Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
Bidət və bidət əhli olanlar

Sual: Bidət neçə cürdür?
CAVAB
Peyğəmbərimiz əleyhissəlamın və onun dörd xəlifəsinin dövründə dində olmayan bir inancı, işi, sözü ortaya çıxarmaq və belə pozuqluğu yaymaq və bundan savab gözləmək qadağan olunmuş bidətdir. Bidət üç cürdür:
1- İslamiyyətin küfr əlaməti dediyi şeylərdən zərurət olmadan istifadə etmək ən pis bidətdir.
2- Əhli-sünnə alimlərinin bildirdiklərinə uyğun gəlməyən inanclar da pis bidətdir.
3- İbadət olaraq edilən yeniliklər və islahatlar əməldə bidət olub böyük günahdır.

İbadətlərdə belə dəyişiklik edənlərə də bidət əhli deyilir. Hədisi-şəriflərdə buyurulur:
“Hər bidət sapıqlıqdır”. (Muslim)

“Bir bidət çıxaranın namazı, orucu, həcci, ümrəsi, cihadı, tövbəsi, fərzi, nafiləsi və heç bir yaxşılığı qəbul olmaz. Xəmirdən (yağdan) tük çıxan kimi dindən çıxmağı asanlaşar”. (İbn Macə)

“Allahu-təala bidət əhlinin nə duasını, nə zəkatını, nə həccini, nə namazını və nə də sədəqəsini qəbul edər, yağdan tük çıxan kimi dindən çıxar”. (Deyləmi)

“Bidət əhli bidətini Allah rizası üçün tərk etmədikcə heç bir əməli qəbul olmaz”. (Deyləmi, İbn Nəccar, Əbu Nəsr, İbn Əbi Asim)

“Bidət əhlinin tövbəsi bidəti tərk edənədək qəbul olmaz”. (Təbərani)
(“Tövbəsi qəbul olmaz” demək bidət əhli bidətindən savab gözlədiyini, yaxşı bir iş etdiyini zənn etdiyi üçün tövbə etməyi düşünməz. Bu bidətdən imtina etmədiyi üçün də ibadəti qəbul olmaz.)

“Bidət əhlinin heç biri siratdan keçə bilməz. Cəhənnəmə düşər”. (İbn Asakir)

“Bidəti çıxarıb onunla əməl edənlərə lənət olsun”. (Darə Qutni)

“Bidət çıxarana da, onu himayə edənə də lənət olsun”. (Buxari)

“Bidət əhlini bəyənməyənlərin qəlbi imanla dolar”. (Qunyə)

“Bir zaman gələr sünnəm unudular, bidətlər çıxar. Sünnəyə uyanlar qərib olar, tək qalar. Bidətlərə uyan isə özlərinə çoxlu köməkçi tapar”. (Şira)

“Əməllərin ən xeyirlisi fərzlər, ən pisi də bidətlərdir”. (Beyhəki)

“Bidət əhli yaradılmışların ən pisidir”. (Əbu Nuaym)

“Bidət əhlinə qarşı sərt davranın. Allahu-təala onlara düşməndir”. (İbn Asakir)

“Ümmətim 73 firqəyə ayrılar, 72-si Cəhənnəmə gedər. Yalnız bir firqə qurtular. Cəhənnəmdən qurtulan firqə mənim və əshabımın getdiyi yolda gedənlərdir”. (Tirmizi). (Bu firqənin əhli-sünnə vəl-camaat olduğu icma ilə bildirilmişdir.) (Məktubati-Rəbbani, Hədiqə)

Əhməd bin Muhammed Təhtavi həzrətləri buyurur:
“Nəciyyə firqəsi bu gün dörd məzhəbdə toplanmışdır. Bu dövrdə bu dörd məzhəbdən birində olmayan bidət əhlidir”. (Təhtavi)

“Bidətlərin yayıldığı zaman elmi olanlar bunu açıqlasın. Əgər açıqlamayıb elmini gizlədərsə, Allahın endirdiyi Quranı gizlətmiş olar”. (İbn Asakir)

“Bidətlər çıxınca alim elmini açığa çıxartsın! Elmini açıqlamayana lənət olsun!” (Deyləmi)

İmam Malik həzrətləri “Bidət əhlinin şahidliyi qəbul olmaz” buyurmuşdur. O halda bidətlərdən çox çəkinmək lazımdır.

Bidət əhli Cənnətə girəcək?
Sual:
Bidət əhli olan müsəlman birbaşa Cənnətə girə bilməz?
CAVAB
Bidət əhli imanındakı səhvliyi səbəbindən mütləq Cəhənnəmə girəcək. Bağışlanması mümkün deyil. Yəni bağışlanmayacağı bildirilmişdir.

Bidət əhli imanla ölərsə, sonunda, əlbəttə, Cənnətə girər. Lakin bu dövrdə əhli-sünnə etiqadında olmayanın küfrə düşməməyi, imanla ölməyi imkansız deyiləcək qədər çətindir. Müxtəlif haramları işləməkdən çəkinməyən əhli–sünnə etiqadındakı şəxsin də bidət əhli kimi küfrə düşməsi çox asandır. Namaz qılmayan, içki içən birisinin küfrə düşməsi an məsələsidir. Çünki onda dini qayğı qalmamışdır. Rahat şəkildə küfrə düşürən söz və hərəkətə yol verə bilər. Namaz qılmadığı və içki içdiyi üçün deyil, bu günahları xəfifə aldığı və bu da onu küfrə düşürə biləcəyi üçün Cəhənnəmlik ola bilər.

Bir şəxs icma ilə və zəruri olaraq bildirilməmiş olan inanılacaq şeylərdə mənası açıq şəkildə başa düşülməyən nasslara (ayəti-kərimə və hədisi-şərif) yalnış məna verərsə, ona bidət əhli deyilir. Lakin dində inanılması zəruri lazım olan şeylərə inanmayan, yəni hər müsəlmanın eşidib bildiyi şeyləri təvilini bilmədən rədd edən küfrə düşər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
6 Aralık 2024 Cuma
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net