Sual: 32 fərz hansılardır?
CAVAB
Hər müsləmanın, otuz iki fərzi bilməsi lazımdır. 32 fərz bunlardır:
İmanın şərti: Altı (6)
İslamın şərti: Beş (5)
Namazın fərzi: On iki (12)
Dəstəmazın fərzi: Dört (4)
Qüsulun fərzi: Üç (3)
Təyəmmümün fərzi: İki (2)
Təyəmmümün fərzinə üç diyənlər də vardır. Bu zaman, hamısı 33 fərz olur.
İmanın şərtləri (6)
1- Allahu Təalanın varlığına ve birliyinə inanmaq.
2- Mələklərinə inanmaq.
3- Allahu Təalanın endirdiyi Kitablarına inanmaq.
4- Allahu Təalanın Peyğəmbərlərinə inanmaq.
5- Axirət gününə inanmaq.
6- Qədərə, yəni xeyir ve şərlərin (yaxşılıq və pisliklərin) Allahu Təaladan olduğuna inanmaq.
İslamın şərtləri (5)
7- Kəlimə-i şəhadət gətirmək.
8- Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.
9- Malın zəkatını vermək.
10- Ramazan ayında hər gün oruc tutmaq.
11- Gücü çatanın ömründə bir dəfə həcc etməsidir.
Namazın farzları (12)
A- Xaricindəki fərzləri altıdır.
12- Dəstəmaz üçün təmizlənmək.
13- Bədən təmizliyi.(tualetdən çıxınca təmizlənmək)
14- Örtünmək.
15- Qibləyə yönəlmək.
16- Vaxt.
17- Niyyət.
B- İçindeki farzları da altıdır. Bunlara rükün denir.
18- İftitah təkbiri.
19- Qiyam.
20- Qiraət.
21- Rüku.
22- Səcdə.
23- Son oturuş.
Bəzı âlimlər, iftitah təkbirinin, namazın xaricində olduğunu söyləmişlərdir. Bunlara görə, namazın şərtləri 7, rükunlari isə 5 olur.
Dəstəmazın fərzləri (4)
24- Dəstəmaz alarkən üzü yumaq.
25- Elləri dirsəklər ilə birlikdə yumaq.
26- Başın dörtte birini məsh etmək.
27- Ayaqları topuqları ilə birlikdə yumaq.
Guslün farzları (3)
28- Ağzı yumaq.
29- Burnu yumaq.
30- Bütün bədəni yumaq.
Təyəmmümün fərzləri (2)
31- Niyyət etmək.
32- İki əlin içini təmiz torpağa sürtüb, üzü bütovlüklə məsh etmək. Yenidən əlləri təmiz torpağa vurub, öncə sağ və sonra sol qolu məsh etmək.
Təyəmmümün fərzi üçdür deyənlərə görə, bu son ikisi, iki ayrı fərz olaraq söylənilir.
Sual: 54 fərz hansılardır?
CAVAB
İslam alimləri, hər müsləmanın öyrənməsi, inanması və tabe olması lazım olan fərzlərdən əlli dörd ədədini seçmişlərdir. 54 fərz bunlardır:
1- Allahu Təalanı bir bilib, Onu heç unutmamaq. [Yəni hər şeyi İslamiyyət’ə uyğun etməyə çalışmaq.]
2- Halal yeyib içmək.
3- Dəstəmaz almaq.
4- Fərz olan 5 vaxt namazı qılmaq.
5- Adət halından, və cünüplükdən qüsul almaq.
6- İnsanın ruzisinə, Allahü təalanın kəfil olduğuna inanmak.
7- Halal pulla alınmış paltar geyinmək.
8- Hakka təvəkkül edərək çalışmaq.
9- Qənaət etmək.
10- Nemətlər üçün, Allahu Təalaya şükür etmək [nematlərini əmr olunan yerlərdə işlətmək]
11- Qəza və qədərə razı olmaq.
12- Bəlalara səbr etmek [üsyan etməmək].
13- Günahlardan tövbə etmək.
14- İxlasla ibadət etmək.
15- İslam düşmənlərini düşmən bilmək.
16- Qur'an-i Kərimi dörd dəlildən biri bilmək.
17- Ölümə hazırlaşmaq yəni fərzlərə əməl edib haramlardan qaçaraq imanla ölməyə çalışmaq.
18- Allahu Təalanın sevdiyini sevmək, sevmədiyini sevməmək və bundan qaçmaq. [Buna Hubb-i fillah ve buğd-ı fillah deyilir.]
19- Anaya ataya itaət etmək.
20- Gücü çatanın, imkanı daxilində dinin əmirlərini yaymağa çalışması.
21- Sila-i rəhim yəni, məhrəm olan saleh qohum əqrəbanı ziyarət etmək.
22- Əmanətə xəyanət etməmək.
23- Daim Allahdan qorxaraq haramlardan qaçmaq.
24- Allah’a və Rəsuluna itaət etmək. [Yəni hər şeyi İslamiyət’ə uyğun etmək]
25- Günahdan qaçıb, ibadət ilə məşgul olmaq.
26- Hökmdara qarşı gəlməmək.
27- Aləmlərə ibrətlə baxmaq.
28- Allahü Tealanın varlığını təfəkkür etmək.
29- Dilini haram, fuhuş (soyüş və şəhəvi ) sözlərdən qorumaq.
30- Qəlbini dünyanın faydasız şeylərindən, zərərli istəklərindən təmizləmək.
31- Heç kimi lağa qoymamaq.
32- Harama baxmamaq.
33- Sözündə sadiq olmaq.
34- Qulağını şəhəvi söz və çalğıdan qorumaq.
35- Fərzləri və haramları öyrənmək.
36- Çəki, ölçü alətlərini, düzgün olaraq idarə etmək.
37- Allahu Təalanın əzabından əmin olmayıb daima qorxmaq.
38- Allahu Təalanın rəhmətindən ümid kəsməmək.
39- Müsəlman kasıblara zəkat vermək və kömək etmək.
40- Nəfsin haram olan istəklərinə uymamaq.
41- Aç olanı Allah rızası üçün doyurmaq.
42- Yetəcək qədər ruzi [yemək, paltar və ev] üçün çalışmaq.
43- Malın zəkatını və uşurunu vermək.
44- Adətli və lohusa halında xanımı ilə birləşməmək.
45- Qəlbi günahlardan təmizləmək.
46- Kibirli olmaqdan çəkinmək.
47- Yetim uşağın malını qorumaq.
48- Gənç oğlanlara, şəhvətə səbəb olacaq hal və hərəkətlərdən uzaq durmaq.
49- Fərz namazları vaxtında qılmaq, qəzaya buraxmamaq.
50- Şirk (Şərik) qoşmamaq.
51- Zina etməmək.
52- İçki içməmək.
53- Yalan yerə and içməmək.
54- Haqsız yerə, zülümlə yəni qeyri qanuni olaraq başqasının malını almamaq. Qul haqqından qorxmaq. [Ən önəmli qul haqqı və əzabı en çox olan, əqrabasına və əmri altında olanlara əmr-i məruf etməmək, bunlara dini məlumat öyrətməməkdir. Bid'ət sahibinin, əhl-i sünnət etiqadını dəyişdirməsi, dini, imanı pozması da belədir.]