıxmış olardı. Adətiniz 5 gün ikən 6-cı və 7-ci gün yenə qan gəlsə, sonra 12, 13-cü gün qan gəlsə, yenə adətiniz dəyişməz, 5 gündür. 6 və 7-ci günlərdə qılmadığınız namazları qəza etməyiniz lazımdır. Əgər 7-ci gündən sonra 15 gün təmiz olsaydınız, adətiniz 7 günə çıxmış olardı.
Sual 34: Adəti 5 gün təmizliyi 25 gün ikən 18 gün təmizlikdən sonra 9 gün qan, 1 gün təmiz 2 gün qan görən qadının heyzi hansı günlərdir?
CAVAB
Adət günlərinə rast gəlməyən ilk 7 günkü qan istihazədir. Geri qalan 2 qan, 1 təmiz və 2 qanlı gün, yəni 5 gün adət zamanına rast gəldiyi üçün heyzli günlərdir.
Sual 35: Adəti 5 gün, təmizliyi 25 gün ikən 20 gün təmizlikdən sonra 3 gün qan, 2 gün təmiz, 5 gün qan görən qadının hansı günləri heyzdir?
CAVAB
Adəti dəyişərək 10 günə çıxar.
Sual 36: Quran əlifbasını heyzlinin əlinə alması caizdirmi?
CAVAB
Caizdir. Barmaqla ayələrə toxunmaz. Fiqh kitabını əlinə götürməyi caizdir.
Sual 37: Heyzli təmizlənəndə ölənə qədər hər hansı bir ayda təvaf edə bilərmi?
CAVAB
Bəli. Lakin gecikdirməməlidir.
Sual 38: Qadın üzrlü ikən Səfa ilə Mərvə arasında «səy» edə bilərmi?
CAVAB
Bəli.
Sual 39: Mənzilimizin aşağı mərtəbəsi məsciddir. Nişan, toy da edilir. Heyzlinin girməsi caizdirmi?
CAVAB
Bəli.
Sual 40: Bir qadın nafilə namaza və ya nafilə oruca başladıqdan bir müddət sonra heyz görsə, heyzi bitəndə əlində olmayan səmavi bir səbəblə namaz və orucu pozulduğu üçün, bunları təmizlənəndə qəza etməsi lazımdırmı?
CAVAB
Bəli lazımdır; yəni bu nafilə namazla nafilə orucu qəza etmək vacibdir. Əgər fərz oruca niyyət etdikdən sonra heyz görsə, bu orucu qəza edər. Amma fərz namaza niyyət etdikdən sonra aybaşı başlasa, namazı qəza etməz. Çünki namaz bağışlanılmışdır. (Rəddül-muxtar)
Sual 41: Bir qadın gecə təmiz yatıb oyananda paltarında qan görsə, heyzi nə vaxt başlayar?
CAVAB
Gördüyü andan etibarən heyzi başlamış sayılar. İstəsə, heyzi gecə başlasın, fərq etməz. Məsələn, gecə işanı qılmadan yatıb günəş çıxdıqdan sonra oyansa, heyzi gecə başlamış olsa belə, o günün işa və sübh namazını təmizlənəndə qəza etməsi lazımdır. Çünki heyzi günəş çıxdıqdan başlamış sayılır.
Sual 42: Heyzli ikən yatıb oyananda təmiz olduğunu görən bir qadının heyzi nə vaxt bitmiş olar?
CAVAB
Yatarkən bitmiş olar. İşa namazını qılmadan əvvəl yatıb sübh namazı vaxtında oyansa, yatarkən heyzi bitmiş sayılacağı üçün, işa namazını qəza etməsi lazımdır.
Sual 43: Hamilədən gələn qan heyzdirmi?
CAVAB
Hənəfi məzhəbində istihazə, yəni üzrdür. Namazını qılıb orucunu tutar. Malikidə isə hamilədən və doğumdan əvvəl gələn qan heyzdir. Malikini təqlid edən qadın bu qanlı günlərdə orucunu tutar, lakin namaz qılmaz. Namazını daha sonra qəza edər.
Sual 44: Heyzim kəsiləndə bunun heyz və ya sarı axıntı olduğunu bilmirəm. Heyz zənn edib namaz qılmasam və ya heyz olduğu halda axıntı olduğunu zənn edib namaz qılsam, günah olarmı?
CAVAB
Qəsdən olmadığı üçün günah olmaz.
Sual 45: Adətim 5 gün idi, indi 7 və 13-cü gün qan gəldi. Nə etməliyəm?
CAVAB
Qan 10 günü keçdiyi üçün, 7 və 13-cü gün istihazədir. Əgər yeddinci gün heyz zənn edilib namaz qılınmamışsa, qəza edilər.