Aradığınız kelime sarı renk ile işaretlenir.
Yazı boyutu     
 
İmanın qisimləri

Sual: İman neçə qisimdir?
CAVAB
İman, bir bütün olduğu halda qüvvət cəhətdən üç qisimdir:
1 - Dinin hökmlərini bilməyən, ana-atasından gördüyü kimi ibadət edən, inanan kimsənin imanına təqlidi iman deyilir. Belə bir kəsin imanının əldən getməsindən qorxular.

2 - Dinin hökmlərini yəni fərz, vacib, sünnə, müstəhəb, mübah, haram, məkruh və müfsid elmihal öyrənib əməl edən kəslərin imanına, istidlal iman yəni dəlil ilə anlayaraq bilmək deyilir. Belə kəslərin imanı qüvvətlidir.

3 - Ariflərin imanıdır. Hər kəs dinsiz olsa, onun ürəyinə əsla şübhə gəlməz. Onun imanı peyğəmbər imanı kimidir. Buna həqiqi iman deyilir.

Peyğəmbər əfəndimizin bildirdiyi iman, görəsən doğrumu deyə təhqiq edilməz, yəni araşdırılmaz. İman, Məhəmməd əleyhissalamın, peyğəmbər olaraq bildirdiyi şeyləri, təhqiq etmədən, ağla, təcrübəyə və fəlsəfəyə müraciət etmədən, təsdiq və etiqad etməkdir, inanmaqdır. Ağla uyğun olduğu üçün təsdiq etsə, ağılı təsdiq etmiş olar, peyğəmbəri təsdiq etmiş olmaz. Və ya, peyğəmbəri və ağılı birlikdə təsdiq etmiş olar ki, o zaman Peyğəmbərə etimad tam olmaz. Etimad tam olmayınca, iman olmaz. Çünki, iman parçalanamaz.

Peyğəmbərlik məqamı, ağılın üstündədir. Peyğəmbərin sözlərini, ağla uydurmağa çalışmaq, peyğəmbərliyə inanmamaq, güvənməmək olar. Axirət işlərində, iman əsaslarında Peyğəmbərə, ağla məsləhətləşmədən tabe olmaq, lazımdır.

Təsəvvüfdə övliya olmayan gerçək imana qovuşa bilməz.
[Övliya olmaq, Allahdan başqa hər şeyi unutmaq, qəlbdən dünya sevgisini çıkartmaktır.]

Muhamməd Məsum həzrətləri buyurur ki:
(Allahu təalanı tanımaq iki cürdür:
1 - Əhli-sünnə alimlərinin bildirdiyi kimi tanımaq,
2 - Təsəvvüf böyüklərinin tanımaları.

Birinci şəkildəki imanda nəfs azgınlığından imtina etməmişdir. İman gerçək deyil, mecazidir. Bu iman əldən gedə bilər. İkincisində nəfs də iman etdiyi üçün iman yox olmaqdan qorunmuşdur. (Ya Rəbbi, səndən sonu küfr olmayan iman istəyirəm) hədis-i şərifi və Nisa surəsinin, (Ey iman sahibləri, iman edin) tərcüməsindəki 136. ayəsi də gerçək imanı bildirir. Bu ayə, (Gerçək imana qovuşun) mənasındadır.

İmam-ı Əhməd həzrətləri elm və ictihadda çox yüksək dərəcəyə sahib olduğu halda, gerçək imana qovuşmaq üçün Bişr-i Hafi [və Zünnun-i Mısri] həzrətləri kimi övliyanın söhbətində oldu.

İmam-əzəm həzrətləri də, ömrünün son illərində Cəfər-i Sadiq həzrətlərinin söhbətində olduqdan sonra, (Bu iki il olmasaydı, Numan həlak olardı), yəni (Gerçək imana qovuşa bilməzdim) buyurmuşdur. Hər iki imam da elmdə və ibadətdə son dərəcə irəli olduqları halda, təsəvvüf böyüklərinin söhbətində iştirak edərək bacarığı və bunun meyvəsi olan gerçək imanı əldə etdilər.) [C.2, m.106]

Senaullah-i Dehləvi həzrətləri isə buyurur ki:
(Təsəvvüfdə evliya mövqeyinə qovuşan, şübhəsiz imanla ölər. Bəqərə surəsinin, (Allahu təala imanınızı məhv etməz) tərcüməsindəki 143. ayə-i kəriməsi və, (Allahu təala, qullarının imanlarını geri almaz. Lakin alimləri yox edərək elmi geri alar) hədis-i şərifi , gerçək imanın və din elminin geri alınmayacağını göstərməkdədir.) [İrşad-üt-talibin]

Təqlid ilə iman
Sual: Əhli-sünnə olub olmadığı bilinməyən, lakin alim deyilən bir şəxsə tabe olmaq caiz ola bilərmi?
CAVAB
Əhli-sünnə alimi olduğu aydın olmayan kimsənin sözlərinin, kitablarının və özünün təriflənməsinə, bəzəkli, atəşli təbliğatlara aldanaraq, buna uymaq caiz deyil. Güvəndiyi kəslərə soruşmadan, yaxşı olduğu bilinmədən, etiqadında, sözlərində və ibadətlərində ona əməl etmək, insanı fəlakətə apara bilər.

Müsəlman olmaq üçün, yəni Allahu təalanın varlığını, bir olduğunu, qüdrətini, sifətlərini anlamaq üçün, heç kimi təqlidə ehtiyac yoxdur. Fən məlumatlarını yaxşı öyrənən, ağlı başında bir kimsə, yalnız düşünməklə, Onun var olduğunu anlar. Bu yolla Allahın var olduğunu anlayan kimsə, Müsəlmanlığı qəbul etsə, dinimizin qəbul etdiyi imana qovuşar. Əsəri görərək müəllifin, yəni əsəri yazanın varlığını anlamamaq, axmaqlıq olar. Hər insanın belə düşünərək Allaha inanması dinimizin əmridir. Allaha inanan kimsənin də, haqq din olan İslamı tapması lazımdır. Haqq dinə inanmadan mən Allaha inandım demək iman olmaz. Allahın bildirdiyi dinə Onun bildirdiyi şəkildə iman gətirməyən, Allaha inanmış olarmı heç?

Etiqadda, təqlid edərək, eşitdiyinə iman etmək caiz isə də, nəzər və istidlal etmədiyi üçün, yəni araşdırıb araştırmadığı üçün, günah işləmiş olar. Əməldə, ibadətlərdə, araşdırmadan, bir məzhəb imamına tabe olmaq alimlərin söz birliyi ilə caizdir. (Hədiqə)

Ana atasını, hocalarını təqlid edərək, doğru etiqada qovuşan kimsənin imanı səhih isə də, nəzəri və istidlal tərk etdiyi üçün, yəni fənn məlumatlarını qısaca öyrənib, Allahu təalanın varlığını düşünmədiyi üçün, günah işləmişdir. Fənn dərslərini öyrənməmiş bir kimsə, ana atadan, kitabdan öyrənərək iman etdiyi, düşünərək qəbul etdiyi, ağlını istifadə edərək inandığı üçün, istidlal tərk etmiş sayılmaz deyən alimlər də vardır.

Etiqad ediləcək şeyləri soruşub öyrəndikdən sonra, dərhal iman hasil olmur ki, buna təqlid deyilsin. Öyrəndikdən sonra, düşünmək, bəyənmək və qəbul etmək, ondan sonra iman etmək hasil olur. İslamın istədiyi iman budur. Öyrəndikdən sonra, düşünmədən, bəyənmək, izansız olan iman, təqlid ilə iman olar. Dəlilsiz olar. Kafirlərin, ana atalarını görərək kafir olmaları belədir. İslamın istədiyi iman, insanın izan ilə, dəlil ilə, öz qərarı ilə olan imandır. Kafirlərin küfrü, özlərindən hasil olmayıb, ana atalarından alınmaqdadır.

İmanda təqlidin yeri yoxdur. İbadətlərdə təqlid, Allahu təalanın əmri ilə hasil olduğu üçün, öyrədənlər də, öyrənənlər də, Cənnətə qovuşacaqlar.

Peyğəmbər əfəndimizin, Allahu Təaladan gətirib bildirdiyi şeylərin hamısına qəlb ilə inanıb, dil ilə də söyləməyə İman deyilir. İmanın yeri qəlbdir. Ürək, ürək dediyimiz ət parçasında olan bir qüvvədir. Buna könül də deyilir. İmanı söyləməyə mane olduğu zaman, söyləməmək bağışlanar. Məsələn qorxudulduğu zaman, dilsiz olduğu, söyləyəcək vaxt tapa bilmədən öldüyü zaman, demək lazım deyil. Anlamadan, təqlid edərək inanmaq da, iman olar. Allahu təalanın var olduğunu anlamamaq, düşünməmək günah olar. Bildirilənlərdən birinə inanmamaq, hamısına inanmamaq olar. Hər birini bilmədən, hamısına inandım demək də, iman olar.

Istidlal ilə iman
Sual: istidlal ilə yəni ağıl ilə taparaq hasil olan iman, təqlid ilə yəni başqasına tabe hasil olan imandan daha üstün deyilmi?
CAVAB
İmam-ı Rəbbani həzrətləri buyurur ki:
Peyğəmbərləri təqlid edərək hasil olan iman, iman-ı istidlalidir. Çünki belə təqlid edən kimsə, Peyğəmbərlərin bildirdiyi hər şeyin doğru olduğunu, ağlı ilə, düşüncəsi ilə anlamışdır. Çünki Allahu təalanın, bir kimsənin doğru olduğunu bildirməsi üçün, ona, möcüzələr verməsindən, o kimsənin əlbəttə doğru sözlü olduğu aydın olar. Başqasına uyaraq hasil olan imanın qiymətsiz olması, atalarından görərək iman etməkdir. Peyğəmbərlərin doğru söylədiklərini, bildirdikləri hər şeyin doğru olduğunu düşünmədən, yalnız ana atadan görərək hasil olan imandır. Belə olan iman-ı təqlidi, alimlərin çoxuna görə qiymətsizdir. Məntiqə söykənərək, ağıl ilə, düşüncə ilə hasil olan imana gəlincə, bu yoldan da dinin bildirdiyi imana gedilə bilər. Lakin bu yolla qovuşan çox azdır. Peyğəmbərləri təqlid etmədən , tək istidlal ilə iman hasil etməyə çalışanlara təəssüflər olsun! Allahu təala, imanın necə əldə ediləcəyini bizə göstərir. Al-i İmran surəsinin 53-ci ayəsində, (Ya Rəbbi, sənin nazil etdiyinə iman gətirdik, Rəsuluna tabe olduq) buyuruldu. (1/272)

Müqəllidlikdən xilas olmaq
Sual:
İmanda müqəllidlikdən xilas olmaq üçün nəyi bilmək lazımdır?
CAVAB
Yer, göy və canlılardakı, öz orqanlarındakı nizamı görüb, eşidib, öyrənib də bunları edən bir varlığın mövcudiyyətini düşünmək, müqəllid olmaqdan çıxarar. Hamımız imanda müqəllid deyil, əməldə müqəllidlər.
 
Geri dön
 
 
Dini Konularda Ara:


detay.asp?Aid=4787
detay.asp?Aid=4787
İhlas Vakfı
Dünya İçin Paylaşma Vakti
Online Bağış Yapmak İçin
Güncelleme Tarihi
4 Aralık 2024 Çarşamba
Sitemizdeki bilgiler, bütün insanların istifadesi için hazırlanmıştır.
Orijinaline sadık kalmak şartıyla, izin almaya gerek kalmadan,
herkes istediği gibi alıp istifade edebilir.
AnaSayfam Yap   |    Favorilere Ekle   |    RSS
Ziyaretçi Sayısı

Hosted by İhlas Net