Sual: Ramazan orucunu pozan şeylər hansılardır?
CAVAB
Ramazan orucunu pozub yalnız qəza gərəkdirən şeylər bunlardır:
1-Boğaza qar və yağış qaçırtmaq.
2-Astma spreyindən istifadə etmək.
3-Məcbur pozdurulmaq.
4-Buruna maye dərman salmaq.
5-Buruna odekolon çəkmək. (İyləmək pozmaz).
6-Mukim ikən başlanan orucu səfərdə pozmaq.
7-Ud ağacını ənbərlə tüstüləndirib tüstüsünü buruna çəkmək.
8-Başqasının çəkdiyi siqaret tüstüsünü istəyərək buruna çəkmək.
9-Qulağın içinə dərman salmaq, qulağı dərmanlı suyla yumaq.
10-Dəridəki yaraya qoyulmuş dərmanın həzm olunması.
11-Vücuda iynə ilə dərman vurmaq.
12-İstəyərək, məcbur edib ağız dolusu qusmaq.
13-Dişi qanayanın ağzındakı qanı udması və ya tüpürcəklə eyni miqdarda olan qarışıq qanı udmaq.
14-İmsaq vaxtının bitdiyini bilmədən yeyib içmək.
15-Günəşin batdığını zənn edərək yeyib içmək.
16-Dişlərin arasında qalan noxud boyda şeyi udmaq.
17-Buruna çəkilmiş suyun ağızdan çıxması.
18-Dəstəmaz alanda boğaza su qaçırtmaq.
19-Kağız, daş, pambıq, ot, bişməmiş düyü kimi dərman və qida olmayan şeyi udmaq.
20-Arxa dəstəmaz pozan yerdə fitildən istifadə etmək.
21-Oruclu olduğunu unudub yediyində orucun pozulduğunu zənn edib, bilərək yeməyə davam etmək.
22-İmsaq vaxtından sonra, niyyət edənin gün ərzində orucunu pozması
23-Dənizə girərkən və qüsl edərkən, vücudun içinə suyun girməsi. (Hənbəlidə pozmaz)
24-Dilin altına qoyulmuş dərmanı sormaq.
25-Arxa dəstəmaz pozan yerə pambığın və ya başqa bir şeyin hamısının içəri girməsi.
26-Babasil məməsinin təharətləndikdən sonra yaş halda içəri girməsi.
27-Masturbasiya.
28-Vücuda girən ultrasəs və ya endoskopiya cihazında dərman və məlhəmin olması
29-İmalə etmək.(Malikidə pozmaz.)
30-Xüsusi olaraq su buxarı tənəffüs etmək.
31-Yaş barmağı ön və ya arxa tərəfə soxmaq. (Hənbəlidə pozmaz.)
32-Burundan gənziyə gedən qanı udmaq.
33-Aclıq və susuzluğa dayana bilməyib orucu pozmaq.
34-Oruclu halda təharətdə dəstəmaz pozan yeri şişirdib içəriyə su qaçırtmaq.
35-Huşunu itirəni ayıltmaq üçün və ya yatanın ağzına su axıtmaq.
36-Səfərdə ikən qəsdən orucunu pozana kəffarə lazım deyil. Sadəcə qəza yetyər. Çünki səfərdə oruc tutmaq fərz deyil.
37-Qəsdən orucunu pozan sonradan oruc tutmamağı mübah edəcək bir hala düşərsə, məsələn, qadının heyzi başlasa, yaxud da oruc tuta bilməyəcək dərəcədə xəstələnsə, təkcə qəza lazımdır. Lakin orucunu pozub səfərə çıxsa, kəffarə lazım gəlir. Çünki səfərə çıxmaq bir səmavi üzr deyil.
38- Oruclunun ağzına girən göz yaşı və ya tər çox olub, duzluluğunu ağzının hər yerində hiss edərsə və udarsa, orucu pozular. Udmayıb tüpürsə, pozulmaz.
Orucu pozanlar
Sual: Günümüzün din islahatçıları “Asanlaşdırın, çətinləşdirməyin” hədisini şərh edərək belə deyirlər:
“Ağıza səpilən dərmanlı spreyin önəmli hissəsi ağız və nəfəs borularının divarında sorulub yox olur. Qalan hissəsinin mədəyə çatdığı mövzusunda qəti bir bilgi də yoxdur. Dəstəmaz alarkən ağızda qalan suyla müqayisə edildiyində bu miqdarın çox az olduğu görünür. Halbuki oruclu dəstəmaz alarkən ağıza alınan sudan qalan miqdar mədəyə çatsa belə, orucun pozulmayacağı mövzusunda icma vardır. Ayrıca, "Qəti olaraq bilinən şübhəylə pozulmaz" qaydasına görə, mədəyə çatıb-çatmadığı mövzusunda şübhə edilən dərmanlarla oruc pozulmaz. Burun damlasının içəri girməsi belə pozmaz. İynə və ya serumla dərman vermək, imalə etdirmək, arxada və vajinada fitildən istifadə etmək orucu pozmaz. Dilaltı həb ağızda sorulub mədəylə getmədiyi üçün orucu pozmaz. Qulağa damladılan dərman da mədəyə getmədiyi üçün orucu pozmaz”.
Bu deyilənlər orucu pozmur?
CAVAB
Hamısı dörd məzhəbdə də orucu pozur. Fiqh kitablarında orucu pozub kəffarə tələb edənlər bildirilərkən qida və ya dərman olan bir şeyi udmaq kimi yazılır. Qum, torpaq, mədən kimi qida və dərman olmayanlar isə orucu pozsa da, kəffarə tələb etməz. (Rəddül-muxtar)
Qida və dərman olanların serumla, iynəylə verilməsi kəffarə deyil, qəza tələb edir. Məsələn, açıq yaraya qoyulan maye dərman sorulsa, orucu pozsa da, kəffarə lazım deyil. Saf oksigen vermək orucu pozmaz, lakin astma spreyinin içində dərman da vardır. Zərurətsiz alınan dərman ağız yoluyla verilincə yalnız orucu pozmaqla qalmır, kəffarə də tələb edir.
Ağıza girib udulan şeyin az və ya çox olmasının əhəmiyyəti yoxdur. Bir damla dərman və ya bir damla su istəyərək udulsa, oruc pozulmaqla qalmaz, kəffarə də lazımdır. Dəstəmaz alarkən istəmədən udulsa, kəffarə lazım deyil, çünki bunda qəsd yoxdur. Dəstəmaz alarkən ağızda qalan yaşlığı udmaqla ağız və burna verilən dərmanın udulması müqayisə edilə bilməz, çünki dəstəmaz almaq zərurətdir. Dərman atmağın də zəruri olduğu deyilirsə, onsuz da oruc tuta bilməyəcək qədər xəstə olan şəxsin oruc tutmamasına rüsxət verilmişdir. Yaxşılaşınca tutar. İslahatçıların dediyi kimi, “Həm dərmanı ataram, həm də oruclu olaram” demək çox səhvdir.
Dörd məzhəbdə və bütün müctəhid imamlara görə, yaraya qoyulan dərman içəriyə gedərsə, oruc pozular. Şəfii məzhəbində beyin, qarın, bağırsaq, məsanə daxil sayılır. Məsələn, başdakı sümük yarılsa, buradakı yaraya qoyulan dərman içəri, yəni beyinə gedəcəyindən oruc pozular.
Şəfiidə qarına bıçaq batsa, bıçağın ucu mədəyə, yəni içəriyə girdiyi üçün oruc pozular. Sağlam dəridən bıçaq içəriyə girincə oruc pozulduğu kimi, iynəylə əzələni və ya damarı deşərək verilən dərman daxilə çatanda oruc pozular. Hənəfidə bıçaq tamamilə mədənin içinə girsə, oruc pozular.
Bu gün tibbdə serumun məsanəyə, beynə və bədənin hər yerinə getdiyi qəti olaraq bilinir. O halda serum dörd məzhəbdə də orucu pozur. Yalnız qəza gərəkdirir. Tibb damardan və ya əzələdən verilən dərmanın beyin və məsanəyə getdiyini bildirərkən heç kim “Serum və ya inyeksiya ilə verilən dərman daxilə [yəni beyin və məsanə kimi yerlərə] getməz” deyə bilməz. Desə də, elmi olmaz, subyektiv olar və heç bir qiyməti olmaz.
[Yazıdakı Hənəfi məzhəbiylə əlaqədar məlumatlar “Təhtavi”, “Məbsud”, “Bədayi” və bənzəri kitablardan və Şəfii ilə əlaqədar məlumatlar isə “Məcmu”, “Muğnil-muhtac”, “Tuhfə”, “Ənvar”, “Kumməsra”, “Bacuri”, “Şərhi-ibn Bacuri” kimi mötəbər əsərlərdən alınmışdır.]
İmalə etdirmək Maliki xaric, digər məzhəblərdə pozar. (Əl-fiqhi-ələl-məzahibi-ərbəa)
Arxada və vajinada fitildən istifadə etmək, hətta pambığın girib itməsi, barmağın yaş olaraq girməsi, qulağa dərman damlatmaq və burna maye dərman çəkmək orucu pozar. (Rəddül-muxtar, Hindiyyə, Hidayə)
Dilaltı həb dərmandır, selikli qişa deyilən yumşaq toxumadan sorulduğu üçün, dəri altına iynə vurmaq kimi olub orucu pozar. Ağızın içindəki selikli qişadan deyil, bədənin sağlam dərisindən sorulan dərmanlar pozmaz.