Sual: İman nədir?
CAVAB
İman, bildirilən altı əsasa inanmaq və Allahu təala tərəfindən bildirilən, Muhamməd əleyhissalamın Allahu təala tərəfindən gətirdiyi əmr və qadağaların hamısına inanmaq və inandığını dil ilə söyləmək deməkdir.
Amentu belədir:
Âmentü billahi ve melaiketihi ve kütübihi ve rüsülihi vel yevmil ahiri ve bilkaderi hayrihi ve şerrihi minallahi teâlâ vel ba'sü ba'del mevti hakkun. Eşhedü en lâ ilahe illallah ve eşhedü enne Muhammeden abdühü ve resülühü.
[Yəni, Allaha, mələklərinə, göndərdiyi kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyirin və şərin Allahdan olduğuna, öldükdən sonra dirilməyə inanıram. Allahdan başqa ilah olmadığına və Muhammed əleyhissəlamın da Allahın qulu və son Peyğəmbəri olduğuna şəhadət edirəm.]
İman, Məhəmməd əleyhissalamın, Peyğəmbər olaraq bildirdiyi dini, ağla, təcrübəyə və fəlsəfəyə uyğun olub olmadığına baxmadan təsdiq etmək yəni qəbul edib, bəyənib, inanmaqdır. Ağla uyğun olduğu üçün təsdiq etmək, ağılı təsdiq etmək olar, Rəsullulahı təsdiq etmək olmaz. Yaxud Elçisini və ağılı birlikdə təsdiq etmək olar ki, o zaman Peyğəmbərə etimad tam olmaz. Tam olmayınca, iman olmaz. Allahu təala, (Onlar qeybə [görmədikləri halda Resulümün bildirdiyi hər şeyə] iman edərlər) buyurur. (Bəqərə 3) Peyğəmbəri də, (Dini [hökmləri, dində bildirilənləri] ağılı ilə ölçəndən daha zərərlisi yoxdur) buyurdu. (Taberani)
Nəzərə, yəni göz dəyməsinə inanmayan bir kimsə, (Bu gün elm, gözlə görülə bilməyən şüaların iş gördüyünü açıqlayır. Məsələn bir əmr ilə TV, radio və ya avtobomilimizi açıb bağlaya bilərik. Bunun üçün gözlərdən çıxan şüanın zərər verə biləcəyinə artıq inanıram) desə bunun qiyməti olmaz. Çünki bu insan dinə deyil, pultdan çıxan şuaya inanır. Yaxud şüa ilə birlikdə Peyğəmbərə inanır. Yəni elm qəbul etdiyi üçün, şüalar təsirini gözü ilə gördüyü üçün inanır ki bu iman olmaz. Dində bildirilən hər şeyi, elm isbat edə bilməsə də, fayda və ya zərərini gözü ilə görməsə də, yenə inanmaq lazımdır. Həqiqi iman qeybə inanmaqdır yəni görmədən inanmaqdır. Gördükdən sonra artıq o iman olmaz. Gördüyünü etiraf etmək olar. Bəqərə surəsinin 3. ayəsində, qeybə inanmaq, görmədən inanmaq təriflənir. İmanın altı şərti də qeybə inanmağı tələb edir. Çünki heç birini görmüş deyilik.
Peyğəmbər əfəndimiz, aşağıda bildirilən iman ilə əlaqədar ayələri açıqlayaraq imanı belə təsvir etdi:
(İman; Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, [yəni Qiyamətə, Cənnətə, Cəhənnəmə, hesaba, mizana], qədərə, xeyirin və şərin Allahdan olduğuna, ölümə, öldükdən sonra dirilməyə, inanmaqdır. Allahdan başqa ilah olmadığına və mənim Onun qulu və elçisi olduğuma şahidlik etməkdir.) [Buxari, Müslim, Nəsai]
Quran-ı Kərimdə tərcümə olaraq buyurulur ki:
(Əsl yaxşılıq, Allaha, axirətə, mələklərə, kitablara, nəbilərə inanmaqdır.) [Bəqərə, 177]
(Onlar qeybə [Allaha, mələklərə, qiyamətə, cənnətə, cəhənnəmə görmədikləri halda] inanarlar.) [Bəqərə 3]
(Onlar, sənə endirilənə, səndən əvvəlki kitablara və axirətə iman edərlər.) [Bəqərə 4]
Bu üç ayədə, Allaha, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə və qeybə inanmaq bildirilir.
(Allah onların nə etdiklərini və nə edəcəklərini bilər.) [Bəqərə, 255]
(Ölümü Allahın icazəsinə bağlı olmayan heç kim yoxdur.) [Al-i İmran 145]
(Ölüm zamanını təqdir edən ancaq Allahdır.) [Ən'am 2]
Bu üç ayə, təqdirin Allah tərəfindən olduğunu bildirməkdə, qədərə iman etməyi göstərir.
(Onlara bir mənfəət yetişəndə, "Bu Allahdandır!" Başlarına bir pislik gəlincə də "Bu sənin üzündən" deyərlər. "Küllün min indillah " [Hamısı Allahdandır] də, bunlara nə olur ki heç cür söz anlamırlar.) [ Nisa 78]
Bu ayə, xeyr və şərin Allahdan olduğunu bildirir.
(Məhəmməd [əleyhissalam], Allahın Elçisi və nəbilərin sonuncusudur.) [Əhzab 40]
Bu ayə də, Rəsulullahın peyğəmbər olduğunu bildirir.
Amentü'nün mənası
Allaha inanmaq:
Allahu təalanın varlığına, birliyinə, Ondan başqa ilah olmadığına, hər şeyi yoxdan yaratdığına, Ondan başqa yaradıcı olmadığına ürəkdən inanmaq, qəbul etmək deməkdir. Aləmlərə rəhmət olaraq göndərdiyi son Peyğəmbəri Məhəmməd əleyhissalam vasitəsilə bildirdiyi dinin hamısını qəbul etmək, bəyənmək deməkdir. Bir ayəti-kərimə tərcüməsi:
(Allaha və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin!) [Əraf 158]
Mələklərə inanmaq:
Mələklər nurani cisimlərdir. Heç birində ərkəklik və dişilik yoxdur. Hamısının günahsız, əmin olduğunu qəbul etmək, təsdiq etmək, etdikləri işləri bəyənmək şərtdir. Bir ayəti-kərimə tərcüməsi:
(Əsl yaxşılıq, Allaha, axirətə, mələklərə, kitablara, nəbilərə inanmaqdır.) [Bəqərə, 177]
Kitablara inanmaq:
Zəbur, Tövrat, İncil, Quran və digər kitabların Allahu təala tərəfindən göndərildiyinə, hamısının haqq olduğuna inanmaq lazımdır. Ancaq, Quran-ı Kərimdən əvvəlki kitabların insanlar tərəfindən dəyişdirildiyini, Allah kəlamı olmaqdan çıxdıqlarını bilmək, bunu qəbul və təsdiq etmək deməkdir. Əvvəlki kitabların heç biri dəyişməmiş belə olsa, Allahu təala tərəfindən nəsh edildiyinə (yəni qüvvədən düşdüyünə) görə iman etmək lazımdır. Bir ayəti-kərimə tərcüməsi:
(Onlar, sənə endirilənə [Quran-ı kərimə], səndən əvvəlki endirilən kitablara iman edərlər.) [Bəqərə 4]
Peyğəmbərlərə inanmaq:
Peyğəmbərlərin hamısının Allahu təala tərəfindən seçilmiş olub, sadiq, doğru sözlü, günahdan məsum olduqlarını edib, təsdiq etmək deməkdir. Onlardan birini belə qəbul etməyən, bəyənməyən kimsə, kafir olar. Peyğəmbərlərin ilki Adəm əleyhissəlam və sonuncusunun Məhəmməd əleyhissalam olduğuna iman etmək, qəbul və təsdiq etmək deməkdir. Peyğəmbər əfəndimizin bildirdiyi dini hökmlərin hamısını, ən gözəl şəkildə və əskiksiz təbliğ etdiyinə inanmaq, bu əmr və yasaqların hamısını qəbul edib, hamısını bəyənmək deməkdir. Bir ayəti-kərimə tərcüməsi:
(Bütün Peyğəmbərlərə iman edib, heç birini digərindən ayırmayanlar Allahın mükafatına qovuşacaq.) [Nisa 152]
Qəza və qədərə inanmaq:
Allahu təalanın insanlara cüzi iradə verdiyini, insanların bu cüzi iradəyə görə seçim etdikləri və etdikləri hər şeyi Allahu təalanın yaratdığına iman etmək deməkdir. Xeyr və şər, hər şeyi qulların tələb etdiklərini, Allahın da bunu istədiyi təqdirdə yaratdığını bilmək, bunu qəbul ilə təsdiq etmək və bəyənmək deməkdir. Bir ayəti-kərimə tərcüməsi:
(Allahın əmri mütləq yerinə gələcək, yazılmış bir qədərdir.) [Əhzab 38]
Axirətə inanmaq:
İnsanların qiyamət qopunca, diriləcəklərini, hesab və mizanda sonra, Müsəlmanların Cənnətə, kafirlərin Cəhənnəmə gedəcəklərini və orada əbədi qalacaqlarına iman etmək, bunu qəbul etmək və bəyənmək deməkdir. Bir ayəti-kərimə tərcüməsi:
(Onlar [müsəlmanlar], axirət gününə iman edərlər.) [Bəqərə 4]
Söz-i şəhadətə inanmaq belə olmalıdır:
Mən şəhadət edirəm ki, yəni görmüş kimi bilirəm və bildirərəm ki, Allahdan başqa ilah yoxdur. Və yenə şəhadət edirəm ki, Məhəmməd əleyhissalam Onun qulu, elçisi və son Peyğəmbəridir. İki ayəti-kərimə tərcüməsi:
(Məhəmməd [əleyhissalam], Allahın Elçisi və nəbilərin sonuncusudur.) [Əhzab 40]
(Allaha və Rəsuluna iman gətirənlərə, Rəbbi yanında nurları və mükafatları vardır.) [Hədid 19]
İnanmaq nə demək?
Sual: Müsəlman olmaq üçün Amentüdəki altı əsasa inanmaq şərtdir, amma inanmaq nə deməkdir?
CAVAB
İnanmaq, görmüş kimi, qəbul etmək, təsdiq etmək, bəyənmək deməkdir. Bir insanın müsəlman olması üçün, iman sahibi olması, yəni dinimizin əmr və qadağanlarına inanması şərtdir. Yalnız inanması da kafi deyil; bu əmrləri bəyənməsi və sevməsi də şərtdir. Bu da bir məlumat işidir. Edib etməmək ayrı, bunları qəbul etmək, bəyənmək və sevmək ayrı şeydir. Edib etməmək günah və savabla əlaqədar, qəbul etmək və bəyənmək imanla əlaqədardır. İmanın altı əsası bir bütün olub, çox əhəmiyyətlidir. İnandığı halda, birini belə bəyənməmək kâfirliktir.
İmanın tərifi nədir?
İmanı belə təsvir edirsiniz:
"İman, Məhəmməd əleyhissalamın, peyğəmbər olaraq bildirdiyi şeyləri, təhqiq etmədən, ağla, təcrübəyə və fəlsəfəyə müraciət etmədən, təsdiq və etiqad etməkdir, inanmaqdır. Ağla uyğun olduğu üçün təsdiq etsə, ağılı təsdiq etmiş olar, elçisi təsdiq etmiş olmaz. Və ya, elçisi və ağlı birlikdə təsdiq etmiş olar ki, o zaman Peyğəmbərə etimad tam olmaz. Etimad tam olmayınca, iman olmaz. İman, Amentü’dəki 6 əsasa qəti olaraq inanmaqdır. Çünki yaxşılar təriflənərkən, (Onlar qeybə inanar) buyurulur. "
Bu tərif, Qurana ziddir, Bəqərə surəsinin 62. ayəsinə ziddir. İman yalnız Allaha və axirətə olması lazımdır. Bu tərifin Məhəmmədi rəftarla heç bir əlaqəsi yoxdur.
CAVAB
(Məhəmmədi) ifadəsi uyğun deyil. Bu, Peyğəmbər əfəndimizin Allahın Elçisi olduğuna inanmayan, Quranın Allahın kəlamı deyil, Məhəmməd əleyhissalamın sözü olduğunu müdafiə edən müstəşriklərin və missionerlərin ifadəsidir. İman edilməsi lazım olan xüsuslar yalnız Bəqərə 62 də mi bildirilir? Digər ayələri niyə gizlədirsiniz? Günəş palçıqla sıvanmaz. İman yalnız Allaha və axirətə deyil, Amentü’dəki altı əsasa inanmaqdır. Bəqərə surəsinin 3. ayəsində, qeybə inanmaq, görmədən inanmaq təriflənir. İmanın altı şərti də qeybə inanmaqdır. Çünki heç birini görmüş deyilik.
Peyğəmbərlərdən sonra bütün insanların ən üstünü olan Həzrət-i Əbu Bəkir bu üstünlüyə qovuşub necə Siddiq ləqəbini aldı bilirsinizmi? (Allah nə deyirsə doğrudur, Allahın elçisi nə deyirsə doğrudur) deməsinə görə bu dərəcəyə yüksəlmişdir. Kafirlər, (Məhəmməd, Əbu Bəkirə yəqin sehr etmiş, çünki görmədən inanır, bir anda onun Meraca gedib gəldiyini təsdiq edir) deyə heyrətə düşdülər.
İslamiyyəti bəyənmək
Sual: Bir kimsə, Amentü'nün altı şərtinə inansa, lakin Allahın əmr və qadağanlarından birini bəyənməsə, məsələn (Cəhənnəm lüzumsuzdur) və ya (Şərabın haram edilməsi mənasızdır) desə, bu kimsə, imanın şərtlərinin hamısını qəbul etdiyi üçün imanlı sayılmaz mı?
CAVAB
Sayılmaz. Amentü'nün içində Allaha iman vardır. Allaha iman, bütün sifətləriylə birlikdə ona imandır, ayrıca əmr və qadağan etdiklərinin yəni İslamiyyətin doğru və yerində olduğuna da inanmaq şərtdir. Belə inanmayan iman etmiş sayılmaz. Demək ki, Amentüdə inanan kimsənin İslamı bəyənməsi şərtdir, çünki İslam, Allahu təalanın əmr və qadağan etdiklərinin. Əmr və yasaqların birini belə bəyənməmək küfr olar.
Bunun kimi hubb-i fillah, buğd-ı fillah da imanın əsaslarındandır. Allahu təalanı sevmək də, əmr və qadağan etdiklərinin hamısının yerində və gözəl tapmaqla olar. Allahı və onun dostlarını sevmək, sevmədiklərini sevməmək də lazımdır. Bir hədis-i şərif tərcüməsi:
(Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün verən, Allah üçün qadağan edən, gerçək iman sahibidir.) [Əbu Davud]
İman hər kəsə lazım
Sual: İman etmək ağıl zərurəti deyilmi?
CAVAB
İmanı olmayan kimsənin sonsuz olaraq Cəhənnəm atəşində yanacağını Peyğəmbər əfəndimiz xəbər verdi. Bu xəbər əlbəttə doğrudur. Buna inanmaq, Allahu təalanın var olduğuna, bir olduğuna inanmaq kimi lazımdır. Sonsuz olaraq atəşdə yanmaq nə deməkdir? Hər hansı bir insan, sonsuz olaraq atəşdə yanmaq fəlakətini düşünsə, qorxudan ağlını qaçırması lazım gəlir. Bu qorxunc fəlakətdən xilas olmaq çarəsini axtarar. Bunun çarəsi isə, çox asandır. (Allahu təalanın var və bir olduğuna və Məhəmməd əleyhissalamın Onun son Peyğəmbəri olduğuna və Onun xəbər verdiyi şeylərin hamısının doğru olduğuna inanmaq və bəyənmək) insanı bu sonsuz fəlakətdən xilas edir.
Bir kimsə mən bu sonsuz yanmağa inanmıram, bunun üçün belə bir fəlakətdən qorxmuram, bu fəlakətdən xilas olmaq çarəsini axtarmıram desə, buna, (inanmamaq üçün əlində sənədin, vəsiqə var mı? Hansı elm, hansı fənn inanmana mane olur?) Deyilirsə nə cavab verəcək? Əlbəttə heç bir vəsiqə göstərə bilməyəcəkdir. Sənədi, vəsiqəsi olmayan sözə elm, fənn deyilir mi? Buna zənn və ehtimal deyilir. Milyonda, milyardda bir ehtimalı olsa da, (sonsuz olaraq atəşdə yanmaq) qorxunc fəlakətindən çəkinmək lazım olmaz mı? Az bir ağlı olan kimsə belə, belə fəlakətdən çəkinməz mı? Sonsuz atəşdə yanmaq ehtimalından xilas olmaq çarəsini axtarmaz mı? Görünür ki, hər ağıl sahibinin iman etməsi lazımdır.
İman etmək üçün vergi vermək, mal ödəmək, yük daşımaq, zövqlü şirin şeylərdən qaçınmaq kimi çətinliklərə dözmək lazım deyil. Tək ürək ilə, ixlas ilə, səmimi olaraq inanmaq kifayətdir. Bu inancını inanmayanlara bildirmək də şərt deyil. İmam-ı Rəbbani həzrətləri buyurur ki, (Sonsuz atəşdə yanmağa inanmayanın, buna çox az da bir ehtimal verməsi, zənn etməsi ağıl zərurətidir). Sonsuz olaraq atəşdə yanmaq ehtimalı qarşısında, bunun yeganə və qəti çarəsi olan iman nemətindən qaçınmaq, axmaqlıq, həm də çox böyük qarışıqlıq olmaz mı?
İmandan məhrum olan
Sual: (İman edənin, nəyi yox; imandan məhrum olanın nəyi var ki?) Sözü, nə deməkdir?
CAVAB
Hökm, nəticəyə görə verilir. Əbədi mənfəət və zərərə baxılır. Əbədi nemətlərə qovuşmağın və ya əbədi əzablara düşmənin səbəbi, insanda bir xəzinənin varlığına və ya yoxluğuna bağlıdır. Bu xəzinə imandır, müsəlman olmaqdır. Bu xəzinəyə malik olanın hər şeyi var deməkdir. Bu xəzinədən məhrum qalanın da, heç bir şeyi yoxdur. Məsələn dünyanın ən kasıb insanı saleh bir müsəlman olsun. Bu çox kasıb müsəlmana, (Dünyanın bütün sərvətini, hər şeyin sənədini sənə verəcəyik, dünyanın lideri də sən olacaqsan, amma; imanını burax) desələr. O, çox kasıb müsəlman, bunu əsla qəbul etməz. Demək ki, iman sahibi, dünyadakı bütün sərvətin satın ala bilməyəcəyi bir xəzinəyə və əl çatılmayacaq bir mövqeyə malikdir.
Nəticə olaraq, Allahu təalaya iman edən kimsə, o halıyla də ölsə, əbədi Cənnətlikdir. Başqa heç bir şeyi olmasa da, nə əhəmiyyəti var? İmandan məhrum olanın aqibəti isə, əbədi Cəhənnəmdir. Bütün dünya onun olsa da, nəyə faydası olar? Onun üçün bir iş edərkən, bu işdən Allahu təala razı mı, deyil mi ona baxmaq lazımdır. O, razı isə başqa heç kim razı olmasa da, əhəmiyyəti yoxdur. O razı deyilsə, hər kəs razı olsa da, bəyənsə də, heç qiyməti olmaz. O halda hər işdə ölçümüz, Allahu təalanın razılığı olmalıdır.
Dil ilə təsdiq
Sual: Bir ingilis dostum var. Müsəlman olmuş, namaz qılırmış amma, heç kimə söyləməmiş. İngilislər müsəlman olduğunu eşitsə, yaxşı gözlə baxmayacaqlarını söyləyir. Kitablarda oxumuş, qəlb ilə təsdiq, dil ilə təsdiq etmək lazımdır, indi mənim neçə adamın yanında Müsəlmanlığımı təsdiq etmək lazımdır, deyir. Təsdiq etmədən və ya edə bilmədən ölsəm Müsəlman sayılmara mi? deyir.
CAVAB
Bəli iman etmək üçün qəlb ilə təsdiq dil ilə də təsdiq lazımdır. Ancaq, onun dil ilə başqalarına təsdiq etməsi lazım deyil. İslam ölkəsində təsdiq etməsi lazımdır ki, müsəlman olaraq bilinsin və Müsəlmanlara edilən rəftar ona edilsin və Müsəlman qəbiristanlığına dəfn edilsin.
İnanmaq və bəyənmək
Sual: Cənnətə, Cəhənnəmə və Allaha inanan hər kəs mömindir və Cənnətə gedər, deyilir. Belə bir şey varmı?
CAVAB
Bu çox yalnışdır! Şeytan da Allaha inanır, o da Cənnətə Cəhənnəmə inanır. Hətta imanın digər şərtlərinə də inanır. Mələklərə inanır, Peyğəmbərlərə inanır, göndərilən kitablara inanır. Öldükdən sonra dirilməyə inanır. Hesaba, kitaba inanır yəni bunları bilir. Demək ki Amentüdə yalnız inanmaqla, bunları bilməklə iman olmur. Amentüdə bildirilən altı əsasa inanmaqla birlikdə, Allahu təala tərəfindən bildirilən əmr və yasaqların hamısını qəbul etmək və hamısını bəyənmək də şərtdir. Birini belə bəyənməyən müsəlman ola bilməz. Bir də, Hubb-i fillah, buğd-ı fillah ilə qeybə iman var. Yəni Allah dostlarını dost, düşmənlərini düşmən bilmək və qeybə inanmaq lazımdır. Tərsi, yəni Allah dostlarını düşmən, düşmənlərini də dost bilən və qeybə iman gətirməyən kimsə mömin ola bilməz.
Demək ki Amentüdə şeytan da inanır, hamısını tək-tək bilir. Ancaq şeytan, inandığı, tək-tək bildiyi bu şeyləri qəbul etmir, bəyənmir və Allah dostlarını düşmən, düşmənlərini də dost bilir. Şeytan kimi bilən və inanan kimsə mömin olmaz.
Ən fəzilətli iman
Sual: Ən fəzilətli iman nədir?
CAVAB
İmanın altı şərtindən inanıb, hubb-i fillah və buğd-ı fillah ilə qeybə inandıqdan sonra, həmişə Allahu təalanı xatırlamaq, hər işini dinə uyğun olaraq, Allah üçün etməkdir. Bir hədis-i şərif tərcüməsi:
(Ən fəzilətli iman, harada olursan ol, Allahu təalanın səninlə birlikdə olduğunu bilməyindir.) [Taberani]
İman məxluq mudur?
Sual: İman məxluq mudur, yəni sonradan mı yaradılmışdır?
CAVAB
İslam alimləri buyurur ki: İman, Allahu təalanın hidayəti olması baxımından məxluq deyil, lakin qulun təsdiq və təsdiq etməsi baxımından məxluqdur. İş sahibi, işi yaradan deyil, bu işi edəndir. İnsan, məxluq olduğu kimi, insanın küfrü də, imanı da məxluqdur. (Milel və Nihal)