Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Heyz və nifaslıya sərbəst olanlar

Qadağan edilənlərin xaricində hər şey edə bilər. Məsələn, bunları edər:
1- Heyzli qadın bəsmələ, salavati-şərifə, kəlmeyi-tövhid, istigfar və bütün duaları oxuya bilər, təsbih çəkər, zikr edər. “Fatihə”, “Rəbbəna atina...”, “Rəbbənağfirli...” və əlavə başqa dua ayələrini dua niyyətiylə əzbərdən oxuya bilər. Heyzli ikən qəbir ziyarətinə gedə bilər, dua niyyətiylə orada “Fatihə” oxuyar. Hər namazın vaxtında dəstəmaz alıb, o namazı qılacaq qədər zaman oturub zikr edər. Təsbih çəksə, ən yaxşı qıldığı namazın savabını qazanar.

2- Cünuba saç və dırnaq kəsmək məkruh, amma heyzliyə məkruh deyil. Cünub ikən də, heyzli ikən də saç boyana bilər. Heyzli ikən yeyib-içə bilər; lakin cünubun ağzını yumadan yeyib-içməyi məkruhdur və kasıblığa səbəbdir. Oruc üçün sahura qalxan şəxsin vaxt az olarsa, əlini, ağzını yuduqdan sonra yeyib-içməyi, daha sonra qüsl almağı günah deyil. (Hələbi)

3- Qadın cünub ikən heyz qanı görsə, cənabət üçün qüsl alması yaxşı olar, heyz bitənə qədər gözləyib sonra ikisi üçün bir qüsl alması da caizdir. Cünubün ağzını yumadan yeyib-içməsi tənzihən məkruhdur. Çünki ağzına aldığı su müstəməl olar. Müstəməl suyu içmək isə məkruhdur. Heyzli belə deyil. Heyz ikən qüsl almaq əmr edilmədi. Heyzli qadın sinəsini yumadan uşağını əmizdirə bilər. Cünub qadının yumadan əmizdirməsi məkruhdur. (Hədiqə)

4- Tilavət səcdəsini eşidən cünub şəxs təmizləndikdən sonra tilavət səcdəsi edər. Lakin heyzli və nifaslı olana təmizləndikdən sonra da tilavət səcdəsi lazım deyil.

5- İstihazə günlərindəki qadın sidiyini tuta bilməyən, davamlı burnu qanayan və ya bir axıntısı olan qadın kimi üzr sahibi olar. Namaz qılması və oruc tutması lazımdır və qan gələrkən də cima caiz olar. İstihazə qanı xəstəlik əlamətidir. Çox axsa, həkimə getmək lazımdır.

Sual: Dəstəmazsız ikən dua, salavat deyilirmi?
CAVAB
Dəstəmazsız dua oxumağın, istigfar etməyin, salavati-şərifə oxumağın zərəri yoxdur. Boş-bikar dayanarkən, iş görərkən bunları oxumaq çox yaxşıdır. Dəstəmazlı olsa, daha çox savab olar. Dəstəmazsız olsa da, hətta müəyyən üzrü olsa da, zərəri yoxdur.

Sual: Müəyyən günlərdə məktubat, elmihal oxunurmı və əldə daşınırmı?
CAVAB
Oxuna bilər və ehtiyac olanda əldə daşınar.

Sual: “Mübarək gecələrdə namaz qılın, gündüz oruc tutun, Quran oxuyun” deyirsiniz. Heyzli qadınlar bunların heç birini edə bilməz. Bizim nə etməyimizi tövsiyə edirsiniz?
CAVAB
Heyzli qadın bunları edə bilər:
1- Sədəqə verə bilər.
2- Evdə biri Qurani-kərim oxusa, dinləyə bilər.
3- Hər növ zikr və dua edə bilər.
4- Hamısından daha qiymətlisi də elm öyrənə bilər. Hədisi-şəriflərdə buyurulur:
“Bir saat elm öyrənmək gecə səhərə qədər ibadət etməkdən qiymətlidir. Bir gün elm öyrənmək, üç ay [nafilə] oruc tutmaqdan qiymətlidir”. [Əbu Nuaym]

“Elm öyrənmək namaz, oruc, həcc və cihaddan daha qiymətlidir”. [Deyləmi]

“Elm öyrənib əməl etməyən belə, min rükət [nafilə] namaz qılmaqdan daha çox savab qazanar. Əgər öyrəndiyi elmlə əməl etsə və ya başqasına öyrətsə, həm bunun savabını alar, həm də qiyamətə qədər bununla əməl edənlərin savabını alar”. [Hatib]

“Elmdən bir məsələ öyrənmək, dünyadakı hər şeydən qiymətlidir”. [Təbərani]

Elmin bu əhəmiyyəti ibadətlərin səhih olması üçündür. Hədisi-şərifdə buyurulub:
“Fiqhi bilmədən ibadət edən gecə qaranlıqda bina tikib gündüz yıxana bənzər”. [Deyləmi]

Bəlkə “Elmi haradan və necə öyrənə bilərik?” deyə soruşa bilərsiniz. Ən uyğun elm elmihal oxumaqdır. “Tam elmihal əbədi səadət” kitabı isə ən uyğun elm kitabıdır.

Sual: Heyzli ikən qəbir ziyarətində “Fatihə” oxuyub ölünün ruhuna bağışlaya bilərikmi?
CAVAB
Bəli, oxuya bilər və bağışlaya bilərsiniz.

Sual: Hər həftə xətmi-təhlil oxuyuruq. Heyzli ikən oxuyub hədiyyə edə bilərikmi?
CAVAB
Bəli, oxuya bilər və hədiyyə edə bilərsiniz.

Sual: Heyzli ikən dəstəmaz almaq və ya qüsl almaq caizdirmi?
CAVAB
Bəli, caizdir. Lakin bu dəstəmazla namaz qılınmaz, Qurani-kərim oxunmaz. Heyzli qadın hər namaz vaxtında dəstəmaz alıb, səccadəsi üzərində o namazı qılacaq qədər zaman oturub təsbih oxusa, salavat gətirsə, dua etsə və ya hər hansı bir zikr etsə, ən yaxşı qılmış olduğu bir namazın savabını qazanar. (“Ey oğul” elmihalı)

Sual: Heyzli qadın qəbir ziyarəti edə bilərmi?
CAVAB
Heyzli və ya cünubün qəbir ziyarət etməsində bir qorxu yoxdur. (Hindiyyə)

Heyzli ikən qəbrin başında dua niyyətiylə “Fatihə” oxunub ölüyə bağışlana bilər. Ancaq hər duanı dəstəmazlı oxumaq daha yaxşıdır.

Sual: Heyzli ikən kəsilən dırnağı və tökülən saçları qüsl alarkən yumaq lazımdırmı?
CAVAB
Heyzli ikən tökülən saçları və kəsilən dırnağı yumaq lazım deyil. Heyzli ikən dırnaq kəsmək caiz, cünub ikən dırnaq kəsmək məkruhdur.

Sual: Qadınların heyzli ikən qəbir və ya türbə ziyarət etmələrinin zərəri varmı?
CAVAB: Qəbir ziyarətini dəstəmazlı etmək müstəhəb olsa da, heyzli ikən ziyarət etmək də caizdir. Böyük şəxslərin, hələ öz müəlliminin qəbrini heyzli ikən ziyarət etmək ədəbə ziddir. Ziyarətə gedərkən dəstəmazlı olmaq, hətta qüsl alaraq getmək çox yaxşı olar. Qadınlar hər gün qəbir ziyarəti edirmi, hələ heyzli ikən qəbir ziyarətinə ehtiyac duysun? Amma bir ehtiyac olanda, heyzli ikən ziyarət edər.

Dua ayələri
Sual:
Cünub ikən və ya heyzliykən dua ayələrini dua niyyətiylə oxumaq caizdirmi? “Ayətəl-kürsi”ni və “İxlas” surəsini də dua niyyətiylə oxumaq caizdirmi?
CAVAB
“Rəbbəna atina”
, “Rəbbənağfirli” kimi dua ayələrini dua niyyətiylə oxumaq caizdir. “Fatihə” surəsini də bəsmələylə və ya bəsmələsiz dua niyyətiylə oxumaq caizdir. “Ayətəl-kürsi”“İxlas” surəsi dua deyil, bunları cünub və ya heyzli oxuya bilməz.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
2 Aralık 2024 Pazartesi
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net